Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi qeydə almışdır

 

qeydiyyat nömrəsi 130

tarix 30.09.1998

 

Nazir              S.Həsənov

 

Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi

Nazirliyi kollegiyasının 20-8

nömrəli 21.09.1998-ci il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Nazir prof.                 Ə.Nağıyev

 

 

 

 

 

 

 

 

 

 

 

energetika və elektrikləşdirmə sahəsinə

aid olan fəhlə peşələri və işlərin vahid

tarif ixtisas sorğu kitabçası

(hissə-9)

 

 

 

 

 

 

 

BÖLMƏLƏR:    "ELEKTRİK STANSİYALARI VƏ ŞƏBƏKƏLƏRİ

                            AVADANLIQLARININ İSTİSMARI,

                             ENERJİ TƏLƏBATÇILARINA XİDMƏT;

                           "ELEKTRİK STANSİYALARI VƏ ŞƏBƏKƏLƏRİ

                             AVADANLIQLARININ TƏMİRİ".

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 1998

 

 

GİRİŞ

 

Elektrik stansiyaları və şəbəkələrinin istismarı və enerji tələbatçılarına (istehlakçılarına) xidmət ilə məşğul olan fəhlə peşələrinin tarif ixtisas xüsusiyyətləri yeddi tarif qrupuna, elektrik stansiyaları və şəbəkələri avadanlıqlarının təmiri ilə məşğul olan fəhlələrinki isə altı dərəcəli tarif cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 N-li "Fəhlə peşələrinin və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçuların  vahid tarif ixtisas sorğu kitabçalarının hazırlatması haqqında" qərarının icrası ilə əlaqədar yenidən işlənmişdir.

İxtisas qruplarında göstərilən fəhlə peşələrinin ixtisası, dərəcə ilə göstərilən fəhlə peşələrinin ixtisasına uyğunluğu nəzərdə tutulur,  İşlərin ixtisas və dərəcə qrupu bir qayda olaraq iş şəraiti nəzərə alınmaqla onların mürəkkəbliyi üzrə müəyyən edilmişdir. lazım olan hallarda iş şəraiti, ilə təsdiq olunmuş yüksəldilmiş tarif maaşının tətbiq olunması yolu ilə nəzərə alınır.

Müxtəlif avadanlıqlara xidmət etdikdə ixtisas qrupu, xidmət edilən avadanlıqlardan daha mürəkkəb olanı üzrə müəyyən edilir və avadanlıqların miqdarı-xidmət normaları ilə təyin edilir.

Vahid tarif ixtisas sorğu kitabçalarının (ŞTİSK) bu hissəsindən istifadə edən zaman aşağıdakılar rəhbər tutmaq lazımdır; aqreqatlara, maşınlara və digər texnoloji avadanlıqlara xidmət ilə  əlaqədar olan işlərə fəhlələri birinci dəfə təyin etdikdə, həmçinin fəhlə texnoloji prosesi müstəqil aparmaq üçün  işlər kompleksini tam öyrənmədiyi və əməyin təşkili ilə müəyyən edilmiş üsulları və metodları mənimsəmədiyi, yaxud xidmət etdiyi sazlama və tənzimlənməsində lazımi qədər vərdişi olmadığı hallarda müəssisənin müdriyyətini 6 ay müddətinə qədər, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırmaqla tarif ixtisas sorğu kitabçasında göstərilən ixtisas qrupundan yaxud dərəcəsindən, bir dərəcə aşağı təyin etmək hüququna malikdir. Bu müddət qurtardıqdan sonra tarif ixtisas sorğu kitabçasında nəzərdə tutulmuş ixtisas qrupunun və yaxud dərəcəsinin təyin edilməsi müəyyən edilmiş qaydada həll edilir.

Tarif ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlərdən başqa, fəhlələr növbənin qəbulu və təhvili, vaxtında öz iş yerinin, avadanlığın, alətlərin, ləvazimatların işə hazırlanması, texniki sənədlərin doldurulması ilə əlaqədar olan işlərin yerinə yetirməlidir, həmçinin qəza hallarının növlərini, yaranma səbəblərini, xəbərdarlıq və aradan qaldırılma üsullarını bilməlidir.

Tarif-ixtisas xüsusiyyətlərində göstərilmiş uyğun ixtisas fəhlələri nəzəri və xüsusi biliklər səviyyəsinə olan tələblərdən başqa aşağıdakıları da bilməlidir: vəzifə və istehsalat təlimatlarını, texnoloji xəritələri, elektrik stansiyalarının və şəbəkələrinin texniki istifadə qaydalarını (TİQ). texniki təhlükəsizlik qaydalarını (TTQ),Yanğından mühafizə qaydalarını (YMQ), Azərbaycan Respublikasının dağ-texniki nəzarət və "Dövlətenerji" nəzarəti üzrə müvafiq təşkilatlarının qaydalarını (öz sənəti üzrə biliyi həcmində) müəssisənin daxili əmək-intizamı qaydalarını, energetikanın iqtisadiyyatının əsaslarını (öyrədilmiş proqram həcmində).

VTİSK-dəp istifadə, dərəcələrin düzgün təyin edilməsi, və artırması, dəyişikliklər və əlavələr edilməsi qaydası VTİSK-ip "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” bölməsinin ümumi müddəalarında göstərilmişdir.

Kitabçadan istifadəni asanlaşdırmaq məqsədi ilə hər bölmənin sonunda sorğu materialı kimi "Bölməyə daxil olan fəhlə peşələrinin indiyə qədər fəaliyyətdə olan fəhlə peşələri ilə müqayisəli adları və dərəcələr diapazonu " və kitabın sonunda "Bölmələrə daxil olan fəhlə peşələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu" əlavə edilmişdir (Əlavə 1, əlavə 2).

 

Qeyd: Elektrik stansiyaları və şəbəkələri avadanlıqlarının istismarı və təmiri sahəsində olan işlərin müxtəlifliyini, mürəkkəbliyini və təhlükəsizliyinin təminatı, həmçinin energetika sistemində işlərin özünə məxsus xüsusiyyətlərini nəzərə alaraq istismarda və təmirdə işləyən işçiləri bir-birindən ayırmaq üçün VTİSK-də, istismarda çalışan fəhlələrin tarif qruppası ilə, təmirdə çalışan fəhlələrinki isə tarif dərəcəsi göstərilmişdir.

 

 

 


ELEKTRİK STANSİYALARI VƏ ŞƏBƏKƏLƏRİ

 

AVADANLIĞIN İSTİSMARI, ENERJİ

TƏLƏBATÇILARINA XİDMƏT

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§1. Aqreqatların (qazan-turbin) idarəetmə blok sisteminin

maşinisti

 

 

V- ixtisas qrupu

İşin xüsusiyyəti.  Turbinlərin vahid gücü 40 min. kVt-a qədər olan istilik da, verilmiş yük qrafikinə uyğun olaraq qazanların, turbinlərin, generatorların  qrup şəklində idarəetmə lövhəsindən iş rejiminin idarə olunması. Aqreqatlara istismar xidməti göstərmək, onların fasiləsiz işə  buraxılması, dayandırılması, yoxlanması və təzyiq altında sınanması, istilik sxemlərində dəyişdirmələrin aparılması. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnal vericilərin işinə nəzarət edilməsi, Qəza hallarının ləğv edilməsi.

Bilməlidir. Xidmət etdiyi qazanın, turbinin, generatorun və yardımçı avadanlığın quruluşunu və texniki xarakteristikalarını; qruğunun istilik sxemlərini və istilik elektrik enerjisi istehsalının texnoloji prosesini; müxtəlif səviyyədə yüklənmə zamanı qazanları və turbinlərin iş rejimlərini; qazan-turbin generatorlarının avadanlığının prinsipial elektrik sxemlərini ölçü vasitələrinin iş prinsipini, istilik nəzarəti və avtomatikanın prinsipial sxemlərini; parametrlərdə buraxıla bilən dəyişmələr həddini; avadanlığın işinin texniki-iqtisadi göstəricilərini; istilik texnikasının, mexanikanın, elektrotexnikanın və su hazırlığının əsaslarını.

Turbinlərin vahid gücü 40 min kVt-dan artıq olan istilik elektrik stansiyalarında qazanların, turbinlərin, generatorların iş rejimi, qrup idarə lövhəsindən idarə olunduqda - ixtisas qrupu.

Turbinlərin vahid günü 40 min. kVt-dan artıq olan istilik elektrik stansiyalarında qazanların, turbinlərin,  generatorların iş rejimini, qrup idarə lövhələrindən idarə etdikdə buxar məhsuldarlığı 400 t/saat-dan artıq olan maye və qaz şəklində olan yanacaqla işləyən qazan aqreqatları blok idarəetmə sistemində olduğu halda - VII ixtisas qrupu (orta ixtisas təhsili tələb olunur).

 

§ 2. Balıq keçidi qurğusunun maşinisti

 

III - ixtisas qrupu

İşin xüsusiyyəti.  Hidroelektrik stansiyalarında balıq keçidi qurğusunun və onunla əlaqədar olan yardımçı avadanlığın iş rejiminin idarə olunması. Avadanlığa istismar xidmətlərinin göstərilməsi və onun fasiləsiz və faydalı işləməsinin təyin edilməsi. Hidroaqreqatda və balıq yolunun mexaniki avadanlığında olan xırda nöqsanların aşkar edilib aradan qaldırılması, təmir və sazlama işlərinin görülməsi. Balığın buraxılması işinə nəzarət etmək.

Bilməlidir:  Balıq yolunun əsas və yardımçı avadanlığının quruluşunu; ölçü vasitələrinin və alətlərinin təyinatını və quraşdırılma yerini; hidravlika, mexanika və elektrotexnika üzrə elementar məlumatları.

 

§ 3. Buxar turbinlərinin maşinisti

İşin xüsusiyyəti. Verilmiş yük qrafikinə uyğun olaraq turbinin iş rejiminin idarə olunması. Buxar turbinlərində istismar xidmətinin göstərilməsi və onların fasiləsiz və faydalı işinin təmin edilməsi. Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, təzyiq altında yoxlanılması, sınanması və turbinin istilik sxemlərində dəyişdirmələrik aparılması. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərinə və siqnal vericilərin işinə nəzarət edilməsi. Qəza hallarının ləğv edilməsi. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi. Avadanlığın təmirə çıxarılması, Tabeliyində olan fəhlələrə rəhbərlik.

Bilməlidir; Turbinin və yardımçı avadanlığın quruluşunu, iş prinsipini və texniki xarakteristikalarını; turbin qruğusunun istilik sxemini və istilik, elektrik enerjisi istehsalının texnoloji prosesini; avtomatik tənzimləyicilərin, ölçü vasitələrinin, istilik mühafizələrinin və siqnal verimilərin iş prinsipini; istilik nəzarəti və avtomatikanın prinsipial sxemini; buxarın, turbin yağının və kondesatın keyfiyyət normalarını; turbinin işinin texniki-iqtisadi göstəricilərini, parametrlərdə buraxıla bilən dəyişmələr həddini (meyl etməsini), istilik texnikasının, mexanikanın, elektrotexnikanın və su hazırlığının əsaslarını.

 

Turbinin növü və gücü. Min.kVt

İxtisas qrupu

Kondensiyalı

Sənaye və istiləşdirmə ayırmaları

 

Əks təzyiqli

 

10-a qədər

7-yə qədər

25-ə qədər

III

10-dan çox 40-a qədər

7-dən çox 20-ə qədər

25-dən çox 50-yə qədər

IV

40-dan çox 60-a qədər

20-dən çox 45-ə qədər

50-dən çox

V

60-dan çox

45-dən çox

 

VI

 

§ 4. Buxar turbinlərinin mərkəzi istilik idarəetmə

lövhəsinin maşinisti

 

İşin xüsusiyyəti. Verilmiş yük qrafikinə uyğun olaraq buxar turbinlərinin iş rejiminin mərkəzi istilik idarəetmə lövhəsinin idarə olunması, Buxar turbinlərində istismar xidməti göstərməklə onların fasiləsiz və faydalı işinin təmin edilməsi. Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, təzyiq altında yoxlanılması, sınanması və turbinin istilik sxemlərində dəyişdirmələrin aparılması. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərinə və siqnal vericilərin işinə nəzarət edilməsi. Qəza hallarının ləğv edilməsi. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi. Avadanlığın təmirə çıxarılması, Tabeliyində olan fəhlələrə rəhbərlik.

Bilməlidir. Turbinlərin və yardımçı avadanlığın quruluşunu, və texniki xarakteristikalarını; istilik sxemini, istilik, elektrik enerjisi istehsalının texnoloji prosesini; avtomatik tənzimləyicilərin, ölçü vasitələrinin, istilik mühafizələrinin və siqnalvericilərin iş prinsipini; istilik nəzarəti və avtomatikanın prinsipial sxemini; buxarın, suyun, turbin yağının və kondesatın keyfiyyət normalarını; turbinin işinin texniki-iqtisadi göstəricilərini, parametrlərdə buraxıla bilən dəyişmələr həddini, istilik texnikasının, mexanikanın, elektrotexnikanın və hazırlığının əsaslarını.

Turbinin növü və gücü. Min.kVt

İxtisas qrupu

Kondensiyalı

Sənaye və istiləşdirmə ayırmaları

 

Əks təzyiqli

 

 

7-yə qədər

25-ə qədər

III

10-dan çox 40-a qədər

7-dən çox 20-ə qədər

25-dən çox 50-yə qədər

IV

40-dan çox 60-a qədər

20-dən çox 45-ə qədər

50-dən çox

V

60-dan çox

45-dən çox

 

VI

VI ixtisas qrupu vermək üçün orta ixtisas təhsili tələb olunur.

 

 

§ 5. Qaz-turbin qurğularının maşinisti

 

IV ixtisas qrupu

İşin xüsusiyyəti. Vahid gücü 1 min kVt alətlər olan qaz-turbin qurğuları avadanlığının  rejiminin idarə  idarə olunması. Qaz-turbin qurğularına istismar xidməti göstərməklə onların fasiləsiz və faydalı  işinin təmin edilməsi. Qurğun avadanlığın işə salınması dayandırılması, sınanması və turbinin istilik sxemlərində dəyişdirmələrin aparılması. Ölçü vasitələrinin göstəricilərinə avtomatik tənzimləyən-siqnal vericilərin nəzarət edilməsi. Qəza hallarında ləğv edilməsi.

Bilməlidir: Xidmət etdiyi kompressorların qaz-turbinlərinin turbogeneratorların və yardımçı avadanlığın quruluşunu və texniki xarakteristikalarını istilik sxemlərini; ölçü vasitələrinin iş prinsipini; qaz-turbin qurğuları avtomatikasını və nəzarətinin prinsipial sxemlərinin; qaz turbin qurğularının, generatorların və xüsusilə sərfiyyatların (ehtiyacların) prinsipial elektrik sxemlərini; avadanlığın işinin texniki iqtisadi göstəricilərini,  qaz dinamikasının, istilik texnikasının və iqtisadi göstəricilərini; qaz dinamikasının, istilik texnikasının və elektrotexnikanın əsaslarını:

Vahid gücü 10 mindən artıq və 50 min kVt-a qədər olan qaz-turbin qurğusu avadanlığının iş rejimini idarə etdikdə - V-ixtisas qrupu;

vahid gücü 50 mindən artıq və 100 kVt-a qədər olan qaz-turbin qurğusu avadanlığının iş rejimini idarə etdikdə - VI ixtisas qrupu;                                                                            

vahid gücü 100 min kVt-dan artıq olan qaz-turbin qurğusu avadanlığının iş rejimini idarə etdikdə (orta ixtisas təhsili almaq şəri ilə) - VII ixtisas qrupu

Əgər içlər qaz-turbin qurğularını daha yüksək ixtisaslı maşinistinin rəhbərliyi altında aparılırsa, qaz-turbin qurğularının uyğun gücündə tarifləşdirmə bir qrup aşağı təyin edilir.

 

§6 Qaz-turbin sexinin böyük maşinisti

VII - ixtisas qrupu

İşin xüsusiyyəti. Qazan-turbin sexinin avadanlığının fasiləsiz və faydalı işinin təmin edilməsi. Qaz-turbin sexinin avadanlıqlarının işə salınması, dayandırılması və təzyiq altında yoxlanılması. Dispetçer cədvəli dəyişdikdə istilik və elektrik yüklərinin enerji blokları arasında bölüşdürülməsi. Mazut və qaz kəmərlərinin, buxar kommunikasiyalarının, kondensatın, suyun, havanın və s. sxemlərində dəyişdirmələrin aparılması. Avadanlığın təmirə çıxarılması. Təzə hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması, yardımçı istilik güc avadanlıqlarında işləmək üçün 2-ci icazənin alınması, və iş yerinin hazırlanması, Qazan turbin sexinin fəhlələrinə rəhbərlik edilməsi.

Bilməlidir: Avadanlığın quruluşunu və texniki xarakteristikalarını; qazan-turbin sexinin istilik mühafizəsini və istilik sxemini; elektrik stansiyasının işinin texniki-iqtisadi göstəricilərini; istilik texnikasının mexanikanın və su hazırlığının əsaslarını.

Gücü 200 min kVt və daha çox olan elektrik stansiyalarında orta ixtisas təhsili tələb olunur.

 

§ 7. Qazanların maşinisti

İşin xüsusiyyəti. Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş  rejiminin idarə olunması. Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və, faydalı işinin təmin edilməsi. Xidmət edilən avadanlığın işə salınması, dayandırılması; sınanması və təzyiq altında yoxlanılması və istilik sxemlərində dəişdirmələrin aparılması. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi: Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması; tabeliyində olan fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: Qazının və yardımçı avadanlığının quruluşunu və iş prinsipini və texniki xarakteristikalarını; qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini; istilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin; suyun və buxarın keyfiyyət normalarını; ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini; qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini ; istifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini; qazan aqreqatının texniki-iqtisadi göstəricilərini; istilik texnikasının mexanikanın, elektrotexnikanın su hazırlığının əsaslarını.

Qazanın buxar istehsalı t/saat

İxtisas qrupu

Buxarın təzyiqi 6;0 MPa (60  kqs/sm2) qədər

Buxarın təzyiqi 6,0 MPa (60 kqs/sm2)-dən çox olduqda

 

50-yə qədər

-

III

50-dən çox 170-ə qədər

100-ə qədər 100-dən çox

IV

170-dən çox

300-ə qədər

V

 

300-dən çox

VI

Qazanın istilik məhsuldarlığı. Vt (Q kal/saat)

İxtisas qrupu

5815 x 10 4-ə qədər

(50-yə qədər)

III

5815 x 10 4-dən çox

(50-dən çox)

IV

 

§ 8. Qazanların mərkəzi istilik idarəetmə lövhəsinin maşinisti

İşin xüsusiyyəti. Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması. Mərkəzi istiliyi idarəetmə lövhəsində qazanlara istismar xidməti göstərməklə onların fasiləsiz və faydalı işinin təmin edilməsi. Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, təzyiq altında yoxlanılması, sınanması və qazan aqreqatlarının istilik sxemlərində dəyişdirmələrin aparılması. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin  və siqnal vericilərin işinə nəzarət edilməsi. Qəza hallarının ləğv edilməsi. Avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması üçün tədbirlər görülməsi. Avadanlığın təmirə çıxarılması.  Tabeliyində olan fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir:    Qazanın və yardımçı avadanlığın quruluşunu və texniki xarakteristikasını; qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini: istilik və elektrik enerjisi; istehsalının texnoloji prosesini; suyun və buxarın keyfiyyət normalarını; ölçü vasitələrinin iş prinsipini; istilik nəzarət; prinsipial sxemini; qazan aqreqatlarının parametrlərin buraxıla bilmə həddini; istifadə olunan yanacağın və onun yanmasından məhsulun xassələrini; qazan aqreqatının işinin texniki-iqtisadi göstəricilərini;  istilik texnikasının, mexanikanın, elektrotexnikanın və su hazırlığının əsasları.

 

Qazanın məhsuldarlığı, t/saat

Maye və qaz halında olan yanacaq

 

İxtisas qrupu

Buxarın təzyiqi 6,0 MPa (60 kqs/sm2)

Buxarın təzyiqi 6,0 MPa-dan yuxarı (60 kqs/sm2)

 

50-yə qədər            .

 

III

50-dən çox 170-8 qədər

100- qədər

IV

170-dən çox

100-dən çox 300-ə qədər

V

                300-dən çox

 

VI

 

VI - ixtisas qrupu vermək üçün orta ixtisas təhsili tələb olunur.

 

§ 9. Qazanxana avadanlığının böyük maşinisti

İşin xüsusiyyəti.  Qazanın bütün avadanlıqlarının fasiləsiz və faydalı təmin edilməsi. Avadanlığın işə salınması, dayandırılması, təzyiq  altında sınanması və yoxlanılması. Dispetçer cədvəli dəyişdirildikdə qazan aqreqatları arasında yükün paylanılması (bölüşdürülməsi). Qazanxananın istilik sxemlərində dəyişdirmələr (çevirmələr) aparılması. Avadanlığın təmirə çıxarılması. Mazut və qaz kəmərinə nəzarət edilməsi. Qazanxanada qəza hallarının ləğv edilməsi. Avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması üçün tədbirlər görülməsi. Yardımçı istilik-güc avadanlıqlarında iş yerinin və işə buraxmağa icazənin hazırlanması, sexin növbə rəisinin imzası ilə qazan aqreqatlarında işləmə üçün ikinci icazənin alınmasa və iş yerinin hazırlanması. Tabeliyində olan fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir : Avadanlığın quruluşunu və texniki xarakteristikasını; qazan-turbin sexinin qazanxanın istilik mühafizəsini və istilik sxemini; yanacaq verici sistemi; qazanxanın xüsusi (sərfiyyatını) prinsipial elektrik sxemini; qazanxana avadanlıqlarının texniki-iqtisadi göstəricilərini; istilik texnikasının, mexanikanın, elektrotexnikanın və su hazırlığının əsaslarını.

 

Qazanın buxar istehsalı, t/saat

Maye və qaz halında olan yanacaq

İxtisasfupu

Buxarın təzyiqi 6,0 MPa (60 kqs/sm2) olduqda

Buxarın təzyiqi 6,0 MPa-dan çox (60 kqs/sm2) olduqda

 

Qazanın buxar istehsalından asıl ı olmayaraq

100-ə qədər

V

 

100-dən çox 300-ə qədər

VI

 

300-dən çox

VII

Yüksək təzyiq qazanlarına xidmət zamanı VI və VII ixtisas qrupunu vermək üçün orta ixtisas təhsili tələb olunur.

 

§ 10. Qazanxana avadanlığı üzrə maşinist-baxıcı

İşin xüsusiyyəti. Qazanın yardımçı avadanlıqlarına; qaz-hava, qaz-mazut və drenaj sistemlərinə, odluq qurğularına, qazanın buxar-suyoluna kimyəvi reagentləri daxil edən qurğulara, qazanın qızmış səthinin üfürmə sisteminə və üfürmə üzrə qurğulara, reduksiya-soyuducu qurğular, çən təsərrüfatına, texniki su və sıxılmış hava sisteminə xidmət etməklə, onların işinə nəzarət edilməsi, qazanın yardımçı avadanlığının fasiləsiz işinin təmin edilməsi, Qazan aqreqatının iş rejiminin idarə olunmasında iştirak etmək. Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, yoxlanılması, qazan qurğusunun istilik sxemində dəyişdirmələr aparılması. Avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması. Qəza hallarının ləğv edilməsində iştirak etmək.

Bilməlidir: Qazanların və yardımçı avadanlığın quruluşunu və texniki xarakteristikasını; aqreqatların işləməsinin istilik sxemini və texnoloji prosesini; avtomatik tənzimləyicilərini, istilik mühafizəsinin, bloklayıcının, siqnal vericilərin və ölçü vasitələrinin vəzifəsini və iş prinsipini; qidalandırıcı və ölçü vasitələrinin vəzifəsini və iş prinsipini; qidalandırıcı suyun və buxarın keyfiyyət normalarını; yandırılan yanacağın xarakteristikasını; aqreqatın buxar-su yoluna daxil edilən kimyəvi reagentlərin xassəsini və onların dozalarla bölünməsini; qazan aqreqatlarının yük rejimini; qazan aqreqatlarının işinin texniki-iqtisadi göstəricilərini; istilik texnikasının əsaslarını, elektrotexnikanın, mexanikanın və su hazırlığının elementar əsaslarını.

                                                                                                       

Qazanın buxar istehsalı, s/saat

İxtisas qrupu

Buxarın təzyiqi 6,0 MPa (50 kqs/sm2) olduqda

Buxarın təzyiqi 6,0 MPa-dan çox (60 kqs/sm2)-dan çox olduqda

 

30-a qədər

-II

 

0-dan çox 100-ə qədər

 

 

100-dən çox

100-ə qədər

IV

100.-dən çox

100-dən çox 650-yə qədər

 

100-dən çox

650-dən çox

VI

 

§ 11. İstilik məntəqələrinə xidmət üzrə çilingər.

 

 IV ixtisas qrupu

 

İşin xüsusiyyəti.    İstilik məntəqəsi və istilik təchizatı sistemi qovşağının avadanlıqlarına ardıcıl və qarışıq sxemlə qoşulmuş, iki pilləli qızdırıcıları olmayan, avtomatlaşdırılmış isti su təchizatı olan istilik məntəqələrinin : təzyiqi əks xəttə  0,1 MPa (1,0 kqs/sm2)-dən çox olan istilik məntəqələrinin gücü  2,326x10 3 Vt (2 Qkal/saat)-a qədər olan avtomatlaşdırılmış istiləşdirmə sistemli istilik məntəqələrinin; hündürlüyü 10 mərtəbəyə qədər olan binaların istilik məntəqələrinin avadanlıqlarına qulluq edilməsi (qoşulması, açılması) və sazlanması. İstilik su təchizatının tələbat üçün verilən buxarın və şəbəkə sularının miqdarının tənzimlənməsi  və onlara nəzarət edilməsi. İstilik məntəqələrinin, istilik təchizatı sistemi qovşağının və bölüşdürücü şəbəkənin  avadanlıqlarının təmirdən qəbul edilməsi.  Əks suyu temperaturuna, kondensatın qaytarılmasına, istiliyin səmərəli sərfiyyatına nəzarət. Şəbəkə suyunun, buxarın, tələbatçılara (istehlakçılara) buraxılan istilik sərfiyyatının qeydiyyatının aparılması.

İstilik tələbatçılarının (istehlakçılarının) “İstilik və elektrik enerjisindən istifadə qaydalarına” və “istilik məntəqələrinə xidmət üzrə təlimat”a əməl etmələrinə nəzarət.

Bilməlidir: Avtomatlaşdırılmış və avtomatlaşdırılmamış istilik məntəqələrində təmirin texnologiyasını və texniki xidməti; istilik şəbəkələrinin istilik və hidravlik iş rejimlərini , istilik tələbatçılarının iş rejimlərini , qızdırma, hava dəyişdirmə, isti su təchizatı və havanın sərinləşdirilmə sisteminin quruluşunu və tənzimləmə qaydasını ; ölçü vasitələrinin iş prinsipini və quraşdırma yerini; çilingər texnikasının əsaslarını.

 

§ 12. İstilik məntəqələrinə xidmət üzrə çilingər

 

V ixtisas qrupu

İşin xüsusiyyəti:   Mürəkkəb iş rejimli istiləşdirilməsi istilik məntəqəsi və istilik təchizatı sistemi qovşağının olan əks xəttinin girişində təzyiqi 0,1 MPa (1 kqs/sm 3)-dan az və nasosla qarışdırması olan; ikipilləli qazdırıcılı avtomatlaşdırılmış isti su təchizatı qurğusu olan; gücü 2326x 10 3 Vt(2 Q kal/saat)-dan çox, avtomatlaşdırılmış istiləşdirmə sistemi olan; avtomatlaşdırılmış hava dəyişmə və havanın soyutma sistemi olan istilik məntəqələrinin; hündürlüyü 10 mərtəbədən çox olan binaların və sənaye müəssisələrinin istilik məntəqələrinin avadanlıqlarına xidmət etməklə onların sazlanması.

Bilməlidir:  Mürəkkəb iş rejimli, əks xəttinin girimində təzyiqi 0,1 MPa(1kqs/sm 2)-dan az olan; havanın qızdırılması və soyudulması avtomatlaşdırılmış qurğu ilə olan; ikipilləli qızdırıcılı avtomatlaşdırılmış isti su təchizatı qurğusu olan istilik məntəqələrində texniki xidmətin və təmirin texnologiyasını; sənaye müəssisələrinin istilik məntəqələrində texniki xidməti  və təmirin texnologiyası.

 

§ 13. İstilik məntəqələrinə xidmət üzrə çilingər

                                   

 İşin xüsusiyyəti:  Boru kəmərinin diametri 500 mm-ə qədər plan istilik şəbəkəsinin avadanlığına xidmət. Yeraltı və yerüstü istilik şəbəkələrində dəyişdirmələr etməklə istiqamətinin  (trassasının) yoxlanması; Boru kəmərinin yerüstü və qrunt suları altında qalmaqdan qorumaq məqsədilə, istilik trassasının xarici səthinin vəziyyətinə nəzarət edilməsi. Qarşıya çıxan drenajların və drenaj quyularının təmizlənməsi, kameralardan və quyulardan suyun çəkilməsi.

