Azərbaycan Respublikası RAZILAŞDIRILIB:

Ədliyyə Nazirliyində Azərbaycan Respublikası

qeydiyyata alınıb Daxili Nazirlər Naziri

qeydiyyat N 601 ____________R.USUBOV

Nazir ________S.HƏSƏNOVA "03" 03 2000 il

14 mart ______________

təsdiq edirəm

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Naziri

___________________ _________İ.ƏLİYEV

21 fevral

 

Traktor, traktor yedəkləri,

özüyeriyən kənd təsərrüfatı,

meliorasiya və yol - tikinti

maşınlarının dövlət qeydiyyatı

haqqında

 

TƏLİMAT

 

ÜMUMİ MÜDDƏALAR

 

1,1. Bu təlimat "Yol haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi burada Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24. nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixi 39 nömrəli "Məkanını nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin təsdiq edilməsi barədə və 1999-cu il 27 sentyabr tarixli 158 nömrəli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin; tənzimlənməsi və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında" qərarlarına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol - tikinti maşınlarının (bundan sonra "texnika" adlandırılacaq) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzər uçota alınmasını (bundan sonra "qeydiyyat" adlandırılacaq) müəyyən edir.

1.2. Mülkiyyət və təşkilati-bütün formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra texniki mülkiyyətçiləri adlandırılacaq) bu qaydalara əməl etməyə borcludur.

1.3. Dövlət qeydiyyatı texnikaların konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, texnikaların istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, texnikaların sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də texnikaların mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarış mübarizə aparılması məqsədi ilə həyata keçirilir.

Texnikanın qeydiyyatı sahibinin (Hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan texnikalar isə yalnız bir şəxsin adıma aparılır. Qeydiyyat üzrə daimi uçota alınan texnikaların sahiblərinə texnikanın dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir.

1.4.    Texnikaların qeydiyyata alınması, uçotdan çıxarılması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin ərazi üzrə rayon /şəhər/ dövlət texniki nəzarət müfəttişlikləri tərəfindən həyata keçirilir.

1.5.    Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və yaşayış yeri üzrə texnikaların dövlət qeydiyyatını aparan "Azərbaşdövləttexnəzarət" Müfəttişliyinin orqanlarında:

1) əldə etdiyi vaxtdan on gün ərzində;

2)    fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;

3)    xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində;

4)    texnikanın mühərrik, şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan texnikanı qeydiyyata aldırmalıdırlar.

1.6. Texnikaların qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, texniki-uçotu göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır.

1.7. Texnikaların dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı "Azərbaşdövləttexnəzarət" müfəttişliyi aşağıdakıları həyata keçirirlər:

-   texnikaların qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini;

-   qeydiyyata alınmış texnikaların rayonlar üzrə mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların hazırlanmasını;

- texnikalar üçün dövlət qeydiyyat nişanının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsi;

- özünün struktur bölmələrini texnikanın qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanı, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;

- bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanı, texnikanın qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini.

1.9. Uçotda dayanan və qeydiyyata alınmış texnikalar və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və rayonlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.

1.10. Azərbaycan Respublikasının ərazisində:

1) dövlət qeydiyyat nişanı olmayan, ölkə də saxta və ya başqa texnikalara verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanı ilə texnikaların idarə edilməsi qəti qadağandır.

 

2. TEXNİKALARIN QEYDİYYATI

 

2.1. Vərəsəlik üzrə alınan texnikaların qeydiyyatı istisna olmaqla, texnikalar 18 Yaşına çatmış faizi şəxslərin adına qeydiyyata alınır. Texnika yetkinlik yaşına çamamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı götürülür və belə texnikanın qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

2.2. Fiziki şəxslərin texnikaları onların adını, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır. Mülkiyyətçisinin yaşayış yeri üzrə qeydiyyata alınmasına maneçilik törədən səbəblər meydana çıxdıqda (mülkiyyətçinin müqavilə üzrə müvəqqəti iş yerinə, oxumağa, hərbi xidmətə, yaxud başqa səbəbdən texnikadan istifadə edilməsi mümkün olmayan yerə getməsi) ikitərəfli yazılı razılıq əsasında texnikanı, mülkiyyətçinin qohumlarının yaşayış yerində, həmçinin müqavilə vaxtı qurtardıqdan təhsili, yaxud hərbi xidməti başa vurduqdan sonra mülkiyyətçinin qayıdacağı əvvəlki yaşayış yerində qeydiyyata almağa icazə verilir. Bu hallarda texnikanın mülkiyyətçisi yuxarıda göstərilənlər barədə təsdiqedici sənədlər təqdim etməlidir.