Kamerada yaxud yer üstü pavilyonlarda olana avadanlıqların yoxlanması. Əl intiqalı və sonsuz vint ötürücü intiqalı olan bağlayıcı və tənzimləyici armaturlara, təzyiq endirici və hava kranlarına, dayaqlara, metal və istilik şəbəkəsini qurğulara və istilik şəbəkəsinin qurğularına xidmət göstərməklə cari təmirin aparılması. Kamerada  qaz artıqlığının yoxlanması, kameranın özünü və kamerada yaxud yerüstü pavilyonda olan bütün avadanlığın təmiz saxlanması, metal konstruksiyaların rənglənməsi, boru kəmərlərin və armaturların markalanması, trassada şurfların hazırlanmasının yoxlanması . İstilik şəbəkələrinin əsaslı təmiri, şəbəkələrin hidravlik və istilik sınaqları. İstilik şəbəkələrinin işə salınması və sazlanması, onların iş rejimlərinə nəzarət.

Bilməlidir: Xidmət etdiyi sahənin sxemini;  istilik şəbəkəsi avadanlıqlarının quruluşunu və iş prinsipini; təzyiq altında olan avadanlıqların işləməyin xüsusiyyətini; xidmət sahəsində armaturların kompensatorların (müvazinətləşdiricilərin), ölçü vasitələrinin təyinatını və quraşdırılma yerini; torpaq, təmir və quraşdırma işlərinin növünü və görülmə qaydasını; çilingər işini, istilik texnikasının əsaslarını.

Boru kəmərinin diametri 500-dən çox olan istilik şəbəkələrinin avadanlıqlarına xidmət zamanı – V ixtisas qrupu.

 

§ 14. Yarımstansiyalara xidmət üzrə elektrik montyoru

 

III ixtisas qrupu

İşin xüsusiyyəti: Gərginliyi 35 kVt, III mürəkkəblik dərəcəsindən olan yarımstansiya (YS) avadanlıqlarına xidmət; gərginlik, yük, temperatur və digər parametrlər üzrə müəyyən edilmiş rejimin təmin edilməsi. YS-nın paylayıcı qurğusunda operativ (əməli) rejim çevirmələrinin (dəyişdirmələrin) aparılması; YS-da iş aparıldıqda iş yerinin hazırlanması; fəhlələrin işə buraxılması ,  onların işinə nəzarət və iş yerlərinin qəbul edilməsi; qəza halını ləğv edən zaman operativ çevrilmələrin aparılması. YS avadanlığına baxış. Xüsusi ehtiyacın idarəetmə  lövhəsində və qurğusunda, kommutasiya aparatlarının intiqalında  YS-nın açıq və qapalı paylaşdırıcı qurğularının 2-ci kommutasiya dövrələrində olan nasazlıqları aradan qaldıran zaman kiçik həcmli və qısamüddətli işlərin görülməsi. Lampa və qoruyucuları dəyişməklə işıqlandırma şəbəkələrində olan nasazlıqların aradan qaldırılması.

Bilməlidir: Qulluq edilən avadanlığın təyinatını və quruluşunu; ilkin birləşmələrin sxemini; xüsusi ehtiyacların cərəyanının və elektromaqnit bloklamasının şəbəkələrini; avtomatikanın və rele mühafizəsinin təyinatını və təsir zonasını; telemexanika qurğularının vəzifələrini YS-da istifadə olunan mühafizə vasitələrinin və alətlərinin sınaq müddətlərini; YS-da qoyulmuş rabitənin növlərini, onlardan istifadə qaydalarını; elektrotexnikanın əsaslarını.                                                                  

Gərginliyi 35, 110,154 kV, 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına xidmət zamanı - IV ixtisas qrupu";                                                                                  

Gərginliyi 35,110,154 kV, 1-ci mürəkkəblik dərəcəsindən olan və gərginliyi 220 kV 2-cı mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına xidmət zamanı – V ixtisas qrupu;

Gərginliyi 220 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların,  330 kV olan yarımstansiyaların və gərginliyi 800 kV-a qədər olan sabit rəyan yarımstansiyaların avadanlıqlarına xidmət zamanı - VI ixtisas qrupu;

Gərginliyi 400,500 olan dəyişən cərəyan yarımstansiyalarının və gərginliyi 800 kV-dan çox sabit cərəyan yarımstansiyaların avadanlıqlarına xidmət zamanı – VII ixtisas montyoru

Gərginliyi 400 kV olan və ondan çox olan və işlərinin həcmi 1000 şərti vahiddən çox olan 110-330-kV-luq yarımstansiyalarının avadanlıqlarına xidmət zamanı ikinci montyorun tarif dərəcəsi birincidən bir qrup aşağı tarifləşdirilir.

Gərginliyi 220 kV və ondan çox olam yarımstansiya avadanlıqlarına xidmət zamanı orta təhsil tələb olunur.

 

§ 15. Kabel şəbəkəsi istiqamətlərinə (trassalarına) nəzarət üzrə elektrik montyoru

 

III ixtisas qrupu

 

İşin xüsusiyyəti. Plan üzrə kabel xətlərinin trassalarına baxış keçirilməsi. Kabel xətlərinin keçdiyi zonalarda torpaq işlərini aparmaq üçün tikinti quraşdırma müəssisələrinə icazə verilməsi və vaxtaşırı onlara nəzarət edilməsi. İdarə və müəssisə rəhbərlərinə kabel xətlərinin keçdiyi zonalarda torpaq işlərinin qaydası üzrə xəbərdarlıq məktubunun təqdim olunması. Tikinti-quraşdırma idarələri yeni kabel xətlərini çəkən zaman elektrik qurğularının qurulma qaydalarına əməl etmələrinə nəzarət etmək.

 Bilməlidir. Kabellərin təyinatını və onların çəkilmə qaydasını; kabel xətlərinin trassalarını; kabel xətlərinin keçdiyi zonalarda torpaq işlərinin aparılma qaydasını; kabel xətlərinin mexaniki zədələnmədən mühafizə üsullarını; elektrotexnika üzrə elementar məlumatları.

 

§ 16. Kimyəvi reagentlərin hazırlanması üzrə aparatçı

 

                                                                                                         II ixtisas qrupu

İstifadə olunan reagentolərin sayı üçə qədər olduqda, kimyəvi reagentləri və reagent təsərrüfatı ambarının avadanlıqlarına: çənlərə, bunkerlərə, sisternlərə, nasalara, qarışdırıcılara və yükləmə-boşaltma mexanizmlərinə xidmət edilməsi. Rejim kartına uyğun olaraq əhəngin söndürülməsi, əhəng südünün, koaqulyantın, fosfatın, hidrazin-hidratın, hidrazin-sulfatın, trilonun və digər məhlulların hazırlanması. Reagent məhlullarının kimyəvi su təmizləməyə arası kəsilmədən və materialların daşınması və iş yerinə yaxınlaşdırılması. Çənlərin təmizlənməsi və yuyulması. Mexanizmlərin yastıqlarının yağlanması.

Bilməlidir: Reagentlərin hazırlanma və boşaldılma qurğusunda qovşaqların texnoloji sxemlərini; xidmət etdiyi avadanlığın quruluşu haqqında əsas məlumatları; reagentlərin və süzücü maddələrin tərkibini Əlavə 1-ə bax

və xassələrini; suyun mexaniki və kimyəvi təmizlənməsinin əsas üsullarını; aparatların və tutumların (çənlərin) təmizlənməsi və yuyulması qaydalarını.

İstifadə edilən reagentlərin sayı üçdən artıq olduğu halda reagent təsərrüfatının və reagentlər ambarlarının avadanlıqlarına xidmətdə - III ixtisas qrupu.

 

§ 17. Maşın zalının hidroaqreqatlarına xidmət üzrə elektrik montyoru

 

VI ixtisas qrupu

İşin xüsusiyyəti. Hidroaqreqatlara, tarnsformatoralara və digər texnoloji vahid gücü 500 min kVt və ondan artıq olan hidroelektrik stansiyalarında onların qəzasız və qənaətli işləməsinin təmin edilməsi. Təsirlənmə qurğularında generatorların işə buraxılması və dayandırılması; bak sxemdə, xüsusi ehtiyaclar sxemində, ikinbi kommutasiya, rele mühafizəsi və avtomatika sxemlərində dəyişdirmələrin (çevirmələrin) aparılması, qəza hallarının ləğv edilməsi. Elektrik avadanlığının işində olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.

Bilməlidir: Hidroaqreqatların, tarnsformatoraların, civə çevirmələrinin və yardımçı elektrik avadanlıqlarının quruluşunu, iş prinsipini və texniki xarakteristikalarını, elektrik sxemlərini, ölçü vasitələrinin, hidroaqreqatların və tarnsformatoraların mühafizələrinin siqnallaşdırma sistemlərinin quruluşunu və iş prinsiplərini; xidmət edilən avadanlığın parametrlərinin buraxıla bilən dəyişmələr Həddini; hidroaqreqatların işinin texniki-iqtisadi göstəricilərini; elektrotexnikanın, hidroenergetikanın əsaslarını.

 

§ 18. Operativ səyyar briqadanın (OSB) elektrik montyoru

 

II ixtisas qrupu

İşin xüsusiyyəti. Gərginliyi 0,4 kV-a qədər olan paylaşdırıcı şəbəkələrdə olan zədələnmələrin ləğv edilməsi. Gərginliyi 35 kV 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların (YS) yaxud 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyasız paylaşdırıcı şəbəkələrin avadanlıqlarına daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında operativ və texniki xidmət göstərilməsi; rejim və qəza çevirmələrinin aparılması, iş yerinin hazırlanması, paylaşdırıcı şəbəkənin avadanlıqlarında və YS-nın paylaşdırıcı qurğularına olan qəzaların ləğv edilməsi, akkumulyator batareyalarının parametrlərinin ölçülməsi. Gərginlikdən açılmış güc transformatorlarının budaqlanmalarında çevirmələr aparmaq üzrə kiçik həcmli işlərin yerinə yetirilməsi.

Bilməlidir: Xidmət edilən YS avadanlığının vəzifəsini və prinsipial  quruluşunu; paylaşdırıcı məntəqələri və transformator yarımstansiyaları yerləşdirməklə xidmət edilən paylaşdırıcı şəbəkəsinin sxemini mühafizəsi qurğusuna operativ xidmət qaydalarını; YS-larda, gözətçi məntəqələrində və operativ avtomobillərdə quraşdırılan rabitə növlərini və bulardan istifadə qaydasını; gərginliyi 0,4 kV olan paylaşdırıcı şəbəkələrdə daha tez-tez baş verən zədələnmələri onların ləğvetmə metodlarını; elektrotexnika üzrə elementar məlumatları. Gərginliyi 35-110 kV 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına yaxud yarımstansiyasız 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələri avadanlıqlarına yaxud 1-ci və 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin avadanlıqları ilə birlikdə gərginliyi 35-110 kV 2-ci və 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında operativ və texniki xidmət zamanı  ixtisas qrupu;

gərginliyi 35-110 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında operativ və texniki xidmət zamanı -1 ixtisas qrupu.

 

§ 19. Operativ-səyyar briqadanın (OSB) elektrik montyoru

 

IV ixtisas qrupu

İşin xüsusiyyəti. Gərginliyi 35 kV 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların (YS) yaxud 2-ci YS-sız 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin avadanlıqlarına operativ və texniki xidmət göstərilməsi. Gərginlik, yük temperaturu və digər parametrlər üzrə qoyulmuş rejimlərin təyin edilməsi. YS-nın paylaşdırıcı quruluşunda və paylaşdırıcı şəbəkələrdə operativ rejim çevirmələrinin, qəza ləğv edilərkən operativ çevirmələrin aparılması, avadanlığa baxmaq. Paylaşdırıcı şəbəkələrin avadanlıqlarında, xüsusi ehtiyacların idarə lövhəsində və yığımında, kommutasiya aparatlarının intiqallarında, açıq və qapalı YS quruluşunun ikinci kommutasiya dövrəsində zədələnmələrin yerinin təyini və onların ləğv edilməsi. İş yerinin hazırlanması, fəhlələrin işə buraxılması, onların işinə nəzarət, iş qurtardıqdan sonra iş yerinin qəbul edilməsi.

Bilməlidir: Xidmət edilən avadanlığın quruluşunu; xidmət edilən YS-nın və paylaşdırma məntəqələrinin operativ cərəyanın və elektromaqnit-bloklamalarının sxemlərini; rele mühafizəsinin vəzifəsini və təsir zonasını; avtomatika və telemexanika qurğularına operativ xidmət qaydalarını; mühafizəsi vasitələrinin və qurğuların sınaq müddətlərini; elektrotexnikanın əsaslarını. Gərginliyi 35-110 kV 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına yaxud yarımstansiyasız 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələri avadanlıqlarına yaxud 1:ci və 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin avadanlıqları ilə birlikdə gərginlik 35-110 kV 2-ci və 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında operativ və texniki xidmət zamanı V ixtisas qrupu;

gərginliyi 35-110 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına yaxud 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin avadanlıqları ilə birlikdə gərginliyi 35-110 kV 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına operativ və texniki xidmət zamanı - VI ixtisas qrupu.

 

§ 20. Paylaşdırıcı şəbəkələrdə operativ (əməliyyat) çevirmələr üzrə elektrik montyoru

II ixtisas qrupu

İşin xüsusiyyəti. Rayon elektrik şəbəkələrinin (REŞ): 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin, 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələr ilə birlikdə gərginliyi 35 kV 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların elektrik avadanlıqlarının etibarlı və qənaətli iş rejiminin təmin edilməsi. Tələbatçılarda gərginliyin normal səviyyəsini təmin etmək. Avadanlıqların təmirə çıxarılmasına, avadanlığın işə salınmasına, işdən yaxud ehtiyata çıxarılmasına sifarişlərin qəbul edilməsi və razılaşdırılması. YS-nın paylaşdırıcı qurğularında çevirmələrin aparılması. Qəza hallarının ləğv edilməsinə rəhbərlik etmək. Operativ rabitə avadanlığında olan qüsurların aradan qaldırılması üzrə işlərə nəzarət etmək. YS-da iş aparan zaman iş yerinin hazırlanması, qəbulu və briqadanın işə buraxılması. Rayon elektrik şəbəkəsinin bölməsinin işi haqqında operativ məlumatların yığılıb xəbər verilməsi.

Bilməlidir: Paylaşdırıcı şəbəkələrin və YS avadanlıqlarının təyinatını və quruluşunu; REŞ avadanlıqlarının istismarı üzrə direktiv göstərişləri və təlimatları; REŞ elektrik sxemini; xidmət göstərilən YS-nın operativ cərəyanının və bloklamasının sxemini; REŞ-nin əsas avadanlıqlarının istismar xarakteristikasını; rele mühafizəsinin və avtomatika qurğularının vəzifəsini və təsir zonasını; elektrik şəbəkəsi rayonnun işinin texniki-iqtisadi göstəricilərini; elektrotexnikanın əsaslarını; 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələr ilə birlikdə, gərginliyi 35-110 kV 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələr ilə birlikdə, gərginliyi 35-110 kB 2-ci və 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiya-ların elektrik avadanlıqlarına xidmət zamanı -   VI ixtisas qrupu; 1 -ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələr ilə birlikdə, gərginliyi 35-110 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların elektrik avadanlıqlarına xidmət zamanı (orta ixtisas təhsili tələb olunur) - VII ixtisas qrupu.

 

§ 21. Paylaşdırıcı şəbəkələrin istismarı üzrə elektrik

montyoru

 

II ixtisas qrupu

İşini xüsusiyyəti. 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin paylaşdırma məntəqələrinin (PM) transormator avadanlıqlarına baxışda iştirak edir. Avadanlığın və elektrik verilişi xəttinin təmir edilməsi, aşkar olunmuş nasazlığın aradan qaldırılması, PM və TYS-nın avadanlıqlarının təmizlənməsi, yükü və gərginliyi ölçmək, PM və TYS-da və elektrik veriliş xətlərində iş yerinin hazırlanması, yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yeni PM və TYS-nın və elektrik veriliş xətlərinin işə qoşulmaya hazırlanması. Avadanlığa yağ əlavə edilməsi, kontraktların sıxılıb təmizlənməsi, xarab qoruyucuların dəyişdirilməsi, yağ göstərici şüşələrin təmir edilməsi və buna oxşar digər işlərin yerinə yetirilməsi. Yeni PM, TYS, hava və kabel xətləri tikilən zaman elektrik qurğularının quruluşu qaydasının yerinə yetirilməsinə, TYS və PM-nin təmiri zamanı tikinti fəhlələrinə nəzarət etmək.

Bilməlidir; PM və TYS-nın yerləşdirilməsi ilə paylaşdırıcı şəbəkə sahəsinin sxemini, quyuların, kollektorların və tunellərin yerləşməsi ilə hava və kabel elektrik xətlərinin trassasını (istiqamətini); PM və TYS-nın ilkin birləşmələrinin prinsipial sxemini; paylaşdırıcı şəbəkələrdə iş yerinin hazırlanma qaydasını; elektrotexnika üzrə elementar məlumatları. Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında, 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin paylaşdırma məntəqələrinə, transformator yarımstansiyalarına, hava və kabel elektrik xətlərinə - III ixtisas qrupu.

 

§ 22. Paylaşdırıcı şəbəkələrin istismarı üzrə elektrik

montyoru .

 

IV ixtisas qrupu

İşini xüsusiyyəti. Paylaşdırma məntəqələrinin (PM), transormator yarımstansiyasının (TYS) hava və kabel elektrik xətlərinin avadanlığına xidmət edilməsi. PM.TYS və elektrik xətlərinin avadanlığının təmir edilməsi, nasazlığın aradan qaldırılması, PM və TYS-nın avadanlıqlarının təmizlənməsi, şəbəkənin müxtəlif nöqtələrində gərginliyin və yükün ölçülməsi. Şəbəkədə rejimi dəyişdirməklə PM, TYS və elektrik xətlərində çevirmələr aparmaqla iş yerlərinin hazırlanması. Yeni PM və TYS-nın, hava və kabel elektrik xətlərinin hazırlanması, TYS və PM-də təmiri aparılan zamanı tikinti fəhlələrinə nəzarət etmək.

Bilməlidir: Xidmət edilən avadanlığın vəzifəsini, quruluşunu və cari təmirin aparılma qaydasını; PM və TYS-nın ilkin birləşmələrin, operativ cərəyanı və bloklamanın sxemini; ən çox baş verən nasazlıqları və onların aradan qaldırılma metodlarını; elektrik qurğularına operativ xidmət qaydalarını; elektrotexnikanın əsaslarını. 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırma məntəqələrinik, transformator yarımstansiyalarının, Hava və kabel elektrik xətlərinin avadanlıqlarına xidmət zamanı - V ixtisas qrupu.

 

§ 23. Sahil nasos stansiyalarının maşinisti

 

II ixtisas qrupu

İşin xüsusiyyəti. Mərkəzdənqaçma və bir oxda bərkidilən (oxlu) nasoslarla təchiz edilmiş sahil nasos stansiyalarının istismarı və etibarlı işləməsinin təmir edilməsi. Sirkulyasiya edən suyun təzyiqinə, yastıqlarının yağlanmasına və qızmasına, nasoslarının və elektrik mühərrikləriin işinə, su qəbuledicilərin və hidrotexniki qurğuların vəziyyətinə nəzarət. Nasosların işə buraxılması, saxlanması və sınanması. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qəza hallarının ləğv edilməsi.

 

Bilməlidir. Suqəbuledicilərinin barmaqlarının və nasosların quruluşunu və iş prinsiplərini; sorucu və basqı boru kəmərlərinin və tənzimləyici qurğuların sxemlərini, armaturların və ölçü vasitələrinin  vəzifələrini və quraşdırma yerlərini; hidravlika və mexanika üzrə elementar məlumatları.

 

 * Operativ - çıxış briqadası olmayan elektrik şəbəkəsi müəssisələrinin paylaşdırıcı şəbəkələrində bütün operativ paylaşdırıcı şəbəkənin istismarı üzrə elektrik montyoru yerinə yetirir.

 

§ 24. Suaşıranın motorçusu

 

II ixtisas qrupu

İşin xüsusiyyəti. Təzyiq hovuzunun hidromexaniki avadanlığına istismar xidməti göstərmək ilə profilaktik təmir edilməsi. Sürgünün qaldırılması, endirilməsi və onunla manevrlər aparılması. Zibil təmizləyən maşın vasitəsilə zibiltutan barmaqlığa xidmət göstərilməsi, xidmət edilən avadanlığın işində olanın nasazlığın aşkar edilməsi və aradan qaldırılması.  

Bilməlidir. Təzyiq hovuzunun xidmət edilən mexaniki avadanlığının quruluşunu və iş prinsipini: yolçu vasitələrinin vəzifəsini və quraşdırma yerini; hidravlika, mexanika, elektrotexnika üzrə elementar məlumatları.

 

 

§ 25. Sınaq və ölçmə üzrə elektrik montyoru

 

            III ixtisas qrupu

İşinin xüsusiyyəti. Elektrik stansiyalarında və elektrik şəbəkələrində daha yüksək  ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 220 kV-a qədər olan elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi və sınaqlarının aparılması, yüksəldilmiş gərginlik tətbiq etməklə mühafizə vasitələrinin və qurğularının  sınanması; izolyasiya müqavimətinin açar kontaklarının keçid müqavimətinin, paylaşdırıcı quruluşların torpaqlama konturu müqavimətinin ölçülməsi; kabel və hava xətlərinin zədələnmə yerinin təyin edilməsi; ölçmə ştanqasanın köməyi ilə; zədəli izolyatorların aşkar edilməsi; sınaq və ölçmə zamanı istifadə olunan aparatlara texniki xidmət göstərilməsi, sınaq və ölçmə aparmaq üçün iş yerinin hazırlanması.        

Bilməlidir. Elektrik stansiyalarında və elektrik şəbəkələrində sınaq və ölçmə üçün işlədilən elektrik avadanlıqlarının və aparatlarının vəzifəsinin və prinsipial quruluşunun mürəkkəb olmayan sınaq və ölçmələrdə sınaq və ölçmə aparatlarının qoşulma qaydalarını; sınaq və ölçmə aparmaq üçün iş yerinin hazırlanması qaydalarını; elektrotexnika üzrə elementar məmulatları.

 

§ 26. Sınaq və ölçmə üzrə elektrik montyoru

 

IV ixtisas qrupu

İşin xüsusiyyəti.  Elektrik stansiyalarında və elektrik şəbəkələrində daha yüksək ixtisaslı montyorunun rəhbərliyi altında, gərginliyi 220 KV –dan yuxarı 500 kV-a qədər olan elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi və sınaqların aparılması, yüksəldilmiş gərginlik tətbiq etməklə yüksək gərginlik elektrik mühərriklərinin və sabit cərəyan maşınlarının sınaqdan çıxarılması; yüksəldilmiş düzləndirilmiş gərginlik tətbiq edib, sızma cərəyanını təyin etməklə güc kabellərinin sınması; transformatorlarında və yağ doldurulmuş reaktorlarda tutumun və dielektrik itki bucağı tangensinin, yüksüz işləmə itkisinin, transformasiya əmsalının, qısa qapanma gərginliyinin, sabiq cərəyanla dolaqların müqavimətinin ölçülməsi; boşaldıcıların, ölçmə transformatorlarının, kommutasiya aparatlarının sınaqdan çıxarılması; sınaq və ölçmə zamanı istifadə olunan aparatlara texniki xidmət göstərilməsi; sınaq və ölçmə aparmaq  üçün iş yerinin hazırlanması.

Bilməlidir: Elektrik stansiyalarında və elektrik şəbəkələrində sınaq və ölçmə üçün işlədilən elektrik avadanlıqlarının və aparatlarının təyinatını və prinsipial quruluşunu; mürəkkəb və məsuliyyətli sınaq və ölçmələr aparılan zaman, sınaq və ölçmə aparatlarının qoşulma qaydalarını; sınaq və ölçmə aparmaq üçün iş yerinin hazırlanması qaydalarını; elektrotexnika üzrə əsas məlumatları.

 

§ 27. Sınaq və ölçmə üzrə elektrik montyoru

                                                                                                           

VI ixtisas qrupu

İşim xüsusiyyəti, Elektrik stansiyalarında və elektrik şəbəkələrində gərginliyi 220 kV-a qədər olan elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi və mürəkkəb olmayan sınaqların yerinə yetirilməsi; yüksəldilmiş gərginlik tətbiq etməklə mühafizə vasitələri və qurğuların sınanması; izolyasiya müqavimətinin, açarların kontaktlarının keçid müqavimətinin, paylaşdırıcı quruluşların yerlə birləşdirmə konturunun müqavimətinin ölçülməsi; kabel və hava xətlərində zədələnmə yerinin təyin edilməsi; ölçmə ştanqları vasitəsilə zədəli izolyatorların aşkarlanması. Sınaq ölçmə zamanı istifadə olunan aparatlara texniki xidmət göstərilməsi və onların təmir edilməsi; sınaq və ölçmə aparmaq üçün iş yerinin hazırlanması. Mühəndis-texniki işçinin rəhbərliyi altında yüksəldimi gərginlik tətbiq etməklə gücü 50 min kVt-a qədər olan turbogeneratorların və gücü 50 min kVt-a qədər olan turbogeneratorları və gücü 50 MV-a qədər olan sinxron kompensatorların sınanması, Sınağın və ölçmənin nəticələrinin ilkin texniki sənədlərdə rəsmiləşdirilməsi.

Bilməlidir. Elektrik şəbəkələrində və elektrik stansiyasının sexlərində gərginliyi 220 kV-a qədər olan avadanlıqlarda mürəkkəb olmayan sınaq və ölçmənin aparılma qaydalarını; metodlarını, ardıcıllığını və müddətini; avadanlıqların çıxdaş (brak) normalarını; yarımstansiyanın paylaşdırıcı qurğularında və elektrik stansiyanın sexlərində birinci birləşmələrinin sxemini və avadanlıqların yerləşdirilməsini; istismar olunan elektrik avadanlıqlarının əsas texniki xarakteristikalarını və quruluşunu; mühafizə vasitələrinin və qurğularının sınanma üsullarını və müddətini; elektrik qurğularına operativ xidmət qaydalarını.

 

§ 28. Sınaq və ölçmə üzrə elektrik montyoru

 

VI ixtisas qrupu

İşin xüsusiyyəti. Elektrik stansiyalarında və elektrik şəbəkələrində gərginliyi 220 kV-a qədər olan elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi, mürəkkəb, məsuliyyətli sınaqların yerinə yetirilməsi; yüksəldilmiş gərginlik tətbiq etməklə gərginlikli elektrik mühərriklərinin və sabit cərəyan maşınlarının sınaqdan çıxarılması; yüksəldici düzləndirilmiş gərginlik tətbiq edərək sızma cərəyanını və tutum cərəyanını təyin etməklə güc kabellərinin sınanması; transformatorun çevirgəc qurğusunu dairəvi diaqramının çıxarılması; güc transformatorlarının və yağ doldurulmuş reaktorların tutumun və dielektrik itki bucağı tangensinin və yüksüz işləmə itkisinin, dolağın dielektrik itki bucağı tangensinin və yüksüz işləmə itkisinin, dolağın nəmliyinin, birləşmə qrupunun, transformasiya əmsalının, qısa qapanma gərginliyinin, sabit cərəyanla dolağın müqavimətinin ölçülməsi; boşaldıcıların, ölçmə transformatorlarının; kommutasiya aparatlarının sınanması; kondensatorların və ölçmə transformatorlarının tutumunun və dielektrik itki bucağı tangensinin ölçülməsi. Sınaq və ölçmə zamanı istifadə olunan aparatları texniki xidmət göstərilməsi və onların təmir edilməsi; sınaq və ölçmə aparmaq üçün iş yerlərinin hazırlanması. Mühəndis-texniki işçi heyətin rəhbərliyi altında yüksəldici gərginlik tətbiq etməklə gücü 50 min kVt-a qədər olan turbogeneratorları və gücü 60 Mvar-a qədər olan sinxron kompensatorların sınanması, Sınağın və ölçmənin nəticələrinin ilkin texniki sənədlərdə rəsmiləşdirilməsi. Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 750 kV və yuxarı olan elektrik avadanlıqlarının sınaqdan çıxarılması.

Bilməlidir. Elektrik şəbəkələrində və elektrik stansiyasının sexlərində gərginliyi 220 kV-a qədər olan avadanlıqlarda mürəkkəb sınaq və ölçmənİk aparılma qaydalarını; metodlarını, ardıcıllığını və müddətini; avadanlıqların çıxdaş (brak) normalarını; istismar olunan elektrik avadanlığının texniki xarakteristikasını və konstruktiv quruluşunu.

 

§ 29. Sınaq və ölçmə üzrə elektrik montyoru.

 

 VII ixtisas qrupu

 Elektrik şəbəkələrində gərginliyi 220 kV-dan yuxarı olan güc transformatorlarından, açarlardan və cərəyan transformatorlarından başqa, elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi və sınaqların aparılması; yüksəldilmiş gərginlik tətbiq etməklə sınaqların aparılması; izolyasiya müqavimətinin ölçülməsi; dielektrik itkilər bucağı tangensinin və yüksüz işləmə itkilərinin təyin edilməsi; yağ doldurulmuş reaktor dolağında nəmliyim, sabit cərəyanla dolağın müqavimətinin ölçülməsi; kondensatorların və ölçmə transformatorlarının tutumunun və dielektrik itkilər bucağı tangensinin ölçülməsi; boşaldıcıların sızma cərəyanının, asma və dartma izolyatorları zəncirəsində gərginliyin paylanmasının, yerlə birləşdirmə konturunun müqavimətinin ölçülməsi. Sınaq və ölçmə zamanı istifadə olunan aparatlara texniki xidmət göstərilməsi və onların təmir edilməsi

Bilməlidir. Gərginliyi 220 kV-dan yuxarı olan avadanlıqlarda sınaq ölçmənin aparılma qaydalarını; ardıcıllığını və müddətini; avadanlıqların zaylıq(brak) normalarını; elektrik sahəsində və ətraf mühitdə izolyasiyanın işləmə prinsipini orta ixtisas təhsili tələb olunur.

 

§ 30. Turbin avadanlığı üzrə maşinist-baxıcı

 

İşin xüsusiyyəti. Turbinin əsas və yardımçı avadanlıqlarına: kondensasiya, qidalandırıcı; buxarlandırıcı, reduksiya-soyuducu, dearator, regenerativ və istiləşdirmə qurğularında; drenaj, dövretmə (sirkulyasiya) və yağ sisteminə; döşəməyə tökülən suların axıdılma sisteminə; generatorun tənzimləmə və soyutma sisteminə; süzgəclərə, çənlərə, buxarlandırıcılara; aqreqatın buxar-su yoluna kimyəvi reagentlərin daxil edən qurğulara; istilik elektrik stansiyalarında texniki su, sıxılmış hava və yanğın söndürmə sisteminə xidmət edilməsi, baxmaqla avadanlığın işinə nəzarət, onların fasiləsiz işləməsinin təmin edilməsi. Xidmət edilən avadanlığın işə salınması, turbin qurğusunun istilik sxemində dəyişdirmələrin aparılması. Avadanlığın işində olan nasazlıqları aşkar etməklə aradan qaldırılması. Qəza hallarının ləğv edilməsi,

Bilməlidir. Turbinin, turbogeneratorun və turbinin yardımçı avadanlığının quruluşunu və texniki xarakteristikasını; qurğunun işləməsinin texnoloji proseslərini; istilik sxemini; avtoştik tənzimləyicilərin, istilik mühafizələrinin, bloklamaların, siqnalvericilərin və ölçü vasitələrinin təyinatını və iş prinsipini; buxarın, kondensatın, turbin yağının, istiliyə davamlı mayenin keyfiyyət normalarını; aqreqatın buxar-su yoluna daxil edilən kimyəvi reagentlərin xassələrini və onların hissələrə bölünməsini (dozasını); turboqurğunun yüklənmə rejiminin; turbin avadanlığının işinin texniki-iqtisadi göstəricilərini; istilik texnikasının əsaslarını, elektrotexnikanın, mexanikanın və su avadanlığının elementar əsaslarını. İstilik elektrik stansiyalarında turbin avadanlığına xidmət zamanı, turbinin gücü:

10 kVt-a qədər olduqda - III ixtisas qrupu;

10-dan çox 45 min kVt-a qədər olduqda - IV ixtisas qrupu;

45-dən çox 240 min kVt-a qədər olduqdə - V ixtisas qrupu;

240 min 10 kVt-dan çox olduqda - VI ixtisas qrupu;.

Turbinin ancaq yardımçı avadanlığına xidmət göstərən turbin avadanlığı üzrə maşinist-baxıcının tarif qrupu turbinin gücünə uyğun qrupdan bir qrup aşağı olmalIdır.

 

§ 31. Turbin sexinin böyük maşinisti

 Turbin avadanlığının fasiləsiz və faydalı işləməsinin təyin edilməsi. Avadanlığın işə salınması, dayandırılması, sınanması və təzyiq altında yoxlanması. Dispetçer cədvəli dəyişdirildikdə elektrik və istilik yüklərinin aqreqatlar arasında paylaşdırılması. Turbin sexinin istilik sxemlərində dəyişdirmələrin aparılması. Qəza hallarının ləğv edilməsi. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. avadanlığın təmirə çıxarılması. Yardımçı istilik-güc avadanlığında iş yerlərinin hazırlanması və işlərin aparılmasına icazə verilməsi, turboaqreqatda işlərin-aparılması üçün sexin növbə rəisinin icazəsi ilə ikinci icazənin verilməsi və iş yerlərinin hazırlanması. Turbin sexinin fəhlələrinə rəhbərlik edilməsi.          

Bilməlidir: Turbin avadanlığının quruluşunu və texniki xarakteristikasını; xüsusi ehtiyacların prinsipial elektrik sxemini; turbin sexinin istilik sxemlərini və istilik mühafizəsini; turbin avadanlığının işinin texniki-iqtisadi göstəricilərini, avtomatikanın və istilik nəzarətinin sxemlərini; istilik texnikasının; elektrotexnikanın, mexanikanın və su hazırlığı əsaslarını.

Turbinlərin növü və gücü min kVt

Kondensiyalı

 

Sənaye və istiləşdirmə ayırması olan

 

 

Əks təzyiqli

 

 

İxtisas qrupu

 

 

İstilik elektrik stansiyaları

40-a qədər

20-yə qədər

50-yə qədər

V

40-dan çox

20-dən çox

50-dən çox

VI

50-ə qədər

45-ə qədər

-

-

60-dan çox

45-dən çox

-

VII

VII ixtisas qrupunun verilməsi üçün orta ixtisas təhsili tələb olunur.

 

§ 32. Hidroaqreqatların maşinisti

III ixtisas qrupu

İşin xüsusiyyəti. Vahid gücü 10 min kVt-a qədər olan hidroaqreqat 50 min. kVt-a qədər olan hidroaqreqatların iş rejiminin idarə edilməsi. Hidroaqreqatlara istismar xidməti və onların işə buraxılması fasiləsiz və faydalı işləməsinin təmin edilməsi. Avadanlığın işə buraxılması, dayandırılması, sınanması və hidroaqreqatların elektrik sxemlərində dəyişdirmələrin aparılması.  Ölçü vasitələrinin göstəricilərinə, sürət tənzimləyicilərinin və yağbasıcı qurğuların işinə nəzarət. Qəza hallarının ləğv edilməsi. Əsas və yardımçı avadanlıqların işində olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.

Bilməlidir.  Hidroaqreqatların və yardımçı avadanlıqların quruluşun, iş prinsipini və texniki xarakteristikalarını; elektrik sxemlərini;  sürət tənzimləyicilərinin, yağbasıcı qurğuların, ölçü vasitələrinin, hidroaqreqatlarının mühafizə və siqnal verən aparatların iş prinsipi; Parametrlərin yol verilə bilən dəyişmələr həddini; hidroaqreqatların işinin texniki-iqtisadi göstəricilərini, hidravlikanın, elektrotexnikanın və mexanikanın əsaslarını. Vahid gücü 10 mindən artıq və 25 min kVt-a qədər olan hidroaqreqatların iş rejimini idarə etdikdə - IV ixtisas qrupu. Vahid gücü 25 mindən artıq və 100 min kVt-a qədər olan hidroaqreqatların iş rejimini idarə etdikdə - V ixtisas qrupu. Vahid gücü 100 mindən artıq və 250 min kVt-a qədər olan hidroaqreqatların iş rejimini idarə etdikdə - VI ixtisas qrupu.  Vahid gücü 250 mindən artıq olan hidroaqreqatların iş rejimini idarə etdikdə (orta ixtisas təhsili olmaq şərti ilə) - VII ixtisas qrupu.

 

§ 33. Hidroqurğuların baxıcısı.

 

II ixtisas qrupu

İşin xüsusiyyəti. Hidrotexniki qurğuya istismar xidmətinin göstərilməsi. Suölçmə postlarında suyun temperaturu və səviyyəsinin, süzgəclərdə suyun yuxarı və aşağı səviyyələrinin ölçülməsi. Pyezometrə, mayaklara məhdudlaşdırıcı və qadağanedici nişanlara, plakatların vəziyyətinə, məsafə (distansiya) vericilərin ilə bəndin özülünün temperaturu və gərginlik rejiminə və betonun armaturuna və su aşırının metal üzlüyündə gərginliyə, bəndin yerdəyişməsinə, əyilməməsinə, çökməsinə optik və klinometr vasitəsilə nəzarət edilməsi. Bəndin özülündə sahilə birləşən yerində qrunt suyunun səviyyəsinin ölçülməsi və təzyiqə qarşı süzgəclərdə ölçülərin aparılması. Bəndin özülündə və təzyiq sərhədində süzməyə nəzarət. Byefdə suyun səviyyəsinin ölçülməsi. Xidmət edilən qurğudan kiçik nöqsanların aradan qaldırılması.

Bilməlidir.  Məhdudlaşdırıcı və qadağanedici nişanların, ölçü vasitələrinin, xidmət edilən rayonda qurğuların yerini, ölçü vasitələrinin təyinatını və iş prinsipini; ölçünün götürülmə qaydasını; ikinci dərəcəli (əlavə) aparatların istismar qaydasını; çöl jurnalının doldurulma qaydasını və müşahidə nəticələrinin işlənməsini (təhlilini).

 

§ 34. Çevirici qurğulara xidmət üzrə elektrik montyoru

 

V ixtisas qrupu

İşin xüsusiyyəti. Sınaq və ölçmə zamanı istifadə olunan aparatlardakı qüsurların aradan qaldırılması. İş yerinin hazırlanması, Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında çevirici körpülərə xidmət zamanı gərginlik, yük, temperatur və digər parametrlər üzrə qoyulmuş rejimlərin təmin edilməsi; çevirici qurğuların avadanlıqlarında mürəkkəb olmayan sınaq və sazlaş işlərinin aparılması. Tristor bloklarında tristor üçlüyünün dəyişdirilməsi 3 kV-luq impuls gərginlik generatorunun, osilloqrafın və meqaommetrlərin köməyi ilə tristor özəklərinin (xanalarının) sazlığının yoxlanması; müqavimətlər blokunu dəyişmək və sazlamaqla onların parametrlərinin ölçülməsi); blok elementlərinin (doyma drosellərinin, müqavimətlərin kondensatorların və s.) keçid kontaktlarının yoxlanılması; stenddə tristorların sınanması əsas elektrik xarakteristikaları üzrə üçlükdən onları seçməklə, üçlüyün stenddə sınanması; hidroqıfıllımalarda trsitor üçlüyünün sıxılmasının taturirovkalanması (nişanlanması), su ilə soyudulan blok modullarının quraşdırılması və çıxarılması, modul blokunun hidro sınağı.

Mühəndis-texnik işçilərin və daha yüksək ixtisaslı elektrik montyorlarının rəhbərliyi altında su ilə soyudulan tristor bloklarında (SSTB) qoyulmuş idarəetmə, izləmə və mühafizə kanalları aparatlarının təmir edilməsi; işıqötürənin burmasında (hörməsində) və işıq mənbəyinin çıxışında işıq şüasının gücünün ölçülməsi; işıq ötürücülərin quraşdırılması və sökülməsi, tristor bloklarının şkafında (TBŞ) rele hissəsinin yoxlanılması və sazlanması; elektron osilloqrafın köməyi ilə elektrik kəmiyyətlərinin ölçülməsi, təmir zamanı modulların və digər avadanlıqların quraşdırılması və sökülməsi; körpü blokunun yığılmış halda hidravlik sınaqdan keçirilməsi; müqavimətlər sütununun, reaktorların, ayrıca dayanmış su ötürücülərin, elektrik boşaldıcılarının yoxlanılması və sınaqdan keçirilməsi.

Bilməlidir.  Çevirici qurğularda sadə sınaqların və ölçülərin aparılma qaydasını, metodunu və müddətini; obyektiv avadanlıqların yerləşdirilməsini və ilkin birləşdirmə sxemini; istismar olunan avadanlığın əsas texniki xarakteristikalarını və iş  prinsipini; sınaq stendinin sxemini; sazlama sınaq və ölçmə zamanı istifadə olunan aparatların sxemini və iş prinsipini; çevirici qurğuların və nəzarət aparatlarının yoxlanılma qaydasını; ardıcıllığını və müddətini; SSTB-nin əsas mühafizəsini, idarəetmə və siqnallaşdırma kanallarının iş prinsipini məntiqi sxemləri; çeviricinin, transformatorun, kabel və hava elektrik veriliş xətlərinin iş rejimini; elektro və radiotexnikanın əsaslarını.

 

§ 35 Çevirici qurğulara xidmət üzrə elektrik montyoru.

 

VI ixtisas qrupu

İşin xüsusiyyəti.   Çevirici qurğulara xidmət zamanı gərginlik, yük, temperatur və digər parametrlər üzrə qoyulmuş rejimlərin təmin edilməsi; çevirici və avadanlığın sınağı və sazlaması üzrə məsuliyyətli və mürəkkəb işlərin aparılması. İdarəetmə blokunun, tristorlara nəzarət vericisinin (TNZ) və cərəyanın sıfırdan keçmə vericisinin (CSV) parametrlərinin yoxlanması. Elektron-şüa qurğularının osilloqrafların köməyi ilə modullar dəyişdirildikdə onların işləməsinin cərəyan mühafizə və digər blokların yoxlanması. Qüsurlu, qovşaqları (hissələri) dəyişdirdikdən  sonra selşəkilli  stabilitronların  və tristor blokunun xarakteristikalarının yoxlanması. Məntiqi elementlərdən olan sxemlərin yoxlanıb sazlanması. Verilmiş. işıq şüalanmasının gücünə uyğun olaraq işıqla idarəetmə kanallarının sazlanması. Cərəyan üzrə bloklama qurğusunun (CBQ) və CSV-in birlikdə yoxlanması və sazlanması üzrə işlər daxil olmaqla, izləyici sisteminin sazlanması. SSTB-nin idarəetmə bloklarının və bütün drosellər bloklarının (DB) vəTŞB-nin təmir edilməsi və sazlanması.

Bilməlidir.   Kvant mexanikasının əsaslarını; çevirici avadanlığın sxeminin quruluşu və sazlanması üzrə rəhbər göstərişləri və təlimatları; xidmət edilən avadanlığın təyinatını və quruluşunu; idarəetmə bloklarının işləmə sxemini və iş prinsipini; sınaq və ölçmə zamanı istifadə olunan aparatların, impuls gərginlik transformatorunun, osilloqrafın quruluşunu və iş prinsipini; cərəyan və selşəkilli stabilitron mühafizəsinin sxemini və quruluşunu; obyekdə qurulan obyektin rabitənin növünü və onlardan istifadə qaydasını; çeviricinin kommutasiya sxemini; zədələnmələrin və iş rejimlərinin pozulmasının növlərini; sabit cərəyan və gərginlik transformatorların qoşulma sxemini; xəttin avtomatik təkrar qoşmasının (ATQ) vəzifəsini; ehtiyatı avtomatik qoşma (EAQ) qurğusunun təyinatını və ona olan əsas tələbləri.

 

 

§ 36. Çevirici qurğulara xidmət üzrə elektrik montyoru

 

VII ixtisas qrupu

İşin xüsusiyyəti. Çevirici avadanlığın sınağı və sazlaması üzrə çox mürəkkəb işlərin yerinə yetirilməsi Fototranzistor, stabilitron və diodların dəyişdirilməsi. Tristor blokların, sabit cərəyan mənbələrində yüksəldici gərginliklə sınanması. SSTV-qnin idarəetmə sisteminin fazalaşdırılması. Məntiqi və inteqral elementləri olan sxemlərin yoxlanıb sazlanması. Yarımkeçirici kvant generatorlarının (YKG) sökülüb quraşdırılması. İdarəetmə və mühafizə şkaflarının təmiri və sazlanması.

Bilməlidir.  Telemexanika qurğularına xidmət qaydasını, impulslar qrupu generatorunun, elektron-şüa osilloqrafının, impuls gərginlik, generatorunun modulunun  tərkibinə daxil odan idarəetmə şkaflarını mühafizə və siqnallaşdırmanın (İİ və SŞ) məntiqi və inteqral elementlərinin sxemini və quruluşunu; tristor bloklarının və modullarının saxlanılma sxemini. (Orta ixtisas təhsili tələb olunur).

 

§ 37. Elektrik veriliş xəttinin trassasının eskizləşməsi

üzrə elektrik montyoru

                                                                                                      

III ixtisas qrupu

İşin xüsusiyyəti. Hava xəttinin (HX) trassasının onun keçdiyi yerə ayrı-ayrı tikililərə bənd etməklə, dayaqların, qurulan və qoşulan avadanlıqların tiplərini göstərməklə eskiz planının tərtib edilməsi. Eskizlər üzrə, kalkada yemi HX-nin planının (sxeminin) tərtib etməklə, kalkada mövcud hava xətlərinin planlarında düzəlişlərin aparılması. Yeni tikilən HX-nin pasport məlumatlarının (göstəricilərin) tərtib edilməsi. Ünvanlar (adreslər üzrə texniki sənədlərin doldurulması. HX-nin sxemində dayaqların nömrələri, paylaşdırma məntəqələri (PM) və transformator yarımstansiyalarının –(TYS) göstərilməsi. Yeni kabel xətlərinin eskizinin tərtib edilməsi və reperlər üzrə yoxlamaqla yaxud ayrı-ayrı tikililərə bəed etməklə mövcud kabel xətlərinin yeni muftalarının eskizlərinin tərtib edilməsi. Eskizlər üzrə yeni kabel xətlərinin planlı və kalkasının hazırlanması. Kabel xətlərinin və muftaların yerləşdirilməsi üzrə bütün dəyişiklikləri plan və kalkaya köçürülməsi. Yenidən çəkilmiş kabel xətlərinin pasport məlumatlarının tərtib edilməsi.

Bilməlidir. HX, PM, TYS və kabel xətlərinin təyinatını; kalkada eskizlərin tərtib olunması və planın (sxemi) hazırlanma qaydasını; topoqrafik nişanları və işarələri; hava və kabel xətlərinin tikinti layihəsini və çertyojların (cizgilərin) oxunma qaydasını; elektrotexnikadan elementar məlumatları.

 

§ 38. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru.

 

III ixtisas qrupu.

İşin xüsusiyyəti. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularına elektrik sayğaclarının quraşdırılması və onlara xidmət göstərilməsi. Nümunəvi sayğacdan və yaxud laboratoriya vattmetrindən istifadə etməklə dövrəyə, cərəyan və gərginlik ölçü transformatorları vasitəsi ilə qoşulmuş birbaşa axınlı sayğaclarla enerjinin hesaba alınma sxeminin yoxlanması. Ölçü transformatorların və elektrik sayğaclarının yararlı olmasının təyin edilməsi və onların dəyişdirilməsi. Ölçü transformatorları ilə yerinə yetirilmiş, enerjinin hesaba alınma sxemlərində hesablama əmsalının təyin edilməsi. Elektrik sayğaclarının dövrəyə qoşulması.

Bilməlidir: Qoşma sxeminin iş prinsipini və quruluşunu; elektrik enerjisinin hesablanması üzrə elektrik qurğularının texniki xarakteristikalarını və yol verilə bilən xətalarını; hesablama əmsallarını; elektrik sayğaclarını quraşdıran, dəyişdirən və yoxlayan zaman işin görülmə qaydasını; elektrik sayğaclarının daşınma qaydasını; operativ və hesablama sənədlərinin yazılma qaydasını; elektrotexnikanın əsaslarını.

Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında quraşdırma xidmət zamanı - IV ixtisas qrupu.

 

§ 39. Elektrik stansiyaları avadanlığına xidmət üzrə

elektrik montyoru

 

II ixtisas qrupu

İçin xüsusiyyəti. 200 min kVt-a qədər olan su elektrik stansiyaların da balıq yolunun əsas və yardımçı avadanlıqlarına təmir xidməti göstərilməsi və hidroaqreqatın mexaniki avadanlığının və çayın aşağı axarında və şlüzündə doldurma və boşaltma sistemli şaxtalarda olan yardımçı avadanlıqlarının qəzasız işinin təmin edilməsi. Xidmət edilən avadanlığın yağlanması və təmizlənməsi işində olan kiçik  nasazlıqların aradan qaldırılması.

Bilməlidir: Balıq yolunun əsas və yardımçı avadanlıqlarının iş prinsipini quruluşunu; ölçü vasitələrinin vəzifəsini və quraşdırılma yerini; hidravlika, mexanika və elektrotexnika üzrə elementar məlumatları.

 

 § 40. Elektrik stansiyaları avadanlığına xidmət üzrə çilingər.

 

III ixtisas qrupu

İşin xüsusiyyəti: Gücü 200 min kVt-dan çox olan su elektrik stansiyasında balıq yolunun əsas və yardımçı avadanlıqlarına təmir xidməti göstərilməsi və hidroaqreqatın mexaniki avadanlığının və çayın aşağı axarında və şlüzdə doldruma və boşaltma sistemli şaxtalarda olan-yardımçı avadanlıqların qəzasız işinin təmin edilməsi. Buxar generatorlarını, qazanların və istilik şəbəkələrini qidalandırmaq üçün suyun ilkin və tam təmizlənməsi, kondensatın təmizlənməsi, kimyəvi reagentlərin anbarının qurğularına və gücü 100 min kVt-a qədər olan istilik elektrik stansiyalarının kimyəvi sexlərində olan digər avadanlıqlara təmir xidməti göstərilməsi. Gücü 100 min kVt-a qədər olan digər istilik elektrik stansiyalarında mazutun qızdırılması və ötürülməsi üzrə avadanlıqlara təmir xidməti göstərilməsi.

Gücü 100 min kVt-a qədər olan istilik elektrik stansiyalarında qazan aqreqatlarına, üstü borularına və üfürücülərə təmir xidməti göstərilməsi.

Gücü 100 min kVt-a qədər olan istilik elektrik stansiyalarında qazan turbin avadanlıqlarına: turboaqreqatlara, devratorlara, buxarlandırıcılara, qızdırıcılara,  qidalandırıcı nasoslara, su təchizatı avadanlığına və turbinin digər avadanlıqlarına təmir xidməti göstərilməsi.

Xidmət edilən avadanlığın işinə nəzarət edilməsi: avadanlığın işində olan nasazlığın aradan qaldırılması. Profilaktik təmir işlərinin yerinə yetirilməsi. Avadanlığın işə salınmasında, dayandırılmasında, kimyəvi reagentlərin qəbulunda və boşaldılmasında qəza halının ləğv edilməsində iştirak. Alət və qurğu dəstəsinin saz halda saxlanması.

Bilməlidir: Xidmət edilən əsas və yardımçı avadanlığın quruluşu və iş prinsipini; avadanlığın istilik və kinematik sxemini; yağlama aqreqatı və sıxışdırıcı materialların, kimyəvi reagentlərin xassələrini və işlədilmə qaydalarını, xüsusi və universal alət və qurğulardan istifadə qaydasını, istilik texnikasını, mexanika, su hazırlığı üzrə elementar məlumatları; çilingər işini.

 

§ 41. Elektrik stansiyaları avadanlığına xidmət üzrə çilingər

 

IV ixtisas qrupu

İşin xüsusiyyəti: İstilik elektrik stansiyalarında turbin avadanlığına, gücü 100 min kVt-dan çox olan istilik elektrik stansiyalarının qazan avadanlığına və yanacaqvermə avadanlığına təmir xidməti göstərilməsi. Gücü 100 min kVt-a qədər olan istilik elektrik stansiyalarında qazan turbin avadanlığına təmir xidməti göstərilməsi

Bilməlidir: Xidmət edilən avadanlığın quruluşunu və kinematik sxemini; qəzanın yaranma və hissələrin vaxtından əvvəl yeyilmə səbəbini müəyyən etmək üsullarını; müsaidə və oturtmalar sistemini; avadanlığın profilaktik təmirinin əsas müddəalarını; istifadə olunan xüsusi və universal alət və qurğuların konstruksiyasını.

Gücü 100 min kVt-dan çox olan istilik elektrik stansiyasının qazan-turbin avadanlığına təmir xidməti zamanı - V ixtisas qrupu.

 

§ 42. Elektrik stansiyaları avadanlığının təmizlənməsi (yığışdırılması) üzrə motorçu

 

II ixtisas qrupu

İşin xüsusiyyəti: Toz-nəmlik maşının köməyi ilə, hidroyuyucu və s. tətbiq etməklə elektrik stansiyalarının istehsal binalarında yerləşən avadanlıqların xarci səthinin təmizlənməsi. Mexanikləşdirilmiş təmizləmə vasitələrinə texniki xidmət göstərməklə onların təzyiq altında yoxlanması.

Bilməlidir: Mexanikləşdirilmiş təmizləmə vasitələrinin iş prinsipini; avadanlığın yerləşdirilməsi və onun təmizləmə qaydasını.

 

§ 43, Elektrik stansiyalarının avtomatik və ölçmə vasitələrinə xidmət üzrə elektrik çilingəri

 

III ixtisas qrupu

İşin xüsusiyyəti: Ölçü vasitələrinə xidmət edilməsi. Ölçü vasitələrində və onun elementlərində təmir heyətinin çağırılmasına ehtiyac olmayan kiçik nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Cərəyan mənbəyindən aralanmış ölçü vasitələrinin hisslərinin dəyişdirilməsi, yuyulub təmizlənməsi. Gərginliyi söndürdükdən sonra, lövhədə (şitdə) olan nasaz ölçü vasitələrinin sazlanması və işə salınması. Ölçü vasitələrinin dövrəyə qoşulması və açılması. Qeyd edici ölçü vasitələrinə istismar xidməti göstərilməsi.

Bilməlidir: İstilik texnikası və kimyəvi nəzarətin birinci və ikinci dərəcəli ölçü vasitələrinin in prinsipini, vəzifəsini və quraşdırılma yerini; elektrik stansiyası avadanlığının istilik sxemini; avtomatik tənzimləyicilər, texnoloji mühafizələr, bloklamalar, siqnallaşdırmalar, məsafədən idarəetmə qurğuları və onlara aid olan bütün elementlər haqqında ümumi məlumatları; ölçü vasitələrinin dəqiqlik dərəcələrini; lövhədə (şitdə) qurulmayan cihazların göstəricisini yoxlamaq üçün gəzdirilən ölçü vasitələrinin təyinatını və onlardan istifadə qaydasını; istilik texnikası, mexanika və elektrotexnika haqqında elementar məlumatları.

 

§ 44. Elektrik stansiyalarının avtomatika və ölçü vasitələrinə xidmət üzrə elektrik çilingəri

 

IV ixtisas qrupu

İşin xüsusiyyəti: Daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi altında, nəzarət və idarəetmə sisteminin elementlərinə, avtomatik qurğulara və tənzimləyicilərə, texnoloji mühafizə, bloklama, siqnallaşdırma, məsafədən iadrəetmə qurğularına istismar xidməti göstərilməsi. İdarəetmənin elektrik sxemində olan nasazlıqların aşkar edilib aradan qaldırılması, yaxud işə salma aə açma aparatların dəyişdirilməsi. Siqnal lampalarının dəyişdirilməsi. Avtomatik tənzimləyicilərin ölçü və elektron bloklarının tənzimlənməsi (balanslamaq). Sərəncam üzrə təmir və sazlama işlərinə icazə verilmə. Bloklama və siqnallaşdırmanın yoxlanılmasında iştirak etmək. İdarəetmə sisteminin qoşulması və sazlanması. İcra mexanizmlərində uclardakı elektrik açarların tənzimlənməsi.

 Bilməlidir: Avtomatik qurğuların və tənzimləyicilərin iş prinsipini; avtomatik tənzimləyicilərin, mühafizələrin, məsafədən idarəetmə sistemlərini; siqnallaşdırmanın prinsipial, struktur (quruluş) və kommutasiya quraşdırma sxemlərini; bütün yığımların və lövhələrin ölçü və avtomatika vasitələrinin sxemləri; kommutasiya sxemlərində olan zədələnmə yerlərini tapmaq və aradan qaldırmaq üsullarını.

 

§ 45. Elektrik stansiyalarının avtomatika və ölçü vasitələrinə xidmət üzrə elektrik çilingəri

 

V ixtisas qrupu

İşin xüsusiyyəti. Nəzarət və idarəetmə sisteminin elementlərinə, avtomatik qurğulara və tənzimləyicilərə, gücü 240 kVta qədər olan bogeneratorun (elektrik stansiyalarında) məsafədən idarəetmə qurğularına istismar xidməti göstərməklə, onların fasiləsiz işləməsinin təmin edilməsi. Nəzarət və idarəetmə sisteminin dövrəyə qoşulması və açılması. Xidmət edilən nəzarət və idarəetmə vasitələrində və ona aid olan bütün elementlərdə qüsurların aşkar edilib aradan qaldırılması. Avtomatik tənzimləyicilərin qimən köklənməsi (sazlanması). Texnoloji mühafizələrin, bloklamaların və siqnallaşdırmanın yoxlanması. Təmir sazlama işləri aparmaq üçün iş yerlərinin hazırlanması.

Bilməlidir: Lövhədə (şitdə) olan ölçü vasitələrini və tənzimləyiciləri sazlamaq və sınaqdan çıxarmaq üçün gəzdirilən ölçü vasitələrinin və qurğuların təyinatını, onlardan istifadə şərtlərini; istilik və enerji istehsalının texnoloji prosesin; elektron hesablama maşınlarının quruluşunu və sxemini; elektronikanın və elektrotexnikanın əsaslarını. 240 kVt-dan artıq gücə malik turbogeneratorun (elektrik stansiyasında) nəzarət və idarəetmə sisteminin elementlərinə istismar xidməti zamanı – VI ixtisas qrupu.

Qeyd: Nəzarət və idarəetmə sisteminə xidmət zamanı hesablama dan istifadə olunursa, ixtisas qrupu uyğun güclərdə verilmiş ixtisas qrupundan bir qrup yuxarı verilir.

VI və VII ixtisas qrupunu vermək üçün orta ixtisas təhsili tələb olunur.