2.3. Hüquqi şəxslərin texnikaları onların yerləşdiyi ərazi üzrə texnikaların dövlət qeydiyyatını aparan rayon /şəhər/ dövlət texniki nəzarət müfəttişliklərində qeydiyyata alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının, bölmələrinin və başqa tərkib hissələrinin istifadəsində olan texnikalar onların yerləşdikləri bölgələrdə qeydiyyata alına bilər. Belə halda texnikanın qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin-mülkiyyətçinin adı, ünvanı və əlavə olaraq texnikanı istifadə adan filialın ünvanı göstərilir.

2.4. Texnikaların dövlət qeydiyyatını aparan rayon /şəhər/ dövlət texniki nəzarət müfəttişlikləri texnikanın sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və texnikanın mühərrik və şassi nömrələri, habelə rəngini tutdurmaq məqsədilə müayinəyə təqdim verildiyi vaxtdan bir gün ərzində texnikanın dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, texnikanın qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeydiyyata alınan texnikaya dövlət texniki baxış talonu verilir. Müayinənin nəticəsi barədə ərizədə müvafiq qeyd aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir.

2.5. Qeydiyyat hərəkətlərinin aparılması üçün texnikanın təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, texnikanın sahibi ərizədə həmin səbəbləri qeyd etməlidir.

2.6. Texnikanın dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, texnikanın qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün texnikanın sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs texnikaların dövlət qeydiyyatını olar "Dövləttexnəzarət" müfəttişliyinə bu təlimat ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir;

1)  ərizə (əlavə 1 hüquqi şəxs üçün, əlavə 2 fiziki şəxs üçün);

2)  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3)  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada texnika üzərində sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödəniləsi barədə qəbz;

5) xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş texnika üçün gömrük orqanlarının verdiyi icazə sənədi, texnikanın əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi.

2.7. Texnikalara sahiblik, nömrəli aqreatların alınması və əldə edilməsini qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir:

-  istehsalçı zavodun, yaxud texnikaya xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və texnikanın satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər:

-  texnikanın həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (texnikanın şassisinin, mühərrikinin nömrələri yazılmış)

arayış, pasport, istehsalçı zavodun sertifikatı;

-  komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab;

-  qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud texnikaya mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

-  müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

Qeyd: Təlimatın 2.7-ci bəndində göstərilənlərdən başqa aqreqatların alınmasının qanunuliyini təsdiq edən sənədlər aşağıdakılardı:

- komisyon ticarəti mağazalarının, yaxud texniki xidmət stansiyalarının qovşaqların və hissələrin satılmasına dair verdikləri əmtəə qəbzləri (yarlıqları), xəzinəyə mədaxil orderinə əlavə verilmiş qəbz və ehtiyat hissələrinin satılmasına (buraxılmasına) dair müəssisələrin verdiyi qaimə.

2.8. Qeydiyyata alınana texnikaların konstruksiyası hərəkət təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

2.9. Texnika vəkalətli şəxs tərəfindən sənədləşdirildiyi halda "Dövləttexnəzarət" müfəttişliyinə notarius və qanunda nəzərdə tutulmuş digər orqanlar tərəfindən təqdim edilmiş vəkalətnamə təqdim edilməlidir.