 

§ 46. Elektrik stansiyalarının elektrik avadanlığına xidmət üzrə elektrik montyoru

 

İşin xüsusiyyəti. Elektrik stansiyasının elektrik avadanlıqlarına texniki xidmət göstərməklə onların fasiləsiz və faydalı işləməsinin təmin edilməsi. Rele mühafizəsinin, məsafədən idarəetmənin, siqnallaşdırmanın və elektroavtomatikanın vəziyyətinə nəzarət. Paylaşdırıcı qurğularda operativ çevirmələrin aparılması. Generatorların hidrogen soyutmasından hava soyutmasına və əksinə çevrilməsi. Meqaommetrlə elektrik avadanlığı izolyasiyanın vəziyyətin yoxlanması. Elektrik ölçmə kəlbətinləri ilə elektrik parametrlərin ölçülməsi. Xidmət edilən avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Elektrik avadanlıqlarını təmirə çıxartmaq, iş yerini hazırlamaq, təmir və sazlama işlərini aparmaq üçün fəhlələrə icazə verilməsi. Avadanlığın işə salınması.

Bilməlidir: Elektrik avadanlığının təyinatını və quruluşunu elektrik stansiyasının paylaşdırıcı qurğusunun elektrik sxemini; elektrik parametrlərini; ölçü vasitələrinin, dəyişən cərəyan düzləndiricilərinin, yüksək tezlikli cərəyan qurğularının quruluşunu və təyinatını; rele mühafizəsinin elektroavtomatikanın, siqnallaşdırmanın iş prinsipini və sxemini; elektrik avadanlığında zədə yerinin tapılma üsullarını; elektrik stansiyasının əsas və yardımçı avadanlığının yerləşdirilməsini və texniki xarakteristikasını; istilik və elektrik enerjisi istehsalının texnoloji prosesini; elektrotexnikanın əsaslarını, istilik texnikasının elementar əsaslarını.

30 min kVt-a qədər vahid gücə malik turbogeneratorları olan istilik-elektrik stansiyalarında elektrik avadanlıqlarına xidmət zamanı - III ixtisas qrupu;

30 min kVt-dan 130 min kVt-a qədər vahid gücə malik turbogeneratorları olan istilik elektrik stansiyalarında elektrik avadanlıqlarına xidmət zamanı - IV ixtisas qrupu;

130 min kVt-dan 800 min kVt-a qədər vahid gücə malik turbogeneratorları olan istilik elektrik stansiyalarında elektrik avadanlıqlarına xidmət zamanı - V ixtisas qrupu;

800 min kVt-dan çox vahid gücə malik turbogeneratorları olan istilik elektrik stansiyalarında elektrik avadanlıqlarına xidmət zamanı - VI ixtisas qrupu;

Qeyd: Elektrik stansiyalarının elektrik avadanlıqlarına xidmət edən böyük elektrik montyorunun tarif dərəcəsi, uyğun növlü elektrik stansiyalarının uyğun güclü turbogeneratorlarına və enerji bloklarına xidmətdə verilən ixtisas qrupundan bir qrup yuxarı olur.

 

§ 47 Elektrik stansiyalarında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı

 

I ixtisas qrupu

İşin xüsusiyyəti. Xlorlu əhəng məhlulunun hazırlanması və dozalanması, səpələciyi soyuducu qurğularının və hovuzların suyunun xlorlaşdırılması. Suda olan aktiv xlorun müəyyən edilmiş artıqlıq konsentrasiyasının təmin edilməsi.

Bilməlidir: Xidmət etdiyi aparatların quruluşu haqqında əsas məlumatları; su kəmərlərinin və armaturların yerləşməsini; xlorlanan məhsulların konsentrasiyasını.      

 

§ 48. Elektrik stansiyalarında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı

 

II ixtisas qrupu

İşin xüsusiyyəti. Qazanların, istilik şəbəkələrinin və buxarlandırıcıların qidalanması üçün qabaqcadan təmizlənmiş suyun, yumşaltma sxemi üzrə kimyəvi təmizlənmə prosesinin idarə olunması.

Kationit süzgəclərin duzlar məhlulu ilə regenerasiyası. Kimyəvi analizlərin nəticələri və ölçü vasitələrinin göstərciləri üzrə yumşaldılma prosesinin parametrlərinin tənzim edilməsi. Suyun yumşaldılma prosesinə nəzarət. Xidmət edilən avadanlıqda istifadə olunan reagentlərin və xüsusi ehtiyaclara su sərfinin miqdarının hesablanması. Tullanılan suların neytrallaşdırılması; Su hazırlayıcı qurğuların avadanlığInın işə buraxılmasında, dayandırılmasında və sınanmasında iştirak etmək. Avadanlığın, armaturların, kommunikasiyaların, cihazların işində olan nasazlıqların aşkar edilməsi və onların aradan götürülməsi (ləğv edilməsi) üzrə tədbirlərin görülməsi. Qəza hallarının ləğvində iştirak edilməsi.

Bilməlidir: Su yumşaldıcı qurğunun texnoloji sxemini; xidmət etdiyi avadanlıqların, müxtəlif sistemli süzgəclərin, nasosların, dozalaşdırıcı qurğuların, çənlərin və s. quruluşunu və iş prinsipini; suyun kimyəvi üsulla hazırlanmasının, yumşaldılmasının regenerasiyasının, neytrallaşdırılmasının əsas texnoloji proseslərini; texnoloji proseslərin aparılma rejimlərini kimyəvi reagentlərin təyinatını; ölçü və avtomatika vasitələrinin vəzifələrini və quraşdırma yerlərini; qazın buxar-su yolunun prinsipial sxemini; su hazırlayıcı qurğunun, işinə kimyəvi nəzarətin aparılması qaydalarını; ümumi kimya üzrə elementar məlumatları.

 

§ 49. Elektrik stansiyalarında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı

 

III ixtisas qrupu

İşin xüsusiyyəti. Qazanların, istilik şəbəkələrinin və buxarlandırıcıların  qidalanması üçün qabaqcadan təmizlənmə ilə suyun yumşaldılma prosesinin idarə olunması. Durulducularda (durulducu hovuzlarda, çənlərdə) reagentlə suyun ilkin emalı. Durulducularda suyun reagentlə emalı texnoloji prosesinə kimyəvi nəzarət, Durulducularda suyun reagentlə emalı texnoloji prosesinin parametrlərinin və ölçü vasitələrinin göstəriciləri və kimyəvi analizlərin nəticələri üzrə suyun yumşaldılmasının tənzimlənməsi. İonitlərin: hopma həcminin və reagentin xüsusi sərfinin texnoloji xarakteristikalarının hesablanması. Qazanların enerji bloklarının konturlarının qidalandırılması və turşuların, duzların və qələvilərin məhlulları ilə ionit süzgəclərinin regenerasiyası üçün daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında suyun duzsuzlaşdırılma prosesinin aparılması. Qəza hallarının ləğv edilməsi.

Bilməlidir: Suyun duzsuzlaşdırılmasının və reagentlə emalının texnoloji sxemlərini; durulducularda (hovuzlarda) suyun reagentlə işləməsinin aparıldma rejimini; qidalandırıcı suyun keyfiyyət normalarını; analizlərin və hesablama aparılma üsullarını.

 

§ 50. Elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru

 

İşin xüsusiyyəti. Elektrik stansiyasının avadanlığına xidmət edilməsi. Turbo və hidrogeneratorların, sistem ilə əlaqələndirici transformatorların, xüsusi ehtiyac transformatorlarının, stansiyadan çıxan hava və kabel xətlərinin, akkumulyator batareyalarının, sabit cərəyan sistemlərinin iş rejimlərinə, ölçü vasitələrinin göstəricilərinə nəzarət etməklə onların qəzasız və faydalı işləməsinin təmin edilməsi. Rele mühafizəsi elektroavtomatika, ölçü vasitələri, blinker qurğularının və elektrik sxeminin elementlərinə nəzarət edən siqnalverci qurğuların işinə nəzarət edilməsi. Verilmiş dispetçer qrafiki üzrə elektrik stansiyası generatorlarının iş rejiminin tənzimlənməsi. Generatorların, xüsusi ehtiyac transformatorlarının işə qoşulması və açılması, elektrik stansiyasının elektrik sxemlərində dəyişdirmələrin apaıdlması. Qəza hallarının ləğv edilməsində iştirak etmək. Maşın teleqrafına nəzarət etmək.

Bilməlidir. Elektrik maşınlarının, rele mühafizəsinin və elektroavtomatikanın, elektrik avadanlığının, ölçü, siqnalverici və məsafədən idarəetmə vasitələrinin quruluşunu və iş prinsipini; elektrik stansiyasının elektrik sxemini; elektrik və istilik mexanikasının əsas avadanlıqlarının texniki xarakteristikalarını; elektrik və istilik enerji istehsalının texnoloji prosesini; parametrlərin buraxıla bilən dəyişmə hədlərini; elektrotexnikanın əsaslarını.

 

 

Elektrik stansiyasının növü və turbogeneratorun hidrogeneratorun gücü, min kVt ;

İxtisas qrupu

İstilik

hidravlik

III

20-yə qədər

50-yə qədər

IV

20-dən çox 60-a qədər

50-dən çox 500-ə qədər

V

60-dan çox

500-dən çox .

VI

 

Gücü 400 min kVt və ondan çox olan elektrik stansiyalarında V və VI ixtisas qrupunun verilməsi üçün orta ixtisas təhsili tələb olunur.

 

§ 51. Enerji bloklarının böyük maşinisti

 

VII ixtisas qrupu

İşin xüsusiyyəti. Enerji bloklarının fasiləsiz və faydalı işləməsinin təmin edilməsi.

Enerji bloklarının avadanlıqlarının işə buraxılması, dayandırılması, sınanması, təzyiq altında yoxlanması və onların istilik sxemlərində dəyişdirmələrin aparılması. Qəza hallarının ləğv edilməsi. Avadanlığın təmirə çıxarılması. Təmir və yaxud sazlama işlərinin aparılması üçün iş yerlərinin hazırlanması. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Enerji bloklarına xidmət edən fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: Enerji avadanlığının quruluşunu, texniki xarakteristikasını, energetika avadanlığını və istilik mühafizəsini enerji blokları avadanlığının su və turşularla yuyulma rejimini; qazan-turbin sexinik energetika avadanlığının işinin texniki iqtisadi göstəricilərini; istilik texnikasının, elektrotexnikanın, mexanikanın və su hazırlığının əsaslarını.

Gücü 150 kVt və ondan çox olan enerji bloklarına xidmət edən zaman orta ixtisas təhsili tələb olunur.

 

§ 52. Enerji blokunun maşinisti

 

VI ixtisas qrupu

 

İşin xüsusiyyəti. Verilmiş yük qrafikinə uyğun olaraq vahid gücü 240 min kVt-a qədər olan enerji blokunun iş rejiminin idarə edilməsi. Enerji blokuna istismar xidməti göstərməklə onun fasiləsiz və faydalı işləməsinin təmin edilməsi.

Xidmət edilən avadanlığın işə buraxılması, dayandırılması, təzyiq altında yoxlanması, sınanması və enerji blokunun istilik sxemində dəyişdirilmələrin aparılması. Turbogeneratorun dövrəyə qoşulması və açılması, enerji blokunun xüsusi ehtiyaclarının elektrik avadanlıqlarının qidalandırılmasının əsasda ehtiyata və əksinə çevrilməsi. Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi. Avadanlığın işində olan nasazlıqların aşkar etməklə onların aradan qaldırılması üçün tədbirlər görülməsi. Qəza halının ləğv edilməsi. Tabeliyində olan fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: Qazanın, turbinin, generatorun, transformatorun və yardımçı avadanlıqların quruluşunu, iş prinsipini və texniki xarakteristikasını, istilik və  elektrik enerjisi istehsalında istilik mühafizəsini, istilik sxemini və texnoloji prosesi; enerji blokunun yük rejimlərini; parametrlərində buraxıla bilən dəyişmələr həddini; enerji blokunun avadanlığının işinin texniki iqtisadi göstəricilərini; istilik texnikasının, elektrotexnikanın, mexanikanın və su hazırlığının əsaslarını.

 Vahid gücü 240 min kVt-dan çox olan enerji blokunun iş rejimini idarə edərkən  (orta ixtisas təhsili tələb olunur) – VII ixtisas qrupu.

 

§ 53. Enerjinəzarətin yoxlayıcısı

 

I ixtisas qrupu

İşin xüsusiyyəti.  Elektrik enerjisinin tələbatçılarına xidmət edilməsi. Hesablayıcı cihazların vəziyyətinə və işləməsinə nəzarət hesaba alınmadan enerjidən istifadə hallarının aşkar edilməsi. Elektrik sayğaclarının göstəricilərinin yazılması, enerjinin hesaba alınma qaydası pozulduqda hesablama aparılması. Tələbatçılara ödəmə haqqında xəbərdarlıqların çatdırılması; tələbatçılar tərəfindən hesabların vaxtında ödənilməsinin təmin edilməsi.

Bilməlidir. Elektrik sayğaclarının və ölçü transformatorlarının iş prinsipi və istismarı qaydalarını; elektrik sayğaclarının qoşulma sxemlərini; elektrik sayğaclarının buraxıla bilən xətalarını; hesablama əmsallarını; xidmət etdiyi elektrik qurğuları haqqında elementar məlumatları; hesablayıcı cihazlara daxil olmadan elektrik qəbuledicilərinin qoşulma üsullarını.

 

§ 54. Enerjinəzarətin yoxlayıcısı

 

II ixtisas qrupu.

İşin xüsusiyyəti. Ödənilmiş hesablar və yaxud özünəxidmət kitabları üzrə elektrik enerjisi tələbatçıları ilə hesablaşmalara nəzarət. Birfazalı məişət elektrik sayğaclarının şəbəkədən açılması və qoşulması, məişət tələbatçılarının elektrik enerjisi şəbəkəsinin açılması və qoşulması.

Bilməlidir. Birfazalı elektrik sayğaclarının işləmə prinsipini və qoşulma sxemlərini; enerjiyə görə hesablaşmaların texnologiyasını; hesablaşmalar üzrə sənədlərin aparılma qaydalarını.

 

§ 55. Enerjinəzarət yoxlayıcısı

 

III ixtisas qrupu

İşin xüsusiyyəti. Tələbatçıların enerji sərfi və bankdan daxil olan ödənilmiş  hnsablar və yaxud tabulyaqramlar üzrə elektrik enerjisi tələbatçılarının hesablarına nəzarət etmək. Elektrik enerjisinin tələbatçılarının xidmət göstərilməsi, onların şəbəkədən açılması və qoşulması, nasaz elektrik sayğaclarının və ölçü transformatorlarının dəyişdirilməsi. Təhkim edilmiş tələbatçılarla elektrik enerjisi sərfinə aid hesablaşmalarının aparılması. Aşağı ixtisaslı enerji nəzarəti yoxlayıcılarına və elektrik sayğaclarının istismarı üzrə elektrik montyorlarına tapşırıqları hazırlayıb verməklə görülmüş işlərin onlardan qəbul edilməsi. Tələbatçlarla sərf etdikləri enerji üzrə hesablaşmalar aparılarkən hesablayıcı maşınlarda işləmək. Enerji hesablayıcı cihazlarının vəziyyətinə nəzarət və onların düzgün işlənməsinin təmin edilməsi. Aşağı ixtisaslı enerji nəzarəti yoxlayıcılarına rəhbərlik edilməsi.

Bilməlidir: Elektrik sayğaclarının, ölçü transformatorlarının və xidmət edilən dikər elektrik aparatlarının xarakteristikalarını; hesablayıcı texnikadan istifadə etməklə enerji sərfinə aid hesablaşmaların aparılma qaydalarını; enerji sərfinə aid hesablaşma tabulyaqramlarından düzgün istifadə etmək qaydalarını.

 

 

 


Elektrik stansiya və şəbəkələrin avadanlıqların

 istismarı, enerji tələbatçılarına xidmət bölməsinə

daxil olan fəhlə peşələrinin müqayisəli addları və

 ixtisas qruplarının diapazonu

 

 

Sıra sayı

Peşələrin adları

 

İxtisas qrupunun diapazonu

İndiyədək qüvvədə olan peşə adları (rus dilin-də)

 

İxtisas qrupunun diapazonu

1

2

3

4

5

1.

Aqreqatların (qazan-turbin) idarəetmə blok sisteminin maşinisti

V-VII

Машинист блочной системы управления агрегатами (котель-турбин)

V-VII

2.

Balıq keçidi qurğusunun maşinisti

III

Машинист рыбоподьемника

III

3.

Buxar turbinlərinin maşinisti

III-VI

Машинист паровых турбин

III-VI

4.

Buxar turbinlərinin mərkəzi istilik idarəetmə lövhəsinin maşinisti

III-VI

Машинист центрального теполового щита управления паровыми турбинами

III-VI

5.

Qaz-turbin qurğularının maşinisti

III-VII

Машинист газотурбинных установок

III-VII

e.

Qaz-turbin sexinin böyük maşinisti

VII

Старший машинист котлотурбинного цеха

VII

7.

Qazanların maşinisti

III-VII

Машинист котлов

III-VII

8.

Qazanların mərkəzi istilik idarəetmə lövhəsinin maşinisti

III-VII

Машинист централвного теплового щита управления котлами

III-VII

9.

Qazanxana avadanlığının böyük maşinisti

V-VII

Старший машинист котельного оборудования

V-VII

10.

Qazanxana avadanlığı üzrə maşinist baxıcı

II-VI

Машинист-обходчик по котельному оборудований

II-VI

11.

İstilik məntəqələrinə xidmət üzrə çilingər

IV-V

Слесарь по обслуживанию тепловых пунктов

IV-V

12.

İstilik şəbəkələrinə xidmət üzrə çilingər

IV-V

Слесарь по обслуживанию тепловых сетей

IV-V

13.

Yarımstansiyalar xidmət üzrə elektrik montyoru

III-VII

Электромонтер по обслуживанию подстанций

III-VII

14.

Kabel şəbəkəsi istiqamətlərinə (trassasına) nəzarət üzrə elektrik montyoru

III

Электромонтер по надзору за трассами кабельных сетей

III

15.

Kimyəvi reagentlərin hazırlanması üzrə aparatçı

II-V

Аппаратчик но приготовлению химреагентов

III-V

16.

Maşın zalının hidroaqreqatlarına xidmət üzrə elektrik montyoru

II-VI

Электромонтер по обслуживанию гидроагрегатов машинного зала

II-VI

17.

Operativ-səyyar briqadanın (OSB) elektrik montyoru

II-VI

Электромонтер по оперативно-выездной бригады

II-VI

18.

Paylaşdırıcı şəbəkələrdə operativ çevirmələr üzrə elektrik montyoru

V-VII

Электромонтер по оперативным переключениям в распределительных сетях

V-VII

19.

Paylaşdırıcı şəbəkələrin istismarı üzrə elektrik montyoru

II-V

Электро монтер по эксплуатации респределителных сетей

 

20.

Sahil nasos stansiyaların maşinisti

II

Машинист береговых насосных станций

 

21.

Suaşıranın motorçusu

II

Моторист водосброса

 

22.

Sınaq və ölçmə üzrə elektrik montyoru

III-VII

Электромонтер по испытаниям и измерениям

 

23.

Turbin avadanlığı üzrə maşinisti

III-VII

Машинист-обходчик по турбиному оборудуванию)

 

24.

Turbin şöbəsinin böyük maşinisti

V-VII

Старший машинист турбиного отделения

 

25.

Hidroaqreqatların maşinisti

III-VII

Машинист гидроагрегатов

 

26.

Hidroqurğuların baxıcısı

II

Обходчик гидросооружений

 

27.

Çevirici qurğulara xidmət üzrə elektrik montyoru

V-VII

Электромонтер по обслуживанию  преорбазовательных устроиств

 

28.

Elektrik veriliş xəttinin trassasının eskizlənməsi üzrə elektrik montyoru

III

Электромонтер по эскизированию трасс линий электропередачи

 

29.

Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru

III-VI

Электромонтер по эксплуатаций электросчетчиков

 

30.

Elektrik stansiyaları avadanlığının təmizlənməsi (yığışdırılması) üzrə motorçu

II

Моторист по уборке оборудования электростанций

 

31.

Elektrik stansiyaları avadanlığına xidmət üzrə çilingər

II-V

Слесарь пр обслуживанию оборудования электростанций

 

32.

Elektrik stansiyalarının avtomatika və ölçü vasitələrinə xidmət üzrə elektrik çilingəri

III-VII

Электрослесарь по обслуживанию автоматики и средств измерения электростанций

 

33.

Elektrik stansiyalarının elektrik avadanlığına xidmət üzrə elektrik montyoru

III-VII

Электрослесарь по обслуживанию электрооборудования электростанций

 

34.

Elektrik stansiyalarında suyun kimyəvi təmizlənməsi üzrə aparatçı

I-III

Аппаратчик химводоочистки электростанций

 

35.

Elektrik stansiyalarında baş idarəetmə lövhəsinin elektrik montyoru

III-VI

Электромонтер главного шита управления электростанций

 

36.

Enerji bloklarının böyük maşinisti

VII

Старший машинист энергоблоков

 

37.

Enerji blokunun maşinisti

VII, VI-VII

Машинист энергоблоков

 

38.

Enerji nəzarətinin yoxlayıcısı

I-III

Машинист энергонадзора

 

* 2-ci əlavəyə bax.

 

 

 

ƏLAVƏ 1.

 

Yarımstansiyaya xidmət üzrə elektrik montyoru, “Operativ səyyar briqadasının elektrik montyoru”; “Paylaşdırıcı şəbəkələrdə operativ (çevik) çevirmələr üzrə elektrik montyoru” və “Paylaşdırıcı şəbəkələrin istismarı üzrə elektrik montyoru” fəhlə peşələrinə ixtisas qrupu vermək üçün xidmət edilən qruğuların aşağıdakı mürəkkəblik  dərəcələri müəyyən edilmişdir:

1. İki və daha çox sistem şini və yüksək gərginlik tərəfində açarları, an azı 10 ədəd 3-5 kV gərginlikli xətti və ən azı 5 ədəd güc transformatoru olan yarımstansiyalar, gərginliyi 35 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyalara aiddir.

2. İki və daha çox sistem şini və yüksək gərginlik tərəfində açarları olan yarımstansiyalar və sinxron kompensatorları olan yarımstansiyalar, gərginliyi 35 kV 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyalara aiddir.

3.  1-ci və 2-ci bəndlərdə göstərilən yarımstansiyalardan başqa yarımstansiyalar, gərginliyi 35 kV 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiyalara aiddir.

4. İki və daha çox sistem şini və yüksək gərginlik tərəfində açarları olan yarımstansiyalar, çoxbucaqlı sxemli yarımstansiyalar və sinxron kompensatorları olan yarımstansiyalar, gərginliyi 110, 154, 220 kV 1-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyalara aiddir.

5. 4-cü bənddə göstərilən yarımstansiyalardan başqa yarımstansiyalar, gərginliyi 110, 154, 220 kV 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiyalara aiddir.

6. 1-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələr aiddir:

a) iki şüalı, yaxud dairəvi qidalandırılması olan paylaşdırma məntəqələri (PM) və transformator yarımstansiyası (TYS) və bir neçə seksiyası, yaxud 15-dən çox xətti birləşdirilən sistem şini olan mürəkkəb quruluşlu (konfiqurasiyalı) şəbəkələr.

b) iki şüalı, yaxud dairəvi qidalandırılması olan PM və TYS paylaşdırıcı şəbəkə ilə birlikdə xidmət göstərilən 35, 110 kV gərginlikli yarımstansiyası olan mürəkkəb quruluşlu (konfiqurasiyalı) şəbəkələr;

7. 6-cı bənddə göstərilənlərdən başqa yerdə qalan paylaşdırıcı şəbəkələr, 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrə aiddir.

Qeyd. Gərginliyi 330, 400, 500 və 750 kV olan yarımstansiyalara xidmət göstərilməsi mürəkkəblik dərəcəsinə görə bölünmürlər.

 

 


ƏLAVƏ 2.

 

Xidmət göstərilən avadanlığın mürəkkəblik dərəcəsindən asılı olaraq yüksəldilmiş aylıq tarif maaşı verilən VII ixtisas qrupundan olan fəhlə

peşələrinin

 

SİYAHISI

 

 

Aqreqatlar blokunun (buxar-turbin generatoru) idarəetmə lövhəsinin maşinisti

Gücü 800 min kVt-dan çox olan kondensasiyalı turbinlər və gücü 500 min kVt-dan çox olan istiləşdirmə turbinləri

Enerji blokunun maşinisti

Gücü 800 min kVt-dan çox olan enerji blokları

Qazan avadanlığının böyük maşinisti

Buxar istehsalı 300 t/saatdan çox olan bərk yanacaqla işləyən qazan aqreqatları

Qazan-turbin sexinin böyük maşinisti

Gücü 130-dan çox 240 min kVt-a qədər

Enerji bloklarının böyük maşinisti

Gücü 240-dan çox 800 min kVt-a qədər

Sınaq və ölçmə üzrə elektrik montyoru

Gərginliyi 750 kV və çox olan elektrik avadanlıqları və gərginliyi 220 kV-dan çox olan güc transformatorları

Yarımstansiyaya xidmət üzrə elektrik montyoru

Gərginliyi 750 kV və ondan çox olan dəyişən cərəyan yarımstansiyaları və gərginliyi 800 kV-dan çox olan sabit cərəyan yarımstansiyaları.

 

 

 


ELEKTRİK STANSİYALARI VƏ ŞƏBƏKƏLƏRİ AVADANLIQLARININ TƏMİRİ.

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər

2-ci dərəcə

İşin xüsusiyyəti. Hissələrin 12-14 kvalitetlər (5-7 dəqiqlik dərəcələr üzrə çilingər emalı. Sökülmüş hissələrin təmizlənməsi, yuyulması və silinməsi, mürəkkəb olmayan metal və izolyasiya konstruksiyalarının hazırlanması. Çilingər alətlərinin inventarların, ləvazimatların və materialların iş yerinə gətirilməsi, işə hazırlanması və yığışdırılması. Sexin binasında, meydançada və bağlı qablarda elektrik-qaz qaynaqçısı ilə birlikdə işləmək. Qalaylama və lehimləmə üçün səthlərin təmizlənməsi

Daha yüksək dərəcəsi olan çilingərin rəhbərliyi altında təmir olunacaq əsas və köməkçi  avadanlığın sadə düyün və elementlərinin sökülməsi, təmiri və yığılması.

Bilməlidir: Təmir olunan avadanlığın və onun qovşaqlarının iş prinsipini, yerləşdirilməsini və təyinatını; avadanlıqların sadə qovşaqlarının və hissələrinin sökülməsi, təmiri və yığılması üzrə işlərin yerinə yetirilmə üsullarını; sadə çilingər və ölçü alətlərinin təyinatı və istifadə qaydalarını; sexlərdə təhlükəli yerləri; pnevmatik, elektrikləşdirilmiş və alətləri ilə işləyən zaman mühafizə və qoruyucu vasitələrini; inventar taxta-şalbanların yığılma qaydalarını; materialşünaslıq haqqında elementar məlumatları; takelaj işlərinin sadə üsullarını; sadə takelaj vasitələrinin quruluşunu və onlardan istifadə qaydalarını; aç çəkili yüklərin stropla saxlanılma qaydalarını; istilik daşıyıcıların mühitindən asılı olaraq boru kəmərlərinin quruluşunu və yerləşdirilmə sxemini, onların döşənmə və kanallarda, tunellərdə, divar boyu, sütunlarda bərkidilmə üsullarını; bağlayıcı, qoruyucu armaturların konstruksiyasını və təyinatını.

İş nümunələri:

1. Armaturların kipkəclərinin döyəclənməsi.

2. Çənlərin təmizlənməsi.

3. Turbinin rotor diskinin yığınlardan və pasdan təmizlənməsi.

4. Kondensatorların mexaniki təmizlənməsi, qapaqların və lyükların çıxarılması və quraşdırılması.

5. Maşın gövdəsinin örtüyünün sökülməsi və yığılması.

6. Muftaların çəpərlərinin sökülməsi və yığılması.

7. Asbesdən, rezindən, kartondan və paronitdən sadə quruluşlu aparatlarının nişanlanması və nişan yerindən kəsilməsi.

8. Yastıqların yağının dəyişilməsi.

9. Su qəbuledici süzgəcinin torlarının təmizlənməsi.

10. Bolt birləşmələrinin sökülməsi, yuyulması, yığılması və şplintlə bərkidilməsi.

11. Kondensatorların, yağ soyuducularının hava soyuducularının borucuqlarının təmizlənməsi və onların üç hissələrinin yastılanması üçün köməkçi işlərin yerinə yetirilməsi.

12. Süzgəclərin pasdan şlamdan təmizlənməsi, istifadə olunmuş yükləmə materialların boşaldılması.

13. Qaynaq üçün faskanın açılması.

 

§ 2. Buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər

3-cü dərəcə

İşin xüsusiyyəti. Əsas və yardımçı avadanlıqlarının, yükqaldırıcı maşın və mexanizmlərin mürəkkəb olmayan qovşaqların və mexanizmlərinin sökülməsi, təmiri və yığılması. Hissələrin 11-12-ci kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə çilingər emalı. Qaynaq etmək üçün, çertyoj üzrə metal konstruksiyalarının mürəkkəb olmayan qovşaqlarının hazırlanması və yığılması. Mürəkkəb olmayan hissələrin eskizinin çəkilməsi, qaynaq birləşmələrinin defektoskopiyası üçün hazırlıq işləri görülməsi və mürəkkəb konfiqurasiyalı araqatlarının nişanlanması və hazırlanması. Kondensatorlarda və qızdırıcılarda polad və latun boruların başlarının yastılamağa hazırlanması və quraşdırılması. Qalayla lehimləmə. Pnevmatik, elektrikləşdirilmiş və alətlərinin təmiri və sazlanması. Sadə mexanizm vasitələrinin köməyi ilə hissə və qovşaqların yerini dəyişdirdikdə, yığdıqda, sökdükdə, quraşdırdıqda takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Təmir olunan buxar-qaz-turbin avadanlığının, istifadə edilən yükqaldıran maşın və mexanizmlərin quruluşunu; qovşaqların və mexanizmlərin vəzifəsini və qarşılıqlı təsirini; avadanlıqların sökülməsinin təmirinin və yığılmasının texnoloji ardıcıllığını; polad və latun boruların başlarını yastılamağın texnologiyasını; dəzgahla və qızdırmaqla boruların əyilmə üsullarını; çertyojların və sxemlərin oxunmasını; hidravlik sınağın texniki şərtləri; bütük təyinatlardan olan boru kəmərlərinin qoşulma və açılma qaydalarını; hidravlik intiqallı sürgülərin iş prinsiplərini; aşqar materialları və boruların qaz və elektrik qaynağı altında əsas məlumatları; buxar paylamanın, tənzimlənmənin və maşınların yağlanmasının prinsipial sxemlərini; hissələri və boruları qaynaq üçün hazırlamaq qaydalarını; mühitin parametrlərindən əsaslı olaraq flanslara, borulara armaturlara, araqatlara sıxma materiallarına olan tələbləri; orta mürəkkəbliyə malik xüsusi alətlərin, qurğuların və ölçü vasitələrinin quruluşunu və təyinatını; çilingər alətlərinin tablama, suyunu vermə hazırlanma və suyunu alma qaydalarını; valların mərkəzə uyğunlaşdırma qaydalarını; müsaidə və oturmaları, kvalitetləri və nahamarlıq parametrlərini; istismarda olan, bütün təyinatlı boru kəmərlərinin qoşulma və açılma qaydalarını; mexanika, istilik texnikası və elektrotexnika üzrə elementar məlumatları.

1.   Yağ-buxar-subağlayıcı, tənzimləyici, qoruyucu armaturlarının kipləşdirici üzlüklərinin, yastıqlarının və qapaqlarının (klapanların) yonulub uyğunlaşdırılması ilə təmiri.

2.   Turboaqreqatların vallarının boyuncuğunun cilalanması.

3.   Turbin silindrlərinin diafraqmalarının yoxlanılması.

4.   Şpon qanovunun nişanlanması və uyğunlaşdırılması.

5.   Kompensatorların dəyişdirilməsi və qurulması.

6.   Turbinin kürəklərindən pərçimlərin itələnməsi və çıxarılması.

7.   Nasosların sökülməsi, təmiri və yığılması.

8.   Yüksək təzyiqli buxar kəmərində araqatının dəyişdirilməsi.

9.   Silindrik və oval şəkilli yonma zamanı dayaq yastıqlarında aralığın.

10. Şəbəkə suları qızdırıcılarının təmir və boruların dəyişdirilməsi.

11. Sürüşmə və yırğalanma yastıqlarının dəyişdirilməsi.

12. Fırlanan su təmizləyici torların təmiri və köhnəlmiş bölmələrinin dəyişdirilməsi.

13. Süzgəclərin sökülməsi, təmiri və yığılması.

 

§ 3. Buxar-qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər

4-cü dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb pnevmatik və elektrikləndirilmiş alətlərdən, xüsusi qurğulardan, avadanlıqlardan və ölçü vasitələrindən istifadə etməklə əsas və yardımçı avadanlıqların orta mürəkkəbli yükqaldıran maşın və mexanizmlərin qovşaqları və mexanizmlərik sökülməsi təmiri, yığılması, tənzimlənməsi və sınanması. Müxtəlif istiqamət verici və nişanlayıcı ülgüclərin hazırlanması. Təmir olunmuş avadanlıqların hidravlik sınağı. Hissələrin 7-10-cu kvalitet (2-3-cü dəqiqlik dərəcələri) üzrə uyğunlaşdırmaq və hazır vəziyyətdə çatdırmaqla çilingər emalı. Nasosların, fırlanan mexanizmlərin, müxtəlif güclü kompensatorların, istilik mübadilələrinin, üszgəclərin, bütün sistemlərdən olan tənzimləyicilərin, boru kəmərlərinin, qoruyucu və tənzimləyici armaturların, həmçinin avtomatik işləyənlərinin təmiri zamanı lazımi ölçülərin aparılması. Texniki şərtlərə riayət etməklə çertyoj və sxemlər üzrə bütün dərcələrdən olan boru kəmərlərinin çəkilməsi. Avadanlıqlarda yaranan zədələnmənin aşkar edilməsi və onların aradan qaldırılması. Elektrik stansiyasının fəaliyyətdə olan sexlərində stansiya boru kəmərlərində armaturlarda yığma, yenidənqurma və quraşdırılma işlərinin yerinə yetirilməsi. Yük qaldıran maşın və mexanizmlərin, qurğuların köməyi ilə birləşmələrin və hissələrin şaquli və üfüqi səth üzrə yerini dəyişdirdikdə takelaj işlərinin yerinə yetirilməsi. takelaj avadanlıqlarının və alətlərinin sınaqdan çıxarılması.

Bilməlidir: Təmir olunan əsas və yardımçı avadanlıqlarının yükqaldıran maşın və mexanixzmlərin quruluşu daha dəqiq: turbin qurğusunun boru kəmərinin sxemini; təmir olunan avadanlıqların tənzimlənməsi və mərkəzə uyğunlaşdırılması üzrə işlərin yerinə yetirilməsi qaydasını; avadanlıqda olan əsas nöqsanları və onların aradan qaldırılması metodlarını; boruların uclarının yastılama qaydasını; turbin avadanlığının mürəkkəb birləşmələrinin və elementlərinin təmiri, yığılması və hazırlanması üzrə texniki şərtləri; sürüşmə və yırğalanma yastıqlarının quruluşunu; müxtəlif üsullarla (tikişli, tikişsiz, yumrulanmış, bütöv metaldan düzəldilmiş) hazırlanmış boruların istifadə sahələrini; turbin avadanlığının təmiri zamanı istifadə olunan xüsusi alətlərin, ləvazimatların və avadanlıqların konstruktiv xüsusiyyətlərini; boru kəmərlərinin və qabların sınanma qaydalarını; planlı-xəbərdarlıq təmirlərinik əsas müddəalarını; təmirə çıxarmanın və buraxılış naryadın doldurulma qaydalarını; istilik texnikasının, mexanikanın, hidravlikanın əsaslarını.

İş nümunələri:

1. Armaturların kipliyə sınanması.

2. Çənlərin ağzının açılması, kipliyə yoxlanması və bağlanması.

3.  Diafraqmalarda köhnə metal-keramik kipləşdiricilərin çıxarılması və yenilərin quraşdırılması.

4.  Deaeratorlarda çiləyici qurğunun təmiri.

5.  Kondensatorların kimyəvi təmizlənməsi, borularının dəyişdirilməsi, dəyişdirmə zamanı boruların uclarıenın yastılanması, hidravlik sınağı.

6.  Yağ soyuducularında borucuqların dəyişdirilməsi.

7.  Su təmizləmə avadanlığının süzgəclərində, qablarında, istilik mübadilələrində zədələnmələrin aşkar edilməsi və təmiri.

8. Alçaq təzyiq qızdırıcılarında borucuqların dəyişdirilməklə təmir edilməsi.

9. Turboaqreqatın yastıqlarında aralığın təyin edilməsi, ölçü üzrə şaberlə yonulması.

10.  Ayrılan hissələrin səthlərinin şaberlə yonulması.

11.  Boruların təzyiq altında yoxlanılması.

12.  Qaz-turbin qurğularında qaz alovlandırma borularının, odluq çiləyicilərinin (forsunkalarının) təmiri, yığılması və işə hazırlanması.

13.  Buxar turbinində kürəkciyin quyruq hissəsinin ülgüc və ölçü üzrə yonulması (mişarlanması)

14.  Buxar ejektorlarının sökülməsi, təmiri və yığılması.

 

§ 4. Buxar-qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər.

5-ci dərəcə

İşin xüsusiyyəti. Buxar və qaz turbinlərinin, buxar maşınlarının kompensatorların, nasosların qızdırıcıların, yağ soyuducularının yüksək və ifrat yüksək təzyiqli boru kəmərlərinin, istilik mübadilə aparatlarının mürəkkəb qovşaqlarının, hissələri və mexanizmlərinin sökülməsi, təmiri, yenidən qurulması, yığılması, tənzimlənməsi və sınaqdan çıxarılması və sazlanması. Müxtəlif parametrli armaturlarının bərpası və təmiri. Yükqaldıran maşın və mexanizmlərin birləşmələrinin təmiri, bərpası, yığılması təmirdən sonra tənzimlənməsi, sınaqdan çıxarılması, sazlanması və istismara verilməsi. Hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırılması və hazır vəziyyətə çatdırılması ilə çilingər emalı. Nasazlıqların aşkar edilməsi, avadanlığın armaturlarının ayrı-ayrı hissələrinin və qovşaqlarının yeyilmə dərəcəcəsi və onun səbəbinin təyin edilməsi; hissələrin bundan sonra işləməyə yararlığının və onların bərpa olunma imkanlarının müəyyən edilməsi. Çox çətin hissələrin nişanlanması. Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanması və onun istismara təhvil verilməsi. Buxar-qaz-turbin avadanlığının çox mürəkkəb və məsuliyyətli qovşaqlarının üfiqi və şaquli səth üzrə yerlərini dəyişmə və sökmə, yığma quraşdırmada takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Buxar-qaz-turbin avadanlığının çox çətin qovşaqlarının və hissələrin sökülməsi, təmiri, yığılması, yoxlanılması, tənzimlənməsi və düzəldilməsi üzrə texniki şərtləri; rotorların statik və dinamik tarazlaşdırılmasının aparılma qaydalarını və üsullarını; turboaqreqatların və ayrı-ayrı boru kəmərlərinin hidravlik sınağı qaydalarını; turboaqreqatların bəzi elementlərinin və hissələrinin yeyilmə normalarını; flans birləşmələrinə, armaturların kipləşdirici səthlərinə, təzyiq altında işləyən boru kəmərlərinə, yükqaldıran mürəkkəb maşın və mexanixzmlərə, yükgötürən qurğulara olan tələbləri; dişli çarx ötürmələrinin mərkəzə uyğunlaşdırılmasının yığılmasının xüsusiyyətlərini; turboaqreqatın elementlərinin və hissələrinin vaxtından əvvəl yeyilməsinə qarşı xəbərdarlıq tədbirlərini; sexdə takelaj işlərinin aparılma qaydalarını.

İşin nümunələri:

1.   İstənilən sistemli bağlayıcı, tənzimləyici, qoruyuc armaturların işləyən avadanlıq şəraitində hidravlik sınağı.

2.   Qapayıcı qapaqların (klapanların) yoxlanması.

3.   Kondensatorların boruların dəyişdirilməsi.

4.   Əsas yağ nasoslarının yağ reduktorlarının sökülməsi, təmiri, yığılması, sazlanması.

5.               Bütün növlərdən olan nasosların yığılması və işçi rejimdə yoxlanması.

6.                                                                     Alçaq və yüksək təzyiqli porşenlərin silindrə qoyulması, krey-skopf birləşdirilməsi və bərkidilməsi.

7.   Kompressorların kreyskopflarının barmaqcıqlarının konus üzrə salınması.

8.   Tənzimləmə sistemi qovşaqlarının təmiri və sazlanması.

9.   Yüksək hissəsinin ayırıcı zolotnikli və əks rabitəli servomühərrikinin sökülməsi yoxlanması, təmiri və yığılması.

10. Müxtəlif konstruksiyalı istilik mübadilələrinin təmiri və drenaj qapaq sisteminin tənzimlənməsi. 11. Süzgəclərdə nöqsanların aşkar olunması, təmiri və drenaj qapaq sisteminin tənzimlənməsi.

12. Qaz-turbin qurğularının silindrlərinin çıxarılması, təmiri və qovşaqlarının bərkidilməsi.

 

§ 5. Buxar-qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər

6-cı dərəcə

İşin xüsusiyyəti. Çox mürəkkəb mexanikləşdirmə vasitələrindən, pnevmo-elektrik intiqallı alətlərdən, mürəkkəb ölçü vasitələrindən takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə buxar və qaz turboaqreqatların, yüksək və ifrat yüksək təzyiq armaturlarının, xüsusi sutəmizləmə avadanlıqlarının çox mürəkkəb qovşaqlarının və mexanizmlərinin təmiri, yenidən qurulması, bərpa olunması, yığılması, tənzimlənməsi və sazlanması. Hazırlanmış hissələrin ölçülərin çertyoja uyğun olmasının və keyfiyyətinin yoxlanması. Turboaqreqatın tənzimləmə, mühafizə və buxar paylama sisteminin təmiri və sazlanması, böyük ölçülü, yüksək və ifrat yüksək təzyiqli su və buxar sürgülərində kipləşdirici səthlərin bərpa olunması.

Bilməlidir: Təmir olunan əsas və yardımçı avadanlıqların texniki xarakteristikalarını, kinematik və hidravlik sxemlərini; təmir olunmuş avadanlığın təmiri, yığılması, sökülməsi və quraşdırılması, dəqiqliyə və sınanmaya yoxlanılması metodlarını; avadanlığın qovşaqlarına, hissələrinə və mexanizmlərinə düşən yüklənməni; zədələnmə, karroziya yeyilməsi və qəza xəbərdarlıqları üzrə profilaktik tədbirləri; turboaqreqatın normal işinin əsas texniki göstəricilərini və onun zədələnməsinin əsas növlərini; baş-buxar kəmərlərinin, qidalandırıcı və drenaj boru kəmərlərinin, yağ sisteminin, tənzimləmə sisteminin, turbin qurğusunun mühafizə və buxarpaylama sxemlərini; təzyiq altında işləyən qabların, qaldırıcıların və kranların yoxlama müddətlərini; mühitin parametrlərindən asılı olaraq material keyfiyyətinin, armaturların yararlığının təmin olunma metodlarını; takelaj alətlərinin, ləvazimatlarının, yükqaldıran maşın və mexanizmlərinin yoxlanma və saxlanma qaydalarını; turbinin təmiri üzrə işlərin aparılma və təşkili qaydasını. Orta ixtisas təhsili tələb olunur.

İş nümunələri:

1.  Turbinin valında valın köynəyinin dəyişdirilməsi.

2.  Turbinin rotorunun söykənəcək disklərinin yonulması, cilalanması, qırılmaya yoxlanması və dəyişdirilməsi.

3.  Kondensator borularının tam və yaxud qismən dəyişdirilməsi, kimyəvi təmizlənməsi, hidravlik sınağı,

4.  Qapayıcı və tənzimləyici qapaqların (kalapanların) dəyişdirilməsi, qaynaq olunması və oturacağının yonulması.

5.  Bütün növlərdən olan nasosların o cümlədən hidromuftalı boru qidalandırıcılarının tam təmiri, ölçülərin götürülməsi, sınaqdan çıxarılması və işə buraxılması.

6.  Alçaq və yüksək təzyiqli qızdırıcıların borularını dəyişdirməklə təmiri.

7.  Fırlanma tezliyi tənzimləyicilərinin hidromexaniki hissəsinin, armaturlarının yağ nasoslarının təftişi və təmiri.

8.  Turbinin tənzimləmə sisteminin təmiri, köklənməsi və xarakteristikasının çıxarılması.

9.  Qaz-turbin qurğularına yanacaq verilməsinin tənzimləmə sisteminin sazlanması.

10.  Qurşaqüstü kipləşdiricilərdə minimum aralığın yoxlanması, uyğunlaşdırılması və qoyulması, ayrı-ayrı calaqların dəyişdirilməsi.

 

§ 6. Qazanxana sexi avadanlığı təmiri üzrə çilingər

2-ci dərəcə

İşin xüsusiyyəti. 12-14 kvalitet (5-7-ci dəqiqəlik dərəcəsi) ürə hissələrin çilingər emalı. Sökülmüş hissələrin təmizlənməsi, yuyulması və silinib təmizlənməsi. Mürəkkəb olmayan metal və izolyasiya konstruksiyalarımın hazırlanması. Çilingər alətlərinin, avadanlıqlarının, ləvazimatlarının, materiallarının iş yerinə gətirilməsi, və hazırlanması və yığışdırılması. Sexin binasında, açıq meydançada, qapalı qablarda elektrik-qaz qaynaqçısı ilə birlikdə işləmə. Qalaylama və lehimləmə üçük səthin təmizlənməsi.

Mürəkkəb olmayan çilingər və ölçü alətlərindən və ləvazimatlarından istifadə etməklə təmir olunan əsas və yardımçı avadanlığın, yükqaldıran maşın və mexanizmlərin sadə elementlərinin birləşmələrinin sökülməsi, təmiri və yığılması, fasonlu hissə və armaturları quraşdırmaqla boru kəmərlərinin təmiri və çəkilməsi, daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında avadanlığın hissələrinin və birləşmələrinin yerini dəyişdirən zaman sadə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: təmir edilən avadanlığının və onun birləşmələrinin iş prinsipini, yerləşdirilməsi və vəzifəsini; avadanlığın sadə hissələrinin və birləşmələrin sökülməsi, təmiri və yığılması üzrə işlərin yerinə yetirilmə üsullarını; müərəkkəb olmayan çilingər və ölçü alətlərinin təyinatı və istifadə qaydalarını; sexdə təhlükəli yerləri, pnevmatik, elektrikləşdirilmiş və al alətləri ilə işləyən zaman mühafizə və qoruyucu vasitələrini; inventar taxta-şalbanlarının yığılma qaydasını; materialşünaslıq üzrə elementar məlumatları; takelaj işlərinin sadə üsullarını; sadə takelaj vasitələrinin quruluşunu və onlardan istifadə qaydalarını; kiçik kütləli yüklərin stropla saxlanılma qaydalarını; istilik daşıyıcının mühitindən asılı olaraq boru kəmərlərinin rənginin seçilməsini; bütün təyinatlardan olan boru kəmərlərinin quruluşunu və sxemasını; kanallarda, tunellərdə yerdə, sütunlarda və divarlarda onların çəkilmə və bərkidilmə üsullarını, bağlayıcı, qoruyucu və tənzimləyici armaturların quruluşunu və təyinatını.

İş nümunələri:

1.   Armaturların kipkəclərinin döyəclənməsi.

2.   Hissələrin ölçüsündən artıq ölçü həddində mişarlanıb düzəldilməsi, müxtəlif bucaqlar altında kəsilməsi, yiv açılması, boru ilə deşiyin açılması.

3.   Birləşdirici (qapaqlama) məftillərinin kəsilməsi.

4.   Tüstü boruları üçün yamağın hazırlanması

5.   Qaz, tüstü və havayelləyən borulara bacanın açılması və bağlanması.

6.   Asbestdən, rezindən, kartondan, paronitdən sadə şəkilli aparatlarının nişanlanması və nişan üzrə kəsilməsi.

7.   Yastıqların yağının dəyişdirilməsi.

 

 § 7. Qazanxana sexi avadanlığının təmiri üzrə çilingər

3-cü dərəcə

İşin xüsusiyyəti. Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrinin və mexanizmlərinin sökülməsi, təmiri və yığılması. 11-12 kvalitet (4-5-ci dəqiqlik) üzrə  hissələrin çilingər emalı. Qaynaq etmək üçün çertyoj üzrə metal konstruksiyaların mürəkkəb olmayan birləşmələrinin hazırlanması və yığılması. Mürəkkəb olmayan hissələrin naturadan eskizlərinin tərtib edilməsi. Qazanların kollektorlarında və barabanlarda boruların başlarını yastılamaq, yaxud qaynaq üçün hazırlamaq və quraşdırmaq, qaynaq birləşmələrinin defektoskopiyası üçün hazırlıq işlərinin görülməsi. Mürəkkəb şəkilli aparatların nişanlanması və hazırlanması. Qalayla, mislə və gümüşü lehimlə lehimləmə işlərinin yerinə yetirilməsi.

Pnevmatik, elektrikləşdirilmiş və əl alətlərinin təmiri və sazlanması. Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Təmir edilən avadanlığın istifadə edilən yükqaldıran maşın və mexanizslərin quruluşunu, birləşmələrin və mexanizmlərin vəzifəsini və qarşılıqlı təsirini; avadanlığın sökülməsi təmiri və yığılmasının texnoloji ardıcıllığını; boruların başlarını yastılatma texnologiyasını; dəzgahda və qazdırmaqla borularım ərinmə üsullarını; çertyojları və sxemləri oxumağı; boruların qaz və elektriklə qaynaq olunması və aşqar materialları haqqında əsas məğlumatları; qaynaq üçün boruların uc uca calanma qaydalarını; mühitin parametrlərindən asılı olaraq flanslara, borulara, armaturlara, araqatlarına və bərkidici materiallara olan tələbləri; boru kəmərlərinin hidravliu sınağına olan texniki şərtləri; bütün təğyinatlardan olan boru kəmərlərinin açılma və qoşulma qaydalarını; orta mürəkkəblikdən olan xüsusi alətlərin, ləvazimatların və ölçü vasitələrinin quruluşunu və təyinatını; çilingər alətlərinin tablanma, hazırlanma və suyunun alınma qaydalarını; valların mərkəzləşdirilməsi qaydalarını; mexanika, istilik texnikası və elektrotexnika üzrə elementar məğlumatları; müsaidə və oturtmaları, kvalitetləri və nahamarlıq parametrlərini; yükqaldıran maşınların, mexanizmlərin və ləvazimatların istismar qaydalarını.

İş nümunələri:

1.  Buxar-su bağlayıcıları, tənzimləyicilərin və qoruyucuların armaturlarının sürtülüb təmizlənməsi və cilalanması.

2.  Valların boyuncuqlarının cilalanması.

3.  Tüstü borularının və hava yelləyənlərin hissələrini dəyişdirməklə, istiqamətləndirici aparatlarının təmiri, iblisvari borularının və cibliklərinin təmiri

4.  Şpon qanovlarının nişanlanması və uyğunlaşdırılması.

5.  Yüksək təzyiqli boru kəmərlərin araqatların dəyişdirilməsi.

6.  Elektrik süzgəclərinin taclanma və çökdürülmə elektrodlarının dəyişdirilməsi.

 

§ 8. Qazanxana sexi avadanlığının təmiri üzrə çilingər

4-cü dərəcə

İşin xüsusiyyəti. Pnevmatik və elektrikləşdirilmiş alətlərdən, xüsusi ləvazimatlardan, avadanlıqlardan və ölçü vasitələrindən istifadə etməklə əsas və yardımçı avadanlıqların, orta mürəkkəblikdə olan yükqaldıran maşın və mexanizmlərin birləşmələrinin və mexanizmlərinin sökülməsi, təmiri, yığılması, tənzimlənməsi və sınaqdan çıxarılması. Müxtəlif nişanlama və quraşdırma ülgülərinin hazırlanması. Təmir olunmuş avadanlığın hidravlik sınaqdan çıxarılması. Uyğunlaşdırmaq və tam hazırlamaqla hissələrin 7-10-cu kvalitet (2/3 dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Qızdırılan səthlərin təmiri zamanı lazımi ölçülərin götürülməsi. Texniki şərtlərə əməl etməklə bütün dərəcələrdən olan boru kəmərlərinin cizgi (çertyoj) və sxem üzrə çəkilməsi. Avadanlıqlarda baş verən nasazlıqları (zədəənmələri) aşkar etməklə aradan qaldırılması. Stansiyanın boru kəmərlərində və fəaliyyətdə olan sexlərinin armaturlarında yığma, yenidən quraşdırma işlərinin yerinə yetirilməsi. Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərinin yerinə yetirilməsi, Takelaj avadanlıqları və ləvazimatlarının sınaqdan çıxarılması,

Bilməlidir: təmir olunan əsas və yardımçı avadanlığın, yükqaldıran maşın və mexanizmlərini dəqiq quruluşunu; qazan aqreqatlarının əsas boru kəmərlərinin sxemini; təmir olunan avadanlığın tənzimlənməsi və mərkəzləşdirilməsi üzrə işlərin yerinə yetirilmə qaydalarını; avadanlıqda yaranan əsas zədələnmələri və onların aradan qaldırılma metodlarını; boruların başlarının yastılatma qaydalarını; qazan avadanlığının mürəkkəb hissə və birləşmələrinin təmirini, yığılmasımı və hazırlanmasının texniki şərtlərini; müxtəlif üsullarla (tikişli, tikişsiz, yuvarlama və bütöv çəkilmə) hazırlanmış boruların istfifadə sahələrinin; təmirlə istifadə olunan xüsusi alətlərin, ləvazimatların və avadanlıqların kontruktiv xüsusiyyətlərini; qabların və boru kəmərlərinin sınanma qaydalarını; avadanlığın planlı xəbərdarlıq təğmiri üzrə əsas qaydaları; elektrotexnikanın, mexanikanın; hidravlikanın, istilik texnikasının və materialşünaslığın əsaslarını.

İşin xüsusiyyəti:

1. Armaturların kipliyə sınanması.

2. Havayelləyənlərlə iblisvari boruların kipliyinin yoxlanması.

3. Havayelləyənlərin pərini dəyişdirməklə işçi çarxının və tüstü borularının təmiri, istiqamətləndirici aparat və pərlərin hazırlanması.

4.   Zədəli boru hissəsinə əlavənin hazırlanması və uc-uca calanması.

5. Boruların və spiralşəkilli boruların təzyiq altında yoxlanılması.

8. Termocütlərin pərçimlənməsi, verilmiş rejimdə termik emalı və quraşdırılması.

7. Elektrik süzgəclərinin silkələnmə mexanizmin təmiri.

 

9. Qazanxana sexi avadanlığının təmiri üzrə çilingər

                                   5-ci dərəcə

İşin xüsusiyyəti. Əsas və yardımçı avadanlığın mürəkkəb birləşmələri, hissələri və mexanizmlərinin, qazanların barabanları, kollektorları, buxar, su, qaz, mazut boru kəmərlərinin və müxtəlif parametrli armaturların sökülməsi, təmiri, yenidən qurulması. Yığılması, sınanması, tənzimlənməsi və sazlanması. Yükqaldırıcı maşın və mexanizmlərin mürəkkəb birləşmələrinin təmiri, bərpası, tənzimlənməsi, sınanması, sazlanması və istismara verilməsi. Uyğunlaşdırma və tam hazırlama ilə hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Qazan aqreqatının hidravlik sınağı. Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar edilməsi, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək. Hissələrin işdə yararlığının, bundan sonra və onların borla oluna bilmə imkanlarının təyin edilməsi. Çox mürəkkəb hissələrin nişanlanması. Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılması. Avadanlığın çox mürəkkəb və məsuliyyətli birləşmələri, hissələri və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması, sökülməsi və qurulması üzrə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir:

1. Qazan avadanlığının çox mürəkkəb hissələrinin və birləşmələrinin sökülməsi, təmiri, yığılması, sınanması, tənzimlənməsi və hazırlanmasının texniki şərtlərini; qazan aqreqatlarının, ayrı-aryı boruların, spiralşəkilli boruların və boru kəmərlərinin hidravliu sınaqdan çıxarılma qaydalarını; qazan aqreqatlarının ayrı-ayrı hissələri və elementlərinin yeyilmə normalarını, avadanlığın təmirə çıxarılma qaydasını, naryad-icazənin doldurulmasını, boruların saf-çürük edilməsini, mürəkkəb poladlardan olan boruların əyilmə yerlərinin və qaynaq edilmiş hissələrinin termik emalı metodlarını; armaturların flans-birləşmələrinə, kipləşdirici səthlərinə təzyiq altında işləyən boru kəmərlərinə, işçi mexanizmlərə, mürəkkəb yükqaldırıcı mexanizmlərə, yükgötürən avadanlıqlara olan tələbləri; sexdə takelaj işlərinin aparılma qaydalarını.

İş nümunələri:

1.   Buxar qazanlarının sürgülərinin sökülməsi, yoxlanılması, kipləşdirici hissələrinin bərpa olunması.

2.   Qazanların impuls-qoruyucu qurğusunun yoxlanılması.

3.   Qazan kollektorlarının dəyişdirilməsi.

4.   Qoruyucu lingli klapanların yoxlanılması.

5.   Müxtəlif sistemli qazanlara daxildən və xaricdən baxılması.

6.   Elektrik süzgəclərinin təmirdən sonra sınanması.

 

§ 10. Qazanxana sexi avadanlığının təmiri üzrə çilingər

5-ci dərəcə

İşin xüsusiyyəti. Çox mürəkkəb qurğulardan, mexanikləşdirmə vasitələrindən, pnevmoelektrik intiqallı dəqiqlik alətlərindən, mürəkkəb ölçü vasitələrindən, takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə kritik və ifrat kritik parametrli qazanlar da daxil olmaqla, təzyiqi 9 MPa-dan (100 kqs/sm 2) çox olan qazan aqreqatlarının çox mürəkkəb birləşmələrinin (qovşaqlarının) və mexanizmlərinin təmiri. Yenidən qurulması, bərpası, yığılması, sazlanması, sınaqdan çıxarılması. Çertyoj üzrə hazırlanmış hissələrin ölçülərə uyğunluğunu və keyfiyyətinin yoxlanılması. Müxtəlif sistemli və parametrlə armaturların təmiri və sazlanması. Buxarın sıxlığına görə qazanın yoxlanması, qoruyucu klapanların təmizlənməsi, qazanın işçi rejimdə (yük altında) sınaqdan çıxarılması, böyük ölçülü yüksək təzyiq (buxar və su) sürgülərinin kip birləşən səthlərinin bərpa edilməsi. Ölçülərin aparılması və formulyarların doldurulması. Qazan aqreaqatının təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, təzyiq altında yoxlanılmaya və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlanması və yoxlanması. Avadanlıqların, təmir ləvazimatlarının, yük qaldıran maşın və mexanizmlərin təmiri üzrə işlərin təşkil olunması.

Bilməlidir: Təmir olunan əsas və yardımçı avadanlığın texniki xarakteristikalarını, kinematik və hidravlik sxemlərini; təmir olunmuş avadanlığın avadanlığının təmiri, yığılması, sökülməsi və quraşdırılması, dəqiqliyə yoxlanılması və sınanması metodlarını; avadanlığın birləşmələrinə (qovşaqlarına), hissələrinə və mexanizmlərinə düşən bilən yükü, zədələnməyə, korroziya yeyilməsinə və qəzaya qarşı xəbərdarlıq tədbirlərini; qazan aqreqatlarının normal işləməsinin əsas texniki göstəricilərini, onun əsas zədələnmələrinin növlərini; baş buxar kəmərinin, qidalandırıcı boru kəmərinin, drenaj, mazut, qaz kəmərlərinin sxemlərini; qazanların sınaqdan çıxarılma müddətlərini; buxar qızdırıcılarının təzyiq altında işləyən boru kəmərlərinin və qabların sınanma müddətlərini; materialın keyfiyyətinin, mühitin parametrlərindən asılı olaraq armaturların yararlı olmasının təyin edilmə metodlarını; takelaj qurğularının və yükqaldıran maşın və mexanizmlərin sınaqdan çıxarılma və qorunma (saxlanılma) qaydalarını; qazanların təmiri üzrə işlərin təşkili və aparılma qaydalarını. Orta ixtisas təhsili tələb olunur.

İş nümunələri: 1. Tüstü borusu valının yastığını dəyişdirməklə bərpası.

2. Buxar qızdırıcısının spiralşəkilli borusunun və örtüyünün zədəli hissəsinin kəsilməsi; ocaqdan çıxarılması və yenisinin quraşdırılması.

3. Qoruyucu klapanların tənzimlənməsi.

4. İstilik mübadiləsi bölməsinin (seksiyanın) hidravlik sınaqdan çıxarılması.

5. Elektrik süzgəclərinin sınanması.

 

§ 11.  İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru.

2-ci dərəcə

İşin xüsusiyyəti. Sadə aparatların və ikinci komutasiya dövrələrinin sökülməsi və yığılması. Cihazların və aparatların hissələrinin və qovşaqlarının yuyulması və təmizlənməsi. Ölçülər üzrə mişarlamaqla hissələrin emalı zamanı sadə çilingər əməliyyatlarının yerinə yetirilməsi. Hissələrin səthlərinin sadə formada rənglənməsi və markalanması korroziyaya qarşı yağla yağlanması. Elektrik ölçü cihazlarının və daşınma üçün olan aparatların qablaşdırılması. Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında sadə dispetçer avadanlığına və avtomatika aparatlarına texniki xidmət göstərməklə onların təmir edilməsi, cihazların lövhələrdə və stendlərdə quraşdırılması, onları yoxlamaq üçün dövrəyə qoşulması.

Bilməlidir. Rele mühafizəsi və avtomatikanın vəzifəsi haqqında ümumi təsəvvürləri relelələr və onların növlərini, operativ cərəyan haqqında təsəvvürü; rele mühafizəsi və avtomatikanın sadə aparatlarına xidmət etmək və onların təmiri üzrə mürəkkəb olmayan işləri yerinə yetirməyi; nəzarət kabellərinin konstruksiyasının növlərini, izolyasiya materiallarını; aparatların təmirində istifadə olunan materiallar haqqında ümumi məlumatları; rəngsaz rənglərini və onların həllediciləri ilə davranış qaydalarını; releləri; avtomatika aparatlarını və onların ölçü vasitələrini sükən zaman əməliyyat ardıcıllığını və işlərin yerinə yetirmə üsullarını; operativ cərəhan dövrəsində işləmək qaydalarını; əsas çilingər və montyor alətlərinin vəzifəsini və onlarla işləmə qaydalarını; aparatların və ölçü vasitələrinin təmirində istifadə olunan yoxlama və ölçmə aparatlarının və ləvazimatlarının adlarını və onların təyinatını; sarğı elektrik məftillərini və kabelləri; kipləşdirici və yağlayıcı materialları.

İş nümunələri:

1. Aparatların və cihazların ölçüsünə uyğun şüşənin kəsilməsi yerinə qoyulması, bərkidilməsi və onların yağlanması.

2. Kabellərin açılması, hörmədən azad olunması, uclarının lehimlənməsi, ommetrlə yoxlanması.

3. Nəzarət kabellərinin divar boyunca, borunda, konstruksiya üzrə çəkilməsi, kabel şaxtasında və yaxud tunellərdə onların bərkidilməsi.

4.  Sıxac qutusunun sıxaclarını dəyişdirməklə yığılması.

5.  Kontaktların və kontakt səthlərinin təmizlənməsi.

6.  Metal səthlərin lehimləmək  üçün təmizləmək və cilalamaq, qalaylamaq və oksidləşdirmək.

7. Lövhələrlə deşiklərin tutulması, burğu ilə açılması, nişanlanması, kəsilməsi və lövhəyə rəngləmək üçün astar vurulması və onun rənglənməsi.

8. Araqatlarının, halqaların, dəmir bəndlərin hazırlanması.

9. Məftillərin, ştepsellərin, elektrik düymələrinin və mikrofon borucuğunun təmiri.

 

§ 12. İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru

3-cü dərəcə

İşin xüsusiyyəti. İkinci komutasiya dövrəsinin və aparatların yoxlanması, təmiri, quraşdırılması və onlara xidmət üzrə mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Cərəyan və gərginlik transformatorunu sınaqdan çıxarmaq üçün sxemin yığılması. Telemexanika və avtomatika relelərinin mexaniki tənzimlənməsi. Qidalandırma bloklarının yoxlanılması. Kontaktorların, işə buraxıcılarının və bütün tiplərdən olan idarəetmə açarlarının təmiri və tənzimlənməsi. Quraşdırma və prinsipial sxemlərin markalanmasının yoxlanması. Kabellərdə zədələnmələrin aradan qaldırılması, izolyasiyanın bərpa edilməsi. Çertyoj, sxem və eskiz üzrə işlərin yerinə yetirilməsi və sadə hissələrin eskizinin sxeminin və çertyojunun tərtib edilməsi. Yoxlama və ölçmə aparatları ilə işləmək.

Bilməlidir: Yüksək tezlikli rabitə telemexanika və radiorabitə kanallarının quruluşunu, xidmət edilən avadanlığın blok-sxemini; rele mühafizəsi və avtomatikanın vəzifəsi haqqında ümumi məlumatları və onlara olan əsas tələbləri; nominal gərginlik, açma xəttin, nominal cərəyan və selektivlik şərtləri üzrə qoruyucuların seçilmə qaydasını; avtomatların konstruksiyasının və mühafizə xarakteristikasını; bütün növlərdən olan relelərin iş prinsipini və onların təyinatını; sabit və dəyişən operativ cərəyan mənbələrini və dövrələrini; ölçü gərginlik transformatorlarını, tutum gərginlik bölücülərini, cərəyan transformatorlarını, mühafizəni yoxlamaq üçün olan aparatları, cərəyan və gərginliyi tənzimləmə qurğularını; izolyasiyanın müqavimətinin yoxlanma və sınaqdan çıxarma üsullarını; akkumlyator batareyalarının rejimlərini; montyor alətlərindən və orta mürəkkəbli ölçü vasitələrindən istifadə etmək qaydalarını; elektrotexnikanın, radiotexnikanın, yüksək tezlikli rabitənin və teleavtomatikanın əsaslarını.

1. Alçaq gərginlik xətlərinin, ehtiyatı qoşan avtomatikanın (EQA) yoxlanılması və tənzimlənməsi.

2. Selen düzləndiricilərinin yoxlanılması.

3. İnduksiya sarğaclarının yenidən sarınması.

4. Rele sayğacının dəyişdirilməsi.

5. Açma və qoşma sayğaclarının işləmə gərginliyinin tənzimlənməsi.

6.   Qaz relelərinin və buraxıcı qapaqların (klapanların) yoxlanması.

7.   RT-40, RN-50 seriyasından olan cərəyan və gərginlik relelərin yoxlanılması və daxili birləşmələrdə olan zədələnmələrin aradan qaldırılması.

8.   Seksiyalara ardıcıl və paralel qoşulan seksiya reostatlarının təmiri.

9.   Müqavimətlərin, kondensatorların və yarımkeçirici cihazların xarablarının dəyişdirilməsi.

10.  Gərginlik transformatorunun qoşulma sxeminin yoxlanılması. :

11.  Şleyflərin müqavimətlərinin ölçülməsi.

 

§ 13. İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru

 4-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək tezlikli sıxlaşdırıcı sistemin və rele kommutatorlarının teleavtomatikasının, kabel dövrələrinin sadə ştativ avadanlığının teleavtomatika kanallarının təmiri və onlar texniki xidmət üzrə orta mürəkkəbli işlərin yerinə yetirilməsi.

Dispetçer avadanlığının və ikinci kommutasiya apparatının elektrik yoxlamasının yerinə yetirilməsi. Orta mürəkkəbli relelərin təmiri və tənzimlənməsi.

Mühafizə və teleavtomatika sxemlərini; elektromaqnit və elektromexaniki yoxlamaları yoxlamaq üçün prinsipial quraşdırma sxemləriüzrə orta mürəkkəb rele mühafizəsi lövhəsinin (panelinin) yığılması və yoxlanması üzrə işlərin yerinə yetirilməsi, komplekt sınaq qurğusunun təmir və ona texniki xidmət üzrə işlərin yerinə yetirilməsi.

Bilməlidir: Yerinə yetirilən işlər həddində yarımkeçiricilər texnikasının əsaslarını; elektrotexniki qurğularda olan zədələnmələrin növlərini; mühafizə qurğularının işləməsində selektivlik şərtlərini; məsafədən idarəolunma intiqadlı açarlarınidarə olunmasının və siqnallaşdırıcısının prinsipial sxemlərini; gərginlik transformatorlarının buraxıla bilən xətalar üzrə siniflərə bölünməsi, elektrik veriliş xəttlərini və çoxkanallı sistem ilə məlumatların örtülməsi və qəbul edilməsi prinsiplərini; mühafizəni yoxlamaq sınaq qurğusunu idarə etməyi; aktiv gücü gərginliyi və təsirlənmənin tənzimləmə sisteminin iş prinsipini.

İş nümunələri:

1.  Açarların yoxlanılması və intiqal mexanizmin tənzimlənməsi.

2.  Qaz mühafizəsinin açmaya təsirinin yoxlanması.

3.  Nəzarət-siqnallaşdırma kabellərinin açıq uclarının rezinlərinə İK markalı mühafizə örtüyünün çəkilməsi.

4.  RV-100, GV-YO0, GV-200 tipli zaman relelərinin elektromaqnit intiqallarında olan zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması.

5.  Səs və işıq siqnallaşdırması cihazlarının seçilməsi, quraşdırılması və yoxlanılması.

6. İT-80 seriyasından olan maksimal cərəyan relelərinin sazlanması.

7. Teleavtomatika sxeminin relelərinin yoxlanılması və tənzimlənməsi.

8.  Cərəyan transformatorlarının maqnitləmə xarakteristikasının çıxarılması. Çıxışların qütblərinin təyin olunması.

9.  Operativ sabit cərəyan şəbəkəsinin izolyasiyasının nəzarət qurğusunun quraşdırılması.

 

§ 14. İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru.

5-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək tezlikli sıxlaşdırma sisteminin, teleavtomatikasını, kabel lövhələrinin mürəkkəb qidalandırma avadanlığının özüyazan və elektroqeydedici cihazların yarımkeçirici aparatlarına texniki xidmət və onların təmir olunması. Ölçü vasitələrinin rele mühafizəsi və avtomatika aparatlarının zədələnmələrinin siyahısının tərtib edilməsi. Mürəkkəb rele mühafizəsinin quraşdırılması və təkmilləşdirilməsi, elektrotexnika avadanlıqlarının təkmilləşdirilməsi üzrə işlərin görülməsi. Kontakt rele aparatlarının yozlanılması və təmiri, ölçü transformatorlarının və yağ açarlarının intiqallarının sınığı, ikinci kommutasiyada izolyasiyanın sınaqdan çıxarılması.

Generatorların, transformatorların, kabel və hava elektrik veriliş xətlərinin rele mühafizəsinin yoxlanılması və xarakteristikalarının çıxarılması. Avtomatika və teleavtomatika sxemlərini yoxlamaq və sazlamaq, rele mexanizmlərini sazlamaq üçün mürəkkəb sınaq sxemlərinin yığılması, mühəndisin yaxud ustanın rəhbərliyi altında tezliyin, aktiv gücün və gərginliyin tənzimləmə qurğusunun, tənzimlənmə və təsirlənmə sisteminin yoxlanılması işində iştirak etmək.

Bilməlidir: Xidmət edilən avadanlığın texniki xarakteristikasını, teleavtomatikanın və kommutatorların çoxkanallı, yüksəktezlikli sıxlaşdırma sisteminin prinsipial və quraşdırma sxemlərini mühafizənin prinsipial sxemini; xidmət edilən avadanlığın və teleavtomatikanın kanalının elektrik sınağı normalarını; sıxlaşdırma avadanlıqlarının və sisteminin əsas ölçmə, sazlama və tənzimləmə metodlarını; özüyazan vəz elektron qeydedici ölçmə vasitələrinin quruluşunu. HES-in əsas elektrik birləşmə sxemini və generatorların, transformatorların və elektrik mühərriklərinin iş rejimini; mühafizə qurğularının bir gərginlik transformatorlarından digərinə keçirmə üsullarını; maksimal cərəyan kəsməsini, maksimal istiqamətlənmiş mühafizənin və differensial mühafizənin iş prinsipini və xarakteristikasını, yüksək tezlikli mühafizənin təyinatı və növlərini; dəyişən operativ cərəyan vasitəsilə mühafizənin yerinə yetirilməsinin əsas üsullarını; elektrik veriliş xətlərinin, transformatorların və yarımstansiya şinlərinin avtomatik təkrar qoşulmasının (ATQ) təyinatını, ATQ qurğularının növlərini; ehtiyatın avtomatik qoşulmasının (EAQ) olan əsas tələbləri və onun vəzifəsini rele mühafizəsi aparatlarının tənzimlənməsi zamanı həndəsi əyrilərin qurulması həddində hesabatları; elektronikanın, fizikanın, mexanikanın və radiotexnikanın əsaslarını.

1. ATQ və EAQ-nin sazlanması.

2.  Qrup generatorlarının, çağırış və verici generatorlarının sazlanması.

3. Differensial mühafizəsinin müvəqqəti sxeminin yığılması, yoxlanması və sazlanması.

4. Elektrik veriliş xətlərinin eninə differensial mühafizəsinin təmiri ilə yoxlanması.

5. Modulyator və demodulyatorların yoxlanılması və köklənməsi.

6.   Mürəkkəb rele mühafizəsi lövhələrinə kənardan baxmaq, quraşdırmanı yoxlamaqla quraşdırmada olan nöqsanların aşkar edilməsi.

7.   RTV növlü birbaşa təsir relesinin mexaniki hissəsinin yoxlanması.

8. 400-500 kV-luq xətlərin mühafizəsində DGF-401 və DGV-402 tipli müqavimət relelərinin kontakt sisteminin tənzimlənməsi.

9. RP-301, RP-321 tipli aralıq relelərinin sazlanması.

10. Teleavtomatika sxeminin təmiri və sazlanması.

11. GV-20-a, RT-40, RN-50 tipli relelərin hərəkətli hissələrinin yığılması, sökülməsi və tənzimlənməsi.

12. Cərəyan dövrələrində birinci tərəf-cərəyanı ilə vektor diaqramının çıxarılmasının VAF 85 tipli cihazın köməyilə yoxlanılması.

13. Süzgəclərin və elektrik çəpərlərinin köklənməsi.

 

§ 15 İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru

6-cı dərəcə

İşin xüsusiyyəti. Elektrik və mexaniki tənzimlənən yeni qurulmuş və təcrübəvi avadanlığın bütün növlərindən lan aparatlarına texniki xidmət və kökləmə üzrə çox mürəkkəb işlərin yerinə yetirilməsi. Teleavtomatikanın sıxlaşdırma sistemi aparatlarının quraşdıran sxeminin tərtib olunması və quraşdırma, kökləmə və tənzimləmə üzrə işlərin aparılması. Bütün mürəkkəblik dərəcələrindən olan elektron aparatlarının, avtomatika və telemexanikanın bütün növlərdən olan mühafizələrinin, yoxlama aparatlarının təmiri. Rele mühafizəsi və avtomatikanın sınağı üçün xüsusi standart sxemlərin yığılması. Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün olan komplekt qurğuya xidmət göstərilməsi.

Mühəndisin yaxud ustanın rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğusunun yoxlanması.

Bilməlidir: Rele mühafizəsi, avtomatika, ikinci kommutasiya dövrəsi aparatlarının, dispetçer avadanlığının və telemexanika aparatlarının sazlanması, təmiri, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri; amplitud və tezlik xarakteristikasının çıxarılma və qurulma qaydalarını. Bloklama qurğusunun təyinatını və sxemini; yüksək tezlikli bloklama ilə olan mühafizənin iş prinsipini; enerji sistemində keçid rejimlərini, dayanıqlıq və yırğalanma haqqında təsəvvürləri; simmetrik və qeyri-simmetrik qısa qapanmalar haqqında ümumi məlumatları, simmetrik təşkiledicilər metodundan istifadə etməklə qısa qapanma cərəyanının hesablanması haqqında təsəvvürləri; rele mühafizəsinin xarakteristikasını və vektor diaqramının çıxarılmasında və qurulmasında iştirak etməli.

İş nümunələri:

1. 220 kV gərginlikli elektrik veriliş xətttini PZ-2, PV-1636 tipli məsafədən mühafizəsinin qismən planlı yoxlanılması.

2. 400-500 kV-luq elektrik veriliş xəttinin DFZ-402 tipli differensial-faz mühafizəsinin relesinin və komplekt aparatlarının mexaniki sazlığını yoxlamaq, faza cərəyanlarının müqayisə orqanlarının elektrik xarakteristikasının yoxlanması.

3.  Generatorların RT-40/F tipli rele ilə olan eninə-differensial mühafizəsinin mühəndisi rəhbərliyi altında sazlanması və yoxlanması.

4.  Telemexanika addım axtarıcısının təmiri.

5.  Teleavtomatikanın yüksək tezlikli kanalının köklənməsi və işlənməsi.

6.  GV-80 və GV--200 tipli relelərin mexaniki hissələrinin yoxlanması və tənzimlənməsi.

7.  Mürəkkəb sınaqlar pultunun təmiri.

8. İVÇ tipli tezlik relesinin elektrik xarakteristikasının yoxlanması və köklənməsi.

9. Mühafizə və avtomatika sxeminin relelərinin qarşılıqlı təsirinin yoxlanması və köklənməsi.

10. Mühafizəni yoxlamaq üçün olan komplekt sınaq qurğusunun pultunun təmiri.

 

§ 16. İstilik şəbəkələri avadanlığının təmiri üzrə çilingər

2-ci dərəcə

İşin xüsusiyyəti. Hissələrin 12-14-cü kvalitet (5-7-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Çirkyığanların və durulducuların təmizlənməsi, kameradan suyun kənar edilməsi. Qazılmış çuxarlara və müvəqqəti körpülərə çəpər çəkilməsi. Qazılmış yerlərin düzəldilməsi və hazırlanması. Çilingər alətləri, inventarları, ləvazimatları və materialların iş yerinə gətirilməsi və işləmək üçün hazırlanması. Meydançada, quyuda kollektorda elektrik-qaz qaynaqçısı ilə birlikdə işləmək.

Borusunun diametri 300 mm-ə qədər olan istilik şəbəkələri avadanlığının sökülməsi, təmiri və yığılması (quraşdırılması), mürəkkəb olmayan çilingər və ölçmə alətlərindən və ləvazimatlarından istifadə etməklə flans armaturlarının yoxlanılması və təmiri, istilik şəbəkəsinin yeraltı kommunikasiyasının kəsişdiyi yerdə şurflama aparılması, istilik trassasının təmir zamanı asfalt döşəməsi altına qum və çınqıl tökülməsi, daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında avadanlığın hissə və birləşmələrinin yerini dəyişdirdikdə mürəkkəb olmayan takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir. Təmir olunan avadanlığın və onun birləşmələrinin iş prinsipini yerləşdirilməsini və vəzifəsini; çilingər emalının üsullarını, mürəkkəb olmayan çilingər və ölçmə alətlərinin və ləvazimatlarının təinatını və onlardan istifadə qaydasını; istilik şəbəkəsi trassasının yeraltı kommunikasiya (qaz, kanalizasiya, su kəmərləri kabel xətləri) ilə kəsişdiyi şəraitdə işləmə qaydasını; pevmatik elektrikləşdirilmiş və əl alətləri ilə işləyən zaman mühafizə və qoruyucu vasitələrdən istifadə qaydalarını, materialşünaslıq üzrə elementar məlumatları; boru kəmərlərinin flans birləşməsinin və bağlayıcı armaturun sökülmə və yığılma qaydasını və ardıcıllığını; kanllarda uzun xəndəklərdə və tunelllərdə boru kəmərlərinin çəkilmə və bərkidilmə qaydalarını. Enişliyə (meyl) riayət etmək qaydasını; takelaj işlərinin sadə üsullarını; sadə takelaj vasitələrindən istifadə qaydalarını və onların quruluşunu, kiçik kütləli yüklərin stoporlama qaydasını.

İş nümunələri:

1.  Flanslı və yivli bağlayıcı armaturların sökülməsi və kipkəclərin döyəclənməsi,

2.  Boltlarda yivin açılması, bolt birləşmələrinin yığılması.

3.  Bərkitmə hissələrinin mastikadan və ərpdən təmizlənməsi, yivin açılması, artıq qalmış ölçü həddində hissələrin mişarlanıb kəsilməsi, müxtəlif bucaqlar altındakı hissələrin kəsilməsi, onlarda burğu ilə deşik açılması

4.  Boru kəmərlərində olan qapayıcıların boltlarının açılması, flansların aralanması və köhnə araqatından təmizlənməsi.

5.  Boru kəmərlərinin bərkidilməsinə baxıb təmizləməklə bütövlüyünün yoxlanılması.

6. Kipkəcli kompensatorların sökülməsi.

7.   Şüşə pambıqdan və perqamentdən izolyasiya həsirlərinin hazırlanması.

8.   Asbestdən, rezindən, kartondan, paronitdən sadə şəkilli araqatlarının nişanlanması və kəsilməsi.

9.   Diametri 50 mm-ə qədər olan boruların ülgü üzrə dəzgahda, yaxud əl ilə əyilməsi.

 

§ 17. İstilik şəbəkələri avadanlıqlarının təmiri üzrə çilingər

3-cü dərəcə

İşin xüsusiyyəti. Lazımi alət və ləvazimatlarıdan istifadə etməklə diametri 300 mm-ə qədər olan boru kəmərlərinin, armaturların, kompensatorların, qaldırıcı nəqliyyat avadanlıqlarının və metal konstruksiyaların sökülməsi, təmiri, yığılması və quraşdırılması. Hissələrin 11-12 kvalitet (4-5-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı. Sadə hissələrin naturadan çertyoju və eskizinin çəkilməsi. Mürəkkəb konfiqurasiyalı (şəkilli) araqatı lövhələrinin nişanlanması və hazırlanması. Quraşdırılmış dəmir-beton kameraların, kollektorların, quyuların, kanalların və armaturların sökülməsi və təmiri. Boru kəmərlərinin və bağlayıcı armaturların pnevmatik sınağı. Yeraltı kommunikasiyaların istilik şəbəkələri ilə kəsişdiyi yerdə şurf vasitəsi ilə yoxlama aparılması, istilik trassalarının təmiri zamanı asfalt altına qum və çınqıl döşənməsi. Pnevmatik və elektrikləşdirilmiş alətlərin təmiri və sazlanması. Sadə mexanizasiya vasitələrinin köməyi ilə işçi zonasında avadanlıqların və onların qovşaqlarının yerlərinin dəyişdirilməsi zamanı takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Boru kəmərlərinin quruluşunu və iş prinsipini, onların yerləşmə sxemlərini; çilingər əməliyyatlarının yerinə yetirilməsində ən səmərəli üsul və qaydaları; nasazlıqları və onların yaranma səbəblərinin aradan qaldırılma üsullarını; boru kəmərlərinin sökülməsi, təmiri və yığılmasının texnoloji ardıcıllığını, boruların qazla qaynaq olunması və aşqar materialları haqqında əsas məlumatları; boruların qaynaq olunması və qaynaq yerlərinin termik emalı zamanı əsas tələbləri; hidravliki sınağa olan texniki şərtləri; boru kəmərlərinin qoşulması və açılması qaydalarını; bütün tiplərdən olan kompensatorların quraşdırılma qaydalarını; bağlayıcı və qoruyucu armaturların, kompensatorların, hərəkətli və hərəkətsiz dayaqların və asılan hissələrin sökülməsi və quraşdırılma qaydalarını və üsullarını; boru kəmərlərinin hidro və istilik izolyasiyasının quruluşunu; boru kəmərlərinin işçi çertyojlarının və sxemlərinin oxunmasını; orta mürəkkəbli xüsusi alətlərin, ləvazimatların və vasitələrinin quruluşunu və təyinatını, çilingər alətlərinin suyunun verilmə (tavlama), hazırlanma və suyunun alınma (tavalma) qaydalarını. Müsaidə və oturtmaları, kvalitetləri və nahamarlıq parametrlərini; yükqaldıran maşınların, mexanizmlərin və ləvazimatların istismarını, onlara qulluq və onların yağlanması qaydalarını; istilik şəbəkələri avadanlıqlarının təmiri zamanı istifadə olunan əsas və yardımçı material-ları; mexaniki və istilik texnikası üzrə elementar məlumatları.

İş nümunələri:

1.   Buxar-su bağlayıcı qoruyucu armaturlarının sıxlaşdırıcı halqalarının, yəhərlərinin və qapaqlarının (klapanlarının) sürtülməklə təmiri, sıxılmaya sınağı, quraşdırılması və sökülməsi, kipkəcin dəyişdirilməsi, şpindelin yivinin açılması, təmizlənməsi və rənglənməsi.

2.   Korroziya indiqatorlarının çıxarılması və quraşdırılması.

3.   Kompensatorların təmiri, doldurmaların yenisi ilə əvəz olunması, mizlənməsi və Yağlanması, göstəricinin əvəz olunması.

4.   Üçhərəkətli kipkəc kranlarının təmiri.

5.   İstilik xətlərinin çəkilməsi üçün kanalların dəmir-beton konstruksiyalarının sökülməsi və quraşdırılması.

6.   Flans birləşmələrinin araqatı lövhələriin əvəz olunması.

7.   Metal konstruksiyaların elementlərinin hazırlanması (xamıt, ştuser və s)

8.   Diametri 300 mm-dən çox olan boruların ülgü üzrə əyilməsi.

9.   Boru kəmərlərində səs batıran qurğuların, sürüşkən dayaqların qurulması, flans birləşmələrin quraşdırılması, termometrlərdə gilizlərin dəyişdirilməsi.

10. Sərfölçən ciahzların halqalarının təmiri.

 

§ 18. İstilik şəbəkələri avadanlıqlarının təmiri üzrə çilingər

4-cü dərəcə

İşin xüsusiyyəti. Xüsusi alət və cihaz ləvazimatlarından, avadanlıq və ölçü vasitələrindən istifadə etməklə diametri 600 mm-ə qədər olan-boru kəmərlərinin, armaturların, kompensatorların sökülməsi, təmiri, yığılması, quraşdırılması. Boruları əymək üçün ülgülərin hazırlanması. Avadanlıqların hidravliki sınağı. Hissələrin 7-10 kvalitet (2-3-cü dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırmaq və hamarlamaqla çilingər emalı. Avadanlıqlarda olan nöqsanların aşkar edilməsi və aradan qaldırılması. Avadanlıqların ayrı-ayrı hissələrinin və qovşaqların yeyilmə dərəcəsinin və səbəbinin təyin edilməsi.

İstilik şəbəkələri üçün yığma beton və dəmir-beton qurğuların yığılması və quraşdırılması. Boru kəmərlərinin təmiri zamanı onların yeraltı əlaqə (komunikasiya) xətləri ilə kəmişdiyi yerlərdə əlaqə xətlərinin divarlardan asılması. Boru kəmərlərində yığma, yenidənqurma, quraşdırma işlərinin yerinə yetirilməsi. Qovşaqların və onların elementlərinin üfüqi və şaquli səth üzrə yerini dəyişdirdikdə yükqaldırıcı mexanizmlərin və xüsusi qurğularım köməyi ilə takelaj işlərinin yerinə yetirilməsi. Takelaj avadanlıqları və ləvazimatlarının sınağı.

Bilməlidir: Təmir olunan avadanlığın quruluşunu, boru kəmərlərinin sxemlərini; böyük diametrli və yüksək təzyiqli boru kəmərlərinin və armaturların, dalğalı kompensatorların, nasosların təsnifatını, texniki xarakteristikasını, işin xüsusiyyətlərini; boru kəmərlərinin təmirinin texniki şərtlərini; armaturların sınaq metodlarını; kanalsız araqatı olan boru kəmərlərinin sökülməsi və yığılması zamanı əməliyyatın yerinə yetirilmə ardıcıllığını; istilik şəbəkələrinin avadanlıqlarının təmiri zamanı istifadə olunan xüsusi alətlərin, avadanlıqların və ləvazimatların konstruktiv əlamətlərini; boru kəmərlərinin sınanma üsullarını və qaydalarını; avadanlıqların planlı-xəbərdarlıq təmirinin əsas müddəalarını; elektrotexnikanın, mexanikanın, hidravlikanın, istilik texnikasının, materialşünaslığın əsaslarını.

İşin nümunələri:

1.   Buxar-su bağlayıcı yüksək təzyiq armaturlarının yığılması və sıxılmaya sınanması.

2.   Sürgünün mexaniki və elektrik intiqallarının təmiri.

3.   Kipkəcli kompensatorların hissələrini və kipləşdiricilərini dəyişdirməklə təmiri və yığılması.

4.   Keçidli, yarımkeçidli və keçidi olmayan istilik kanallarının təmiri.

5.  Drenaj nasosların sökülməsi, hissələrinin əvəz olunması ilə təmiri və yığılması.

6.  Sökülən birləşmələrinin səthlərinin şaberlə yonulması və sürtülüb təmizlənməsi.

7.  Diametri 300 mm-dən 600 mm-ə qədər olan borulardan fasonlu hissələrin hazırlanması, boruların uclarının uyğunlaşdırılması və birləşdirilməsi, istənilən bucaq altında əyilməsi.

8.  İstənilən növlü lans birləşmələrinin dəyişdirilməsi,

 

§19. İstilik şəbəkələri avadanlıqlarının təmiri üzrə çilingər

5-ci dərəcə

İşin xüsusiyyəti. Diametri 900 mm-ə qədər olan boru kəmərlərində armaturların sökülməsi, təmiri, yenidən qurulması, yığılması və quraşdırılması. 6-7 kvalitet (1-2 dəqiqlik dərəcəsi) üzrə hissələrin və birləşmələrin uyğunlaşdırılması və hamarlanması ilə çilingər emalı hissələrin hazırlanması. Çertyojlar və eskizlər üzrə nişanlanmanın və xüsusi ləvazimatlardan, ölçü vasitələrindən, qaldırıcı nəqliyyat mexanizmlərindən istifadə etməklə yığma, tənzimləmə, yerinə geydirilmə və sınanma üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Örtüklərin hidrantların və dəhnə kolonkalarının, sifonların və hidravlik sürgülərin quraşdırılması, boru kəmərlərinin və armaturların sınanması və sazlanması. Təmir, sazlanma və yoxlama işlərində lazım olan xüsusi takelaj ləvazimatlarının təmiri.

Bilməlidir. İstilik şəbəkələri avadanlıqlarının sökülməsi, təmiri, yığılması, sınanması, tənzimlənməsi və avadanlığın mürəkkəb qovşaqlarının hazırlanmasının texniki şərtlərini; əsas və yardımçı avadanlıqların təsnifatı və texniki xaraktristikalarını; boru kəmərlərini, kameraları, quyuları, kollektorları, nasosları, ölçmə vasitələrini, yükqaldıran maşın və mexanizmləri, istilik şəbəkə avadanlıqlarına olan əsas tələbləri, onların istismar qaydalarını və sınanmasını. Boru kəmərlərində və armaturlarda yaranan zədələnmənin səbəblərini, onların xəbərdarlıq və aradan qaldırılma üsullarını; böyük diametrli boru kəmərlərinin sökülməsi, təmiri, yığılması üzrə əməliyyat ardıcıllığını və işlərin qəbulunu; xüsusilə mürəkkəb takelaj işlərinin qəbulunu; təzyiq altında işləyən boru kəmərlərinə və armaturlara olan tələbləri; avadanlığın təmirə çıxarılma qaydalarını və naryad-icazə sənədlərinin tərtib olunmasını; avadanlıqların təmiri, əvəz olunması, yenidən qurulması üzrə rəhbər göstərişləri və təlimatları.

İş nümunələri:

1.  Bütün sistemlərdən olan armaturların sökülməsi, təmiri, yığılması və quraşdırılması.

2.  Diametri 600-900 mm olan borulardan fasonlu hissələrin hazırlanması və boru kəmərlərində quraşdırılması.

3.  Diametri 600-900 mm olan kompensatorların quraşdırılması, istilik izolyasiyasının çəkilməsi, qurulması və mərkəzləşdirilməsinin hidravlik sınağı.

4.  Mərkəzdənqaçma nasoslarının sökülməsi, yoxlanması, təmiri və quraşdırılması.

5.  Şəbəkə və kiplik yoxlama nasoslarının rotorunun statik və dinamik balanlanması.

6.  Diametri 600 mm-dən 900 mm-ə qədər olan boruların nöqsanlarının aşkar edilməsi, hissələrin dəyişdirilməsi və quraşdırılması.

7.  Diametri 900 mm-ə qədər olan mina (emal) örtüklü boru kəmərlərinin sökülməsi, təmiri, quraşdırılması və çəkilməsi.

 

§ 20. İstilik şəbəkələri avadanlıqlarının təmiri üzrə çilingər

6-cı dərəcə

İşin xüsusiyyəti. Çox mürəkkəb mexanikləşdirilmiş vasitələrdən, yükqaldırıcı maşın və mexanizmlər kompleksindən, mürəkkəb alətlərdən və ölçü vasitələrindən istifadə etməklə, diametri 900 mm-dən böyük olan istilik şəbəkələrinin boru kəmərlərində nadir qapaqlar (klapanlar) quraşdırmaqla onların uzun xəndəklərdə və kanallarda çəkilməsi ilə boru kəmərlərinin, bütün sistemlərdən və istənilən diametrdən olan armaturların və dalğalı kompensatorların təmiri, yenidən qurulması, bərpa olunması və yığılması. Hazırlanmış qovşaqların ölçülərinin çertyojlara və texniki şərtlərə uyğunluğunun və keyfiyyətinin yoxlanılması. İstilik şəbəkələrinin germetikliyə  davamlığa hidravlik sınağı, istismara buraxılmasına hazırlığın görülməsi, işə salınma vaxtı nöqsanların aşkar edilməsi və onların aradan qaldırılması. Yığma və monolit dəmir-betonların quraŞdırılması. İstənilən diametrli beton və dəmir-beton kəmərlərin uzun xəndəklərə döşənməsi. Mərkəzdənqaçma nasoslarının və nasos stansiyalarının tam təmiri, yenidən qurulmasI və sazlanması. Ölçülərin aparılması və formulyarın doldurulması. Avadanlığın, xüsusilə mürəkkəb və məsul qovşaqlarının, hissələrinin və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması və qurulması zamanı takelaj işlərinin yerinə yetirilməsi. Avadanlığın və təmir ləvazimatlarının, yükqaldıran maşın və mexanizmlərim təmiri və sazlanması üzrə işlərin təşkili.

Bilməlidir: Təmir olunan avadanlığın konstruktiv xüsusiyyətlərini; avadanlığın təmiri, sökülməsi və quraşdırılması metodlarını; dəqiqliyin yoxlanılmasını və sınanmasını; təzyiq altında olan avadanlığın işləmə xüsusiyyətlərini; armaturların güc və sıxma nasoslarını, kompensatorların təsnifatını və onların işlərinə nəzarət metodlarını; sıxlaşmaların konsruktiv əlamətlərini; nasazlığın və qəzaların səbəblərini, onların təbiətini və xəbərdarlıq üsullarını; istilik şəbəkələri avadanlıqlarının normal işləməsinin əsas texniki göstəricilərini; materialların keyfiyyətini təyin etmə metodlarını, mühitin parametrlərindən asılı olaraq armaturların yararlığını, takelaj avadanlığını, yükqaldırıcı maşın və mexanizmlərin, yükgötürən ləvazimatların növünü və quruluşunu; təmir işləri aparan zaman onlardan səmərəli istifadə olunma, onlara qulluq edilmə, saxlanma və sınanma qaydalarını, boru kəmərlərinin korroziya uğrama səbəblərini və onlarla mübarizə üsullarını.

İş nümunələri:

1. Bütün sistemlərdən və istənilən diametrlərdən olan armaturların çıxarılması, sökülməsi, yoxlanması, təmiri və quraşdırılması.

2.  Müxtəlif diametrli borulardan düzəldilmiş fasonlu hissələrin hazırlanması və boru kəmərlərində quraşdırılması.

3.  Diametri 900-1500 mm olan kompensatorlarda nöqsanların aşkar olunması, hissələrin dəyişdirilməsi və quraşdırılması.

4.  Diametri 900 mm olan mina (emal) örtüklü boru kəmərlərinin sökülməsi, təmiri, quraşdırılması və düzülməsi.

5.  İstənilən diametrli boru kəmərlərinin kompleks kranlardan, bucurğadlardan istifadə etməklə düzülməsi, armaturların quraşdırılması və hidravlik sınağı.

 

§ 21. Yanacaqverilmə avadanlıqlarının təmiri üzrə çilingər

2-ci dərəcə

İşin xüsusiyyəti. 12-14 kvalitet (5-7 dəqiqlik dərəcəsi) üzrə hissələrin çilingər emalı. Sökülmüş hissələrin təmizlənməsi, yuyulması və silinməsi, sadə metal və izolyasiya konstruksiyalarının hazırlanması. Çilingər alətlərinin inventarlarının, ləvazimatlarının və materiallarının iş yerinə gətirilməsi və yığışdırılması. Bağlı bağlarda, açıq sahədə, sexin binasında elektrik-qaz qaynaqçısı ilə birgə işləmək. Qalaylama və lehimləmə üçün səthin təmizlənib düzəldilməsi.

Sadə çilingər və ölçü alətlərindən və ləvazimatlarından istfiadə etməklə yanacaqötürücü avadanlıqların, yükqaldırıcı maşın və mexanizmlərin sadə elementlərinin və qovşaqlarının sökülməsi, təmiri və yığılması. Avadanlığın qovşaqlarının və hissələrinin yerini dəyişən zaman daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında sadə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Təmir olunan avadanlığın və onun qovşaqlarının iş prinsipi, yerləşdirilməsi və vəzifəsini; yanacaq ötürücü avadanlıqların sadə hissələrinin və qovşaqların sökülməsi, təmiri və yığılması üzrə işlərin yerinə yetirilmə üsullarını; sadə çilingər və ölçmə alətlərindən və ləvzimatlarından istifadənin qaydasını və onların təyinatını; sedxə təhlükəli yerləri, əl, pnevmatik və elektrikləşdirilmiş alətlərdə işləyən zaman qoruyucu və mühafizə vasitələrini; materialşünaslıq üzrə sadə elementar məlumatları; takelaj işlərinin sadə üsullarını; sadə takelaj vasitələrinin quruluşunu və onlardan istifadə qaydalarını; az çəkili yüklərin stropla saxlama qaydalarını, boru kəmərlərinin quruluşu və yerləşmə sxemlərini, kanallarda, tunellərdə, torpaqda divarlarda və sütunlarda onların bərkidilmə və çəkilmə üsullarını.

İş nümunələri:

1.   Hissələrin (boltlar, qaykalar, şpilkalar) mişarlanıb düzəldilməsi, yivin açılması, onların əvəz olunması, təmizlənməsi və yuyulması.

2.   Yanacaqötürücülərin fırlanan mexanizmlərinin hissələrinin sökülməsi və hasarların qurulması.

3.   Pərçimlərin kəsilməsi. 4. Yağlama qanovlarının kəsilməsi.

5. İlişmə muftalarının sökülməsi və təmiri.

6. Zolaqlanmış və çubuq şəkilli metalın əl presinin köməyi ilə və öl ilə müxtəlif bucaqlar altında əyilməsi.

7.  İntiqal hasarlarının açılması və çıxarılması.

8.  Ystıqların sürtgü yağının dəyişdirilməsi.

Asbestdən, rezindən, kartondan və paronitdən sadə konfiqurasiyalı ara qatlarının nişanlanması və nişanlanmış yerdən kəsilməsi.

10. Bolt birləşmələrinin sökülməsi.

 

§ 22. Yanacaqverilmə avadanlıqlarının təmiri üzrə

3-cü dərəcə

İşin xüsusiyyəti. Lazımi alət və ləvazimatlardan istifadə etməklə yanacaqvermə metalkonstruksiyalarının və qaldırıcı nəqliyyat avadanlığının mürəkkəb olmayan mexanizmlərinin və qovşaqlarının sökülməsi, təmiri və yığılması. 11-12 kvalitet (4-5 dəqiqlik dərəcəsi üzrə hissələrin çilingər emalı.

Buxar-mazut kəmərlərinin təmiri. Çertyojlar üzrə metal konstruksiyaların sadə qovşaqlarının qaynaq üçün hazırlanması və yığılması. Pnevmatik və əl alətlərinin tomiri və sazlanması. Naturadan sadə hissələrin eskizinin tərtib olunması. Mürəkkəb quruluşlu araqatların nişanlanması və hazırlanması. Qalayla və və mislə lehimləmə. Flans birləşmələrinin təmiri, hissələri və qovşaqları sökən, yığan quraşdıran və onların yerlərini dəyişdirən zaman sadə mexanikləşdirilmiş vasitələrin köməyi ilə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir. Təmir olunan yanacaqvermə avadanlıqlarının, istifadə olunan yükqaldırıcı maşın və mexanizmlərin quruluşunu; qovşaqların və mexanizmlərin qarşılıqlı təsirini və vəzifəsini; boruların uclarının yastılanması texnologiyasını; boruların dəzgahlarda və qızdırma ilə əyilməsi üsullarını; çertyoj və sxemlərin oxunmasını; buxar-mazut kəmərlərinin sxemini, onların yuyulub təmizlənməsini və qurudulmasını; boruların qaz və elektrik qaynağı və aşqar materialları haqqında əsas məəlumatları; bütün növlərdən olan kompensatorların quraşdırılma qaydalarını; mühitin parametrlərindən asılı olaraq flanslara, borulara, armaturlara, araqatlarına, bərkidici materillara olan təlbləri; orta mürəkkəbli xüsusi xətlərin, ləvazimatların və ölçü vasitələrinin quruluşunu və vəzifəsini; çilingər alətlərinin tablama, hazırlanma və tabalma qaydalarını və onlardan istifadə etməyi; valın mərkəzə uyğunlaşdırılmasını; müsaidə və oturtmaları, kvalitetləri və nahamarlıq parametrlərini; yükqaldıran maşın, mexanizm və ləvazimatların istismar qaydalarını; mexanika, istilik texnikası və elektrotexnika üzrə elementar məlumatları.

İş nümunələri:

1.  Armaturların təmiri, yerinə geydirməklə, kipləşdirici halqaların, yəhərin və qapağın silinib təmizlənməsi ilə quraşdırılması.

2.  Qapaqların (klapanların) silinib təmizlənməsi.

3.  Muftaların yığılması və mərkəzə uyğunlaşdırılması.

4.  Yoxlama üçün yanacaq götürücülərinin təmiri.

5.  Reduktorların sürətlər qutusunun sökülməsi, təmiri, yığılması, yoxlanması və sazlanması.

6.  Şpon çibinin hazırlanması və uyğunlaşdırılması.

 

§ 23. Yanacaqverilmə avadanlıqlarının təmiri üzrə çilingər

4-cü dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb pnevmatik və elektrikləşdirilmiş alətlərdən, xüsusi ləvazimatlardan, avadanlıqlardan və ölçü vasitələrindən istifadə etməklə orta mürəkkəblik dərəcəsindən olan yanacaqvericilərin əsas və yardımçı avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərinin qovşaqlarının və mexanizmlərinin sökülməsi, təmiri, yığılması, tənzimlənməsi, sınanması, müxtəlif istiqamətverici və nişanlama ülgülərinin hazırlanması. Boru kəmərlərində qabların hidravlik sınağı. 7-10 kvalitet (2-3 dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırmaqla və tam hazırlamaqla hissələrin çilingər emalı. Hissələrin qızdırılmış şəkildə valın üzərində oturdulması və gövdəyə preslənməsi. Yanacaqvermə binasının daxilində və xaricində boru kəməri xətlərinin çertyoj və sxem üzrə çəkilməsi. Hissənin yeyilmə və zədələnmə dərəcəsinin, gələcəkdə onun işə yararlığının təğyin edilməsi. Mürəkkəb təğmir ləvazimatlarının sazlanması. Qovşaqların və hissələrin şaquli və üfüqi səth üzrə yerlərini də dəyişdirməklə yükqaldırıcı mexanizmin və xüsusi ləvazimatların köməyi ilə takelaj işlərinin yerinə yetirilməsi. Takelaj avadanlığının sınaqdan çıxarılması.

Bilməlidir: Təmir olunan əsas və yardımçı avadanlığın, yükqaldırıcı maşın və mexanizmlərin quruluşunu ətraflı surətdə; təmir olunmuş avadanlıqların tənzimlənməsi və mərkəzə uyğunlaşdırılması üzrə işlərin yerinə yetirilmə qaydalarını. Avadanlıqların əsas zədələnmələrini və onların aradan qaldırılmasını; boruların başlarının yastılanması qaydalarını; yanacaq vermə avadanlığının qovşaqlarının və elementlərinin təmiri, yığılması və hazırlanması üçün texniki şərtləri. Metalkonstruksiyaların mürəkkəb qovşaqlarının və hissələrinin nişanlanması; çarxların mərkəzə uyğunlaşdırılmasını, statik və dinamik balanslanmasının qaydalarını; hissələrin çıxdaşedilmə şərtlərinin və xarabların təmir edilmə üsullarını. Xüsusi alət, ləvazimat və avadanlıqların konstruktiv əlamətlərini; qabların və boru kəmərlərinin sınaq qaydalarını; planlı xəbərdarlıq təmirinin əsas müddəalarını; mexanikanın, elektrotexnikanın, metalşünaslığın əsaslarını.

İş nümunələri:

1.Hissələrin bir-birinə geydirilməsi və səthlərinin şaberlə yonulması.

2.Mazut təsərrüfatı avadanlığının təmiri.

3.Diyircəkli  və rolikli yastıqların oturtma yerlərinin emalı.

 

§ 24. Yanacaqverilmə avadanlıqlarının təmiri üzrə çilingər

5-ci dərəcə

İşin xüsusiyyəti. Yanacaqvermə avadanlıqlarının mürəkkəb qovşaqlarının sökülməsi, yenidən qurulması, təmiri, quraşdırılması, yığılması, tənzimlənməsi və sınanması. 6-7 kvalitetlər (1-2 dəqiqlik dərəcəsi) üzrə hissələrin uyğunlaşdırılması və tam hazırlanması ilə çilingər emalı. Çertyoj üzrə hazırlanmış ehtiyat hissələrinin, qaynaq olunmuş və pərçimlənmiş birləşmələrin qobulu. Xüsusilə mürəkkəb hissələrin nişanlanması. Avadanlığın və təmir ləvazimatlarının, yükqaldırıcı maşın və mexanizmlərim təmiri və sazlanması üzrə işlərin təşkili. Hissələrin gələcək işlərə yararlığının və onların bərpasının mümkünlüyünün təyin olunması. Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və istismara təhvil verilməsi. Avadanlığın xüsusilə mürəkkəb və məsuliyyətli qovşaqlarının, hissələrinin və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması və qurulması üzrə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Yanacaqvermə avadanlıqlarının texniki xarakteristikalarını; təmirdən sonra mexanizm və qovşaqların qəbulunun texniki şərtlərini; yükqaldırıcı maşın, mexanizm və yükgötürən ləvazimatların yeyilmiş hissələrinin saf-çürük edilmə qaydalarını; yanacaqvermə avadanlıqlarının təmiri, istismarı və tənzimlənməsi üzrə təlimatları və qaydaları; təmir olunan avadanlığın işləyən maşın və mexanizmlərdən açılma qaydalarını; rotorların statik və dinamik balanslanması, istənilən quruluşlu ilişmə muftalarının yığılması və sökülməsi, takelaj ləvazimatlarının yükqaldırıcı maşınların və qurğuların sınağı qaydalarını, maşınlarda titrəmənin başvermə səbəblərini; mexanizm vallarının düzəldilmə qaydalarını və üsullarını; təmirə çıxarma qaydalarını; naryad-buraxılış sənədlərinin tərtib edilməsini, takelaj ləvazimatlarının və yükqaldırıcı maşın və mexanizmlərin avadanlıqlarının sınaq və saxlama qaydalarını; avadanlıqların təmiri üzrə işlərin təşkilini və qaydalarını.

İş nümunələri:

1.  Yastıq içliklərinin babbitlə yenidən doldurulması ilə dəyişdirilməsi.

2.  Pər qidalandırıcılarında sürətlər qutusunun yığılması və val üzərində bərabərləşdirici muftaların qurulması.

3.  Kran-yükdaşıyan arabaların sökülməsi, təmiri, yığılması.

 

§ 25. Kabel xətlərinin təmiri və quraşdırılması üzrə

elektrik montyoru

2-ci dərəcə

İşin xüsusiyyəti. Kabelin çəkilməsi üçün trassanın, kanalın, tunelin və kollektorun hazırlanması; torpaq işlərinin görülməsi. Yağ doldurulmuş kabellərin və bilərziklərin (muftaların) sökülməsi, təmiri və quraşdırılması üzrə yardımçı işlərin yerinə yetirilməsi. Metalkonstruksiyaların və onlarda çəkilmiş kabellərin rənglənməsi. Kabellərin, alətlərin, materialların və ləvazimatların hazırlanması, verilməsi və yığışdırılması. Trassa boyunca ləvazimatların düzülməsi. Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 3 kV-a qədər olan kabel xətləriin sadə aparatlarının və avadanlıqlarının sökülməsi, təmiri və yığılması.

Bilməlidir: Kabellərin markaları və kabel armaturları haqqında elementar məlumatları; kabellərin saxlanılma qaydalarını və onların barabanlarından açılma üsullarını; kabel işləri üçün olan çilingər, ölçü və xüsusi alətləri; quraşdırma ləvazimatlarını və konstruksiyalarının təyinatını; kabel xətlərinin təmirində istifadə olunan qalaylar, flüslər, materiallar və qaynarlayıcı kütlələr haqqında ümumi məlumatları; kabellərin və kabel barabanlarının yüklənmə və daşınma qaydalarını; torpaq işlərinin görülmə qaydalarını.

İş nümunələri:

1.  Yağ doldurulmuş kabellərin qidalandırıcı çənlərinin açılması.

2.  Kabel barabanlarının açılması və qaldırıcı qurğunun (domkratın) üzərinə qoyulması.

3.   Kabel kollektorlarında diyircəklər üzrə kabelin çəkilməsi, düzəldilməsi, araqatlarının və dəmir bəndlərin qoyulması ilə konstruksiyalarının üstünə yığılması.

4.   Yağ doldurulmuş kabellərin birləşdirici muftalarının üstünün örtülməsi, kollektoru yığan və quraşdıran zaman borucuqların polad şotka ilə təmizlənməsi.

5.   Birləşdirici muftaların quraşdırmadan əvvəl hazırlanması və təmizlənməsi, korroziyaya qarşı maddə ilə rənglənməsi.

6.   Mühafizə araqatlarının hazırlanması və qoyulması.

7.   Kabel qanovlarında mühafizə örtüyünün (kərpicin) döşənməsi, kabeli dəyişdirən vaxt sökülmüş muftanın və kabelin uclarını torpaqdan təmizləməklə qanovdan çıxarılması.

 

§ 26. Kabel xətlərinin təmiri və quraşdırılması üzrə

elektrik montyoru

3-cü dərəcə

İşin xüsusiyyəti. Gərginliyi 10 kV-a qədər olan kabel xətlərinin uzun xəndəklərdə döşənməsi. Kabel konstruksiyalarının quraşdırılması. Çilingər alətlərindən və ləvazimatlarından istifadə etməklə uzun xəndəklərdə, kollektorlarda, borlarda və bloklarda güc kabellərinin və kabel armaturlarının sökülməsi. Mis və alüminium damarlı güc kabellərinin uclarının təmizlənməsi və birləşdirilməsi, yoxlanılması və lehimlənməsi. Kabelin cərəyandaşyan damarlarının, izolyasiyasının, qurğuşun örtüyünün və zireh təbəqəsinin təmiri. Uclarda qoyulan və birləşdirmə muftalarının sökülməsi, çətin əriyən lehimlərin maye qazla işləyən qurğularda qızdırılması. Quraşdırmadan əvvəl kabelin izolyasiyasının nəmliyinin, kabeli qızdırmaq üçün şəbəkə qurğusunun və iş yerinin işıqlandırılması qurğusunun yoxlanılması. Alətlərin, ləvazimatların, mexanizmlərin və materialların yoxlanılması və iş üçün hazırlanması.

Bilməlidir: Kabel markalarını və kabel aparatlarını, güc kabellərinin quruluşunu (konstruksiyasını), kabel armaturlarını və onların istifadə sahələrini; kabel xətlərinin təmiri və quraşdırılmasında istifadə olunan xüsusi və takelaj ləvazimatlarını; kabel xətlərinin və armaturların çəkilməsində və quraşdırılmasında ən çox yayılmış qüsurları; mis və alüminium naqillərin təmizlənməsi və birləşdirilməsinin ümumi texnologiyasını; yağ doldurulmuş kabellər, armaturlar və onlara aid olan aparatlar haqqında ümumi məlumatları; kabellərin fazalaşdırılmasını, qış vaxtı kabellərin qızdırılmasının texnologiyasını və yeraltı kommunikasiyaların mühafizəsini; elektrotexnikanın əsaslarını.

İş nümunələri:

1.  Kabellə birlikdə ağırlığı 5 tona qədər ldan barabanların üstünün taxta ilə bağlanması.

2.  Kabellərin uclarında olan qıfların sökülməsi.

3.  Döşənmədən əvvəl və sonra 2500 V-luq meqaommetrlə kabelin izolyasiyasının yoxlanılması.

4.  Kabelin damarlarının aralanması, polixlorvinil lenti ilə sarınması və laklanması.

5.  Yağ sistemi kollektorlarının quraşdırılması və dəmir bəndlərinin bərkidilməsi.

6.  Birləşdirmə muftalarında kabel damarlarının aralanması və fazalaşdırlması.

7.  Kabel muftalarında yerləbirləşdirici dəmir bəndlərin quraşdırılması və yerlə birləşdirilməsi. Muftalara kabel kütləsinin doldurulması və əlavə olunması.

 

§ 27. Kabel xətlərinin təmiri və quraşdırıcısı üzrə

elektrik montyoru

4-cü dərəcə

İşin xüsusiyyəti. Qapalı binalarda, torpaqda, quyularda və tunellərdə gərginliyi 35 kV-a qədər olan kabel armaturlarının kirim qurğularının və kabel xətlərinin sökülməsi, təmiri və quraşdırılması. Pnevmatik və elektrikləşdirilmiş alətlərdən istifadə etməklə kabellərin qapalı binalarda, torpaqda, quyularda və tunellərdə nişanlanması və damarlarının bir-birindən aralanması. Mis və alüminium damarlı güc kabellərinin uclarının təmizlənməsi, qaz və yaxud elektrik qaynağı ilə birləşdirilməsi. Elektrik və pnevmatik intiqallı mürəkkəb, universal və xüsusi ləvazimatların və mexanizmlərin idarə olunması. Elektrik təchizatının 111-11 etibarlılıq dərəcəsinə aid olan tələbatçıları üçün, gərginliyi 35 kV-a qədər olan daxili və xarici qurğularda kabelin uclarında və birləşdirmə yerlərində qoyulan muftaların və birləşmələrin təmiri və quraşdırılması.

Bilməlidir: Yağ doldurulmuş kabellərin markalarını və istifadə sahələrini; kabel gəbəkəsi sahəsinin sxeminin; birləşdirici, dayandırıcı (stoporlayıcı) və uclarda qoyulan muftaların təyinatının və quruluşunu, kabellərin cərəyankeçirici mis və alüminium damarlarının uclarının təmizlənmə və birləşdirilmə üsullarının; kabel xətlərinin və armaturlarının xarakterik zədələnmələrini, onların müəyyən olunması və aradan qaldırılması üsullarını; gərginlik altında olan kabel xəttinin trassası boyunca güc kabelinin çəkilməsinin texnoloji prosesini; yağ doldurulmuş kabelin təmiri, sökülməsi və quraşdırılması zamanı işlərin yerinə yetirilməsi üsullarını və əməliyyatların ardıcıllığını. kabel xəttinin əvvəlində və axırında olan binaların avadanlıqlarının və armaturlarının təyinatını.

İş nümunələri.

1.  Təzyiq çənlərində dəyişdirmələrin aparılması.

2.  Kabel qıfına kabel kütləsinin doldurulması və əlavə olunması.

3.  Kabelin uclarında olan birləşmələrin epoksid qətranından istifadə etməklə yerinə yetirilməsi.

4.  Kabel damarlarının fazalaşdırılması, uclarının qurğuşun ucluqlarla birləşdirilməsi.

5.  Yağ doldurulmuş kabelin uclarının kəsilməsi, birləşdirilməsi və birləşdirici muftanın izolyasiya olunması.

6.  Kollektorlarda kabelin çəkilməsi.

7.  Kabel muftalarını və qıflarını bərkitmək üçün metal konstruksiyaların hazırlanması və quraşdırılması.

8.  Kontakt və siqnal monometlərinin quraşdırılması.

 

§ 28. Kabel xətlərinin təmiri və quraşdırılması üzrə

elektrik montyoru

5-ci dərəcə

İşin xüsusiyyəti. Gərginliyi 35 kV-dan çox olan ağ doldurulmuş kabel xətlərinin sökülməsi, təmiri və quraşdırılması. Qanovun qazılması üçün trassanın nişanlanması. Suyun altından kabel xəttinin çəkilməsi. Gərginliyi 35 kV-a qədər olan xüsusi məsuliyyətli kabel xətlərinin birləşdirici və uclarındakı muftalarının quraşdırılması və təmiri. Nəzarət kabellərinin uclarının birləşdirilməsi. Yağ doldurulmuş kabelin birləşdirici, dayandırıcı və uclarda qoyulan muftalarının, qaz doldurulmuş kabelin birləşdirici, yarımdayandırıcı muftalarının və uclarda qoyulan qurğularının quraşdırılması və təmiri. Qaz və yağ doldurulmuş kabel xətlərinə texniki xidmət (təzyiqin ölçülməsi yağ əlavə olunması və s.).

Kağız izolyasiyalı kabellərin qanovlarda, kanallarda və konstruksiya üzrə boruda, blokda və kollektorda çəkilməsi zamanı elektrik montyorları dəstəsinə rəhbərlik etmək. Kabelin zədələnmə yerinin təyin olunması.

Bilməlidir. Güc kabellərinə müxtəlif konstruksiyalı yüksək gərginlik izolyasiyalarının və muftaların yerinə yetrilmə xüsusiyyətlərini; yağ doldurulmuş kabellərin armaturların və onlara aid olan aparatların təyinatını və quruluşunu; yağ doldurulmuş kabellərin saxlanılma xüsusiyyətlərini; yağ doldurulmuş kabellərin birləşdirici. dayandırıcı və uclardakı muftaların açılması və quraşdırılmasının texnoloji prosesi; istənilən şəraitdə çəkilən, istənilən quruluşlu güc kabeli xətlərinin təmiri, quraşdırılması və sökülməsi zamanı əməliyyatlar ardıcıllığını və işin görülmə üsullarını; zəifləndirilmiş-hopdurulmuş izolyasiyalı qaz doldurulmuş kabellərin çəkilməsinin və quraşdırılmasının texnologiyasını; təmirdən, çəkilmədən və quraşdırmadan sonra yüksək gərginlik abellərinin sınanma metodalarını; yağla yaxud qazla təzyiq altında polad borularda olan kabellər haqqında ümumi məlumatları.

İş nümunələri:

1.  Qidalandırıcı çənlərin qurulması.

2.  Tökmə çuqundan qıfla birlikdə olan girimlərin qurulması və quraşdırılması.

3.  Kabellərin qış vaxtı qızdırılması, zədələnmiş hissələrin kəsilməsi və əlavənin quraşdırılması.

4.  Kollektorrlarda, borularda və bloklarda yağ doldurulmuş kabellərin çəkilməsi.

5.  Yağ doldurulmuş kabellərdə yağın təzyiqinin ölçülməsi, muftaların və kabellərin kronşteynlərdə (divarda olan dayaqlarda) bərkidilməsi (qurutduqdan, vakuumlaşdırdıqdan, muftanı yağla doldurduqdan sonra).

6.  Yağ doldurulmuş kabellərin kollektorlarının yığılması və qurulması.

7.  Nəzarət kabellərinin uclarının birləşdirilməsi.

8.  Uclarda olan muftaların və kabel qıflarının quraşdırılması.

9.  Kabeldə olan SS tipli birləşdirmə muftalarının quraşdırılması.

10. Qurğuşun əlcəklərin kabelin qurğuşun zirehinə lehimlənməsi.

 

§ 29. Kabel xətlərinin təmiri və quraşdırılması üzrə

elektrik montyoru

6-cı dərəcə

İşin xüsusiyyəti. İstənilən gərginlikli kabel xətlərinin təmiri, yoxlanılması, quraşdırılması və sökülməsi. Təzyiq altında polad borularda olan yağ doldurulmuş, qaz doldurulmuş kabellərin təmiri, quraşdırılması və sökülməsi. Xüsusi quruluşlu kabellərdə işləmə. Xüsusi məsuliyyətli kabel xətlərinin nadir kabel aparatları olan kabellərin təmiri. Daha məsuliyyətli sahələrdə kabel xətlərinin quraşdırılması, təmiri və yoxlanılması. Muftanın qurulması və vakuumlaşdırılması, yağ qidalandırıcı sisteminin sınanması, yağın axma yerinin təyin olunması. Gərginliyi 500 kV-a qədər olan yağ doldurulmuş və qaz doldurulmuş kabel xətlərinin sualtı kabel xətlərinin və sualtı kabel keçidlərinin, özülülü maddə ilə hopdurulmuş kabellərin təğmiri, quraşdırılması və sökülməsi üzrə olan bütün işlərdə elektrik montyorları briqadasına rəhbərlik etmək.

İstənilən təyinatlı, quruluşlu və istənilən şəraitdə çəkilmiş kabel xətlərinin təmiri, quraşdırılması və sökülməsində işlərin təşkil edilməsi.

Bilməlidir: Bütün tiplərdən və gərginliklərdən olan sabit və dəyişən cərəyan güc kabellərinin və kabel qurğularının avadanlıqlarının və aparatlarının konstruktiv quruluşunu. partlayışa təhlükəli binalarda kabellərin quraşdırılma xüsusiyyətlərini; kabellərin istənilən şəraitdə, o cümlədən bataqlıqla, çaydan və arxdan körpünün konstruksiyası üzrə çəkilməsinin texniki şərtləri və üsulları; polad borularda yağlə tjzyiq altında olan kabel xətlərində tjzyiqi saxlamaq üçün olan avtomatik qidalandırıcı nasos qurğularının təyinatının da qoşulmasının prinsipial sxemini; polad boru kəmərlərində kabel xəttinin inşasının xüsusiyyətlərini, boruların əyilmə radiusunun buraxıla bilən qiymətini və əyilmə metodlarını.

İş nümunələri:

1.  Mis və alüminiumdan olan kabel damarlarının qaz, yaxud elektrik qarmağı ilə birləşdirilməsi.

2.  Zirehli kabellərdə birləşdirici muftaların quraşdırılması.

3.  Polad boru kəmərində yağla təzyiq altında kabellərin birləşdirici muftalarının quraşdırılması.

4.  Sualtı güc kabellərinin birləşdirici muftalarının dəyişdirilməsi və yedəkdə olan barjdan (gəmi tipi) kabelin çəkilməsi.

5.  Gərginliyi 35 kV olan sualtı kabelin birləşdirici muftasının dəyişdirilməsi.

6.  MSTO-35 tipli dayandırıcı (stopor) muftaların quraşdırılması və təmiri.

7.  OSB-GK 120 tipli kabeldə SPO birləşdirici muftasının quraşdırılması.

8.  Gərginliyi 110 kV olan yağ doldurulmuş kabellərin dayandırıcı muftalarının quraşdırılması və təmiri.

9.  Yağ qidalandırıcı sistemdə qurğuşun boruların lehimlənməsi.

10.Yağ doldurulmuş kabelin trassasında, qidalandırma məntəqələrində və quyularda diametri 40 mm-ə qədər olan qurğuşun zireh borularının çəkilməsi və birləşdirilməsi.

 

§ 30. Paylaşdırıcı qurğuların avadanlıqlarının təmiri üzrə

elektrik çilingəri

2-ci dərəcə

İşin xüsusiyyəti. Stansiyaların və yarımstansiyaların paylaşdırıcı qurğuları avadanlıqlarının, transformatorların və girimlərin təmiri və onlara texniki baxış vaxtı köməkçi işlərin görülməsi. Hissələrin 12-14 kvalitet (5-7 dəqiqlik dərəcəsi) üzrə emalı. Sadə metal və izolyasiya konstruksiyalarının hazırlanması. Avadanlıqların sökülmüş və yığılmış hissələrinin silinib təmizlənməsi, yuyulması və qurulanması, kontaktların və kontakt səthlərinin təmizlənməsi. Çilingər alətlərinin, inventarların, ləvazimatların və materialların iş yerinə gətirilməsi, işə hazırlanması və yığışdırılması. Qalaylama və lehimləmə üçün səthlərin təmizlənməsi. ayrı-ayrı hissələrin və qovşaqların yerinin dəyişdirilməsi ilə bağlı olan sadə takelaj işlərinin, rəngsaz və dülgər işlərinin yerinə yetirilməsi.

Daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi altında gərginliyi 10 kV-a qədər olan paylaşdırıcı qurğuların avadanlıqlarının, gərginliyi 35 kV-a qədər olan girimlərin, dəyişdirilmə dolaqları olan gərginliyi 10 kV-a qədər olan və gücü 1000 kVa-ya qədər olan quru və yağlı küm transformatorlarının sökülməsi, təmiri və yığışması və sadə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Paylaşdırıcı qurğu avadanlıqlarının, yüksək və alçaq gərginlikli girimlərin, qaynaq, güc və ülçü transformatorlarının quruluşu və təyinatı haqqında elementar məlumatları, avadanlıqların iş prinsipini; elektrik cərəyanı və gərginlik altında olan cərəyanötürücü hissələrə yaxınlaşmağın təhlükəliliyini; çilingər, montyor və ölçü alətləri, ləvazimatları və mühafizə vasitələrinin quruluşunu və təyinatını; materialşünaslıq haqqında elmentar məlumatları; paylaşdırıcı qurğu avadandanlıqlarına texniki baxış və onların təmiri zamanı, güc və ölçü transformatorları üçün girimlərin sökülməsi, yığılması və armaturlaşdırılması zamanı işlərin görülməsini və əməliyyalar ardıcıllığını; takelaj işlərinin sadə üsullarını; yükqaldıran mexanizmlərə olan ümumi tələbləri və kranla işləyən vaxt vaxt siqnalizasiyasını.

İş nümunələri:

1. TD-1000/10 ipli transformatorun çəninə baxmaq, onun çirkdən təmizlənməsi və transformator yağı ilə yuyulması.

2.  MQ-10, VMP-10, VMQ-123 tipli elektrik açarlarına baxış, keçid izolyatorlarının təmizlənməsi, yağının boşaldılması, qövssöndürücü kameraların təmizlənməsi və yuyulması.

3.  Girimlərin cərəyan ötürücü milində burğu ilə deşik açmaqla, lehimləməklə, armaturlaşdırmaqla və armaturlaşdırmanı yağa dözümlü mina (emal) ilə rəngləməklə əvəz olunması.

4.  Dayaq izolyatorlarının armaturlaşdırılması.

5.  İki klenli FS-4 tipli izolyatorların yenidən quraşdırılması. 6. TM-1000/10 tipli güc transformatorları üçün gərginliyi 10 kV-a qədər olan girimlərin, çini (farfor) izolyatorların flans və qapaqcığının armaturlaşdırılması.

7. Kompensatorların köynəyin ərpdən təmizlənməsi və su ilə yuyulması,

8. Sadə konfiqurasiyalı araqatının kəsilməsi və qıraqlarının yonulması.

9. Ayırıcıların təmizlənməsi və şarnirlərinin yağlanması.

10.  I-II qabaritdən olan transformatorların kipləşdiricilərinin hazırlanması.

11.  Transformatorlarda istilik sifonu süzgəclərinin çıxarılması və quraşdırılması.

 

§ 31. Paylaşdırıcı qurğuların avadanlıqlarının təmiri üzrə

elektrik çilingəri

3-cü dərəcə

İşin xüsusiyyəti. Gərginliyi 10kV-a qədər olan qapalı paylaşdırıcı qurğuların elektrik avadanlıqlarının sökülməsi, təmiri və yığılması, gərginliyi 35 kV-a, gücü 10000 kVA-ə qədər olan TÇ (təsirlənməsiz çevirmə) qurğulu ümumi təyinatlı transformatorlara texniki baxış, dolaqlarını dəyişdirmədən onların əsaslı təmiri Gərginliyi 35 kV-a qədər olan girimlərinin sökülməsi, yığılması, armaturlaşdırılması və germetikliyə sınanması. Ucluqların qalaylanması və lehimlənməsi, lehimləmə lampası ilə işləməyi bacarmaq, hissələrin 11-12 kvalitetlər (4-5 dəqiqlik dərəcəsi) üzrə çilingər eğmalı. Bakelitdən olan məğmulatların təğmiri, hopdurulması, vakuumda qurudulması. Mürəkkəb olmayan hissələrin və qovşaqların sadə eskizlərinin və sxemlərinin oxunması. Cərəyan və çini (farfor) izolyatora görə cərəyan-ötürücü milin seçilib uyğunlaşdırılması.

Yağın qazdan təmizlənməsi və seolitlə bərpası, texnoloji qurğularda işləmək, vakuum nasoslara və kompressorlara xidmət. Sadə mexanikləşdirmə vasitələrinin köməyi ilə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: İlkin kommutasiyanın prinsipial sxemlərini və sxemlərdə elektrik avadanlıqları üçün qəbul olunmuş şərti işarələri; elektrik stansiyaları və yarımstansiyalarının paylaşdırıcı qurğularının konsruktiv yerinə yetirilməsini və gərginliyi 35 kv-a qədərlə orta mürəkkəbli paylaşdırıcı qurğuların əsas və yardımçı avadanlıqlarının iş prinsipini; yağ və vakuum aparatlarını; girimlərin zədələnmə əlamətlərini və onların aradan qaldırılma üsullarını. Gərginliyi 35 kV-a qədər, gücü 10000 kVA-ə qədər olam quru və yağlı ikidolaqlı güc transformatorların iş prinsipini və konstruksiyasını; qletoqliserin qarışıq məhlullardan, quraşdırıcıdan və minalardan (emallarlan) istifadə etməklə işin aparılma qaydasını; gərginliyi 35 kV-a qədər olan girimlərin sınaq gərginliyi normasını, açıq paylaşdırıcı qurğuların, birləşdirici şin və avadanlıqlarının profilaktikası və təmiri vaxtı yüksəklikdə aparılan işlərin üsullarını; yağın qazdan təmizlənməsi, vakuum nasoslarının və qaz mühafizəsi qurğularının iş prinsipini və quruluşunu; elektrotexnika üzrə elementar məlumatları.

İş nümunələri:

1. Gərginliyi 35 kV-a qədər olan farfor girimlərin armaturlaşdırılmasında sazmanı qletoqliserin zamaskası ilə yenidən armaturlaşdırmaqla qarşısının alınması.

2. TDN-10000/35 tipdə olan transformatorların yüksək gərginlikli girimlərinin, gərginliyi 35 kV olan transformatorların genişləndiricilərinin çıxarılması və quraşdırılması.

3. VMP-10, VMQ-133 tipli yağ açarlarının kontakt sisteminin təmir.

4. Girimlərin mastikasını yenidən tökməklə təmiri.

5. Kompensatorların, havayığıcıların sökülməsi, qovşaqlarının və hissələrinin ayrılması.

6. TM-6300/35 tipli transformatorların dolaqlarının təzyiq altında yoxlanılması.

7. TD-10000/35 tipli transformatorun dolaqlarında ayırmaların və lehimləmə yerlərinin laklı parça və kabel kağızı ilə yenidən izolyasiya olunması.

8. 10, 35 kV gərginlikli ayırıcıların bütün növlərinin təmiri.

9. Transformatorların qaz relelərinin çıxarılması və quraşdırlması.

10. VB-10-220-8 tipli reaktorların izolyasiyasının müqavimətinin yoxlanılması.

11. TM-10000/10 tipli güc transformatorlarının dolaqlarını dəyişdirməklə əsaslı təmiri.

12. İstilik sifonu süzgəclərinin çıxarılması, yüklənməsi və quraşdırılması.

 

§ 32. Paylaşdırıcı qurğuların avadanlıqlarının təmiri üzrə

elektrik çilingəri

4-cü dərəcə

İşin xüsusiyyəti. Avadanlıqlarının elementlərinin qismən dəyişdirilməklə təmiri, gərginliyi 35 kV-a qədər olan açıq və qapalı paylaşdırıcı qurğuların elektrik avadanlıqlarının sazlanması və tənzimlənməsi. Elektrik, pnevmatik ölçü alətlərindən, uyğun takelajlardan istifadə etməklə  ümumi təyinatlı, TÇ qurğulu 35 kV gərginlikli və bütün güclərdən olan transformatorların və gücü 40000 kVA-ə qədər, gərginliyi 110 kV olan transformatorların, gərginliyi 35 kV-a qədər olan ölçü transformatorlarının, gücü 6300 kVA-ə və gərginliyi 35 kV-a qədər olan xüsusi qurğu və yağ transformatorlarını dolaqlarını dəyişdirmədən təmiri və onlara texniki xidmət göstərilməsi, TÇ qurğulu, gərginliyi 35 kV-a qədər bütün güclərdən olan transformatorların dolaqlarını dəyişdirməklə əsaslı təmiri. Gərginliyi 110 kV-a qədər olan qeyri-germetik yağ doldurulmuş girimlərin sökülməsi, xarab hissələrinin dəyişdirilməsi, armaturlaşdırılması, vakuumda qurudulması və transformator yağ ilə doldurulması.

Sealit qurğusunda transformator yağının qurudulması və təmizlənməsi. Hissələrin 7-10 kvalitetlər (2-3 dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırılması və tam hazırlanması ilə çilingər emalı. Elektrik açarlarının girimlərinin və daxili izolyasiyasının təmiri və onlara texniki xidmətin göstərilməsi. Elektrik açarların hərəkətli və hərəkətsiz kontaktlarının qövssöndürücü qurğusunun təmiri, açarların intiqalının vəziyyətini yoxlamaqla nöqsanların aradan qaldırılması. Açarın çəninin, qapağının qaldırıcı, səsboğucu qurğusunun, havayığıcısının və qoruyucu qapağın (klapanın) təmiri.

Gərginliyi 110 kV-a qədər olan reaktorların qövssöndürücü sayğacların və güc transformatorlarının aktiv hissəsinin açmadan təmiri. İzolyatorların və ayırıcıların yoxlanılması və xarablarının seçilməsi. Kompressor qurğularının təmiri. Avadanlığın qovşaqlarının və hissələrinin qaldırılması və yerinin dəyişdirilməsi üçün lazımi takelaj ləvazimatlarının seçilməsi, yükqaldıran maşın və mexanizmlərin və xüsusi ləvazimatların köməyi ilə işləmək.

Bilməlidir: Gərginliyi 110 kV-a qədər olan açıq və qapalı paylaşdırıcı qurğuların konstruksiyalarının elementlərini; avadanlıqlar arasında minimal mümkün ola bilən məsafələri; elektrik stansiya və yarımstansiyaların elektrik avadanlıqlarının ilkin birləşmə sxemlərinin oxunma qaydasını; gərginliyi 110 kV-a, gücü 40000 kVA-ə qədər olan transformatorların iş prinsipi və konstruksiyasını; gərginliyi 110 kV-a qədər olan yağ və mastika doldurulmuş farfor və bakilit girim üzrə işlərin görülməsini və əməliyyatların ardıcıllığını; vakuumda qurutma sobalarının, vakuum nasosların, kompressor qurğularının, seolit qurğularının, RPN tipli cərəyanməhdudlaşdırıcı reaktorların, TD (təsirlənməsiz dövrədəyişmə) tipindən olan bütün çevirgəclərin quruluşunu və iş prinsipini; ikinci dövrə sxemləri haqqında əsas məlumatları; avadanlıqların və kompressor qurğularının sınanma metodlarını; avadanlıqların təmirə çıxarılma və elektrik qurğularında işləmək üçün buraxılma qaydalarını; hündürlükdə və gərginlik altında işlərin görülmə qaydalarını və üsullarını, hündürlükdə və yelləncəkdə görülən işlərin təşkilini; takelaj vasitələrinin, mühafizə qurğularının və izolyasiya ləvazimatlarının sınanma vaxtlarını və üsullarını; elektrotexnika və mexanikanın əsaslarını.

İş nümunələri:

1.   Gərginliyi 35 kV olan hava və yağ elektrik açarlarının bütün-növlərinin sökülməsi, zədəli hissələrin əvəz olunması ilə təmiri, yığılması.

2.   110 kV-luq yağ doldurulmuş girimlərin genişləndiricilərini dəyişdirməklə və farfor köynəyini sonradan yağla doldurmaq şərti ilə təmiri.

3.   VMQ-133 tipli yağ açarlarının - avadanlıqlar işlədiyi şəraitdə əvəz olunarkən yerinin dəyişdirilməsi.

4.   Transformatorların azot mühafizəsinin təmiri və ona texniki xidmət göstərilməsi.

5.   TM-6300/35 tipli transformatorların gövdəsinin maqnit keçiricisini sükmklə təmiri.

6.   TD-40000/35 tipli transformatorlarda dolaqların budaqlama çevirgəcinin əvəz edilməsi.

7.   10, 35, 110 kV gərginlikli bütün növlərdən olan ayırıcıların, qısa qapayıcıların və ayıran ayırıcıların hissələrinin (elementlərinin) əvəz olunması ilə təmiri.

8.   110 kV gərginlikli transformatorların çıxarılan hissəsini qaldırmaqla və ona baxmaqla təmiri və yağının dəyişdirilməsi.

9.   NTMP-10 tipli gərginlik transformatorlarının əvəz olunması.

10. Gücü 40000 kVA gərginliyi 110 kV olan güc transformatorlarının dolağını dəyişdirməklə təmiri.

11. 220 kV gərginlikli yağ dolu girimlərin bakelit silindrlərinin qurudulması.

 

§ 33. Paylaşdırıcı qurğuların avadanlıqlarının təmiri üzrə

elektrik çilingəri

5-ci dərəcə

İşin xüsusiyyəti. 110-330 kV gərginlikli paylaşdırıcı qurğuların elektrik avadanlıqlarının təmiri, sökülməsi, quraşdırılması, tənzimlənməsi və sazlanması. 110-220 kV gərginlikli girimlərin izolyasiyasının və kipləşdiricisinin natamam, yaxud tam əvəz olunması ilə təmiri. Gərginliyi 110 kV-a qədər olan bütün tiplərdən və güclərdən olan güc transformatorlarının əsaslı təmiri, yağ və hava elektrik açarlarının çertyoj və eskizlər üzrə. yenidən qurulması. Hissələrin 6-7 kvalitetlər (1-2 dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırılması və tam hazırlanması ilə çilingər emalı. Ülgülərin və ləvazimatların hazırlanması. Uyğun gələn takelajdan, lazımi ləvazimatlardan, xüsusi alətlərdən və aparatlardan istifadə etməklə çertyojlar və eskizlər üzrə işlərin yerinə yetirilməsi. Avadanlıqlarda olan nasazlıqların və zədələnmələrin təyin olunması və onların aradan qaldırılması. Mürəkkəb və məsuliyyətli alətlərin və ləvazimatların tənzimlənməsi və təmiri. Yüksək gərginlikli avadanlıqların sınaqdan keçirilməsi. Avadanlıqların, xüsusilə mürəkkəb və məsuliyyətli qovşaqlarının, hissələrinin və elementlərinin yerlərinin dəyişdirilməsi, sökülməsi və qurulması zamanı takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: Gərginliyi 330 kV-a qədər olan paylaşdırıcı qurğuların avadanlıq və aparatlarının konstruksiya xüsusiyyətlərini və iş prinsipini; gərginliyi 330 kV-a qədər olan girimlərin və onların hissələrinin, güc və ölçü. transformatorlarının, həmçinin gücü 250000 kVA-ə qədər izolyasiya sinfi 110 kV olan xüsusi təğyinatlı soba, dartı və i.a. transformatorların konstruktiv, quruluşunu; təğmir olunan avadanlıqların texniki xarakteristikasını, təmir zamanı işlərin görülmə üsullarını və əməliyyatların ardıcıllığını; xidmət olunan sahənin, yağ təsərrüfatının sxemini; təğmir olunan elektrotexnika avadanlıqlarının sınaq normalarını və həcmini; avadanlıqların təğmiri ilə bağlı olan mürəkkəb çertyojları, sxemləri və eskizləri; təğmir, takelaj və hündürlükdə görülən işlərin təşkilini.

İş nümunələri:

1.   VVN-220; VVB-220, VVN-110 tiplərindən olan hava açarlarının sökülməsi, təmiri, yığılması və sazlanması.

2.   MKP-220, U-220, MKP-110, U-110 tiplərindən olan yağ açarlarının sökülməsi, təmiri yığılması ə sazlanması.

3.   Gərginliyi 110-330 kV olan yağ doldurulmuş girimlərə qazdan təmizlənmiş yağın yenidən tökülməsi.

4.   Səyyar kompressor stansiyasının kompressorlarının sorucu (basma) qapağının (klapanının) yığılması, sıxlığa görə sınaqdan çıxarılması, yerinə oturdulması, yağ süzgəcinin çıxarılması və təmiri. Porşen halqasının uyğunlaşdırılmaqla əvəzolunması.

5.   TDÜ-250000/220 tilli transformatorların maqnit keçiricilərinin elektrotexniki polad təbəqələrindən qısaqapanma mənbəyi yerlərinin təmizlənməsi.

6. Gərginliyi 110 kV-a qədər olan transformator dolaqlarının hidrodomkratlardan istifadə etməklə, təzyiq altında yoxlanılması.

7. 220 kV-luq yarımstansiyaların aparatlarında endirmələrin, ilgəglərin və aralıqların əvəz olunması.

8.    RVP-6 tipli ventil boşaldıcıların qurulması.

9.    Gərginliyi 110-220 kV olan ayırıcıların, ayıran ayırıcıların və qısaqapayıcıların bütün tiplərinin sökülməsi, avadanlığın elementlərinin dəyişdirilməsi ilə təmiri, kontaktlarının keçid müqavimətinin ölçülməsi.

10. TDÜ-250000/110 tipli transformatorların dolaqlarını dəyişdirməklə əsaslı təmiri.

11. Yağı qazdan təmizləyən qurğunun təmiri.

12.  RNT-9, RNT-13, RNT-18, RNT-20 tipli çevirgəc qurğularının bütün qovşaqlarının təmiri.

13.  Seolitin və silikagelin bərpası qurğularının, sabit cərəyan qurğularının təmiri.

 

§ 34. Paylaşdırıcı qurğuların avadanlıqlarının təmiri üzrə

elektrik çilingəri

6-cı dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb alətlərdən, xüsusi quraşdırma ləvazimatlarından, dəqiq ölçmə və mühafizə vasitələrindən istifadə etməklə, gərginliyi 220 kV və dala yüksək olan stansiya və yarımstansiyaların paylaşdırıcı qurğularının elementlərini qismən və yaxud tamamilə əvəz etməklə, avadanlıqların təmiri və yenidən quraşdırılması üzrə, ölçü, quru və yağlı güc transformatorlarının, bütün tiplərdən və güclərdən olan xüsusi transformatorların və avtotransformatorların çertyojlar hesabatlar üzrə təğmirində xüsusilə mürəkkəb və məşğul işlərin yerinə yetirilməsi. Kipləşdiriciləri qismən, yaxud tamamilə əvəz etməklə gərginliyi 330 kV və daha yüksək olan istənilən konstruksiyalı yüksək gərginlikli girimlərin təğmiri. Plyonka və azot mühafizəsi avadanlığı ilə təchiz olunmuş qazdan təmizləmə qurğusunda, transformatora tökmək üçün tranformator yağının qazdan təmizlənməsi və azotlanması. Yağın qazdan təmizlənməsi, azotlanması, havanın qurudulması və su buxarının dondurulması texnoloji qurğusunun təğmiri və ona xidmət göstərilməsi. Avadanlıqların sökülməsi, təğmiri, yığılması və onların sazlanması, təğmir ləvazimatlarının takelaj vasitələrinin sazlanması üzrə işlərin təşkil olunması.

Bilməlidir: Paylaşdırıcı qurğunun işləyən avadanlıqlarında və aparatlarında profilaktik təmir işlərinin görülmə qaydasını, bütün tiplərdən və güclərdən olan güc və ölçü transformatorlarının istismara qəbul qaydalarını və onların iş prinsipini; sabit və dəyişən elektrik aparatları və qurğuları üçün istənilən gərginlikli yüksək voltlu girimlərin parametrlərini, texniki xarakteristikalarını, konstruksiyasını və təsnifatını; paylaşdırıcı qurğuların ayrı-ayrı elementlərinin, güc və ölçü transformatorlarının maqnit keçiricisinin, dolaqlarının, dövrə dəyişdirən (çevirgəc) qurğularının; yüksək gərginlikli girimlərin, açarlarının, ayırıcıların, hava hazırldığı qurğularının və onların hissələrinin zədələnmə əlamətlərini, transformator yağının qurudulmasını, regenerasiyasını, təmizlənməsini, qazdan təmizlənməsini və azotlanmasını; güc və ölçü transformatorlarının qurudulma metodlarını; avadanlıqların təmirində istiadə olunan təmir-quraşdırma vasitələrinin və ləvazimatlarının, yükqaldıran maşınların və mexanizmlərin əsas texniki xarakteristikalarını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunələri:

1.  ATDÜTN-200000/330 tipli avtotransformatorların dolaqlarının dəyişdirilməsi, yük altında tənzimləmə qurğusunun bərpası, və təmiri ilə onun əsaslı təmiri.

2.  AVM-4N, AVM-10B, AVM-15, AVM-20 tipli avtomatların təmiri və tənzimlənməsi.

3.  VVB-500/750-45, VV-500, VVD-500 tipli hava açarlarının sökülməsi, təmiri, zədələ elementlərin əvəz olunması, yığılması və sazlanması.

4.  Yağ doldurulmuş 500 kV gərginlikli girimlərin kipləşdiricilərini əvəz etməklə əsaslı təmiri.