Bütün hallarda zavod, mühərrik, şassi nömrələri və rəngi qeydiyyat göstəriciləri ilə tutuşdurularaq yoxlanılır. İstismarda olan texnikalara isə texniki baxış keçirilməli və onlar hökmən texniki müayinə aktı (əlavə 8) tərtib olunmalıdır. Texniki müayinə aktının surəti texnikanın mülkiyyətçisinə verilir. Dövlət qeydiyyatına alınan saz texnikalara isə texniki baxış keçirilməli və onlara hökmən texniki müayinə aktı (əlavə 8) tərtib olunmalıdır. texniki müayinə aktının surəti texnikanın mülkiyyətçisinə verilir. Dövlət qeydiyyatına alanına saz texnikalara texniki baxışın keçirilməsi barədə texniki baxış talonu verilir. Nasaz texnikaların qeydiyyat nişanı çıxarılmaqla istismarı qadağan edilir və texniki baxışdan keçirilməsi barədə müəyyən edilmiş formada akt tərtib edilir. Texniki cəhətdən nasaz olan texnikalar dövlət qeydiyyatına alınır, lakin nasazlıq aradan qaldırılmayınca dövlət qeydiyyat nişanı verilmir.

2.10. Hüquqi və fiziki şəxslərə məxsus texnikaları dövlət qeydiyyatına alarkən onlara verilən qeydiyyat şəhadətnaməsində texnikanı xarakterizə edən göstəricilər, qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsinə əsas verən sənədlərin adı, texnikanın mülkiyyətçisi, qeydiyyat rayonu haqqında məlumatlar, qeydiyyat şəhadətnaməsini verə "Dövləttexnəzarət" müfəttişliyinin adı və qeydiyyat şəhadətnaməsinin verilmə tarixi göstərilir. qeydiyyat şəhadətnaməsinin verilməsi haqqında qərar qəbul etmiş şəxsin imzası müfəttişliyinin möhürü ilə təsdiq olunur.

Qeyd: texnikalara verilən qeydiyyat şəhadətnaməsi xüsusi mürəkkəblə pozuntu olmadan yazılır və ya çap qurğusu vasitəsilə doldurulur və verilərkən qeydiyyat kitabında (əlavə 3, 4) qeydə alınır.

2.11. Dövlət qeydiyyat nişanının verilməsi nəzərdə tutulmayan asma və qoşulan kənd təsərrüfatı maşınları və digər texnikalar bu qaydaların 2.6.-cı bəndində göstərilən sənədlərdən birinə əsasən qeydiyyata alınır və onlara qeydiyyat talonu (əlavə 5) aparılır və talonlar verilərkən qeydiyyat kitabındakı sıra sayına uyğun aratan yekunla nömrələnir.

Qeyd: texnikanın alınması, mülkiyyətə keçirilməsi və istifadə edilməsinə hüquq verən sənədlərdə saxtakarlıq əlamətləri aşkar edildikdə, yaxud aqreqatların nömrələri qeydiyyat sənədlərindəki yazılara uyğun gəlmədikdə, aqreqatda və üsulla vurulması aşkar edildikdə, mülkiyyətçinin izahatı alınır və sənədlər rayon ərazi polis orqanlarına təqdim edilir.

2.12.   Bu təlimatın 2.8.-ci bəndinə uyğun həvəskar konstruksiya ixtiraçıları tərəfindən sərbəst quraşdırılmış və hazırlanmış texnikalar mülkiyyətçilərinin adına aqreatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında bu qaydaların 2.6.-cı bəndində göstərilən qaydada həmin texnikalar qeydiyyat alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli texnikaların ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən texnikaların yığılmasına icazə verilmir.

2.13.   Müvafiq dövlət orqanlarının komisyon ticarət mağazaları vasitəsi ilə satdığı (müsadirə edilmiş, yaxud mülkiyyətçisi olmayan) texnikalar məhkəmənin qərarı (qərardadı), yaxud digər səlahiyyətli dövlət orqanlarının qərarları və mağazanın arayış-hesabı əsasında bu qaydaların 2.6-cı bəndində göstərilən qaydada qeydiyyata alınır. Maliyyə, yaxud digər dövlət orqanlarından komisyon mağazaya qəbul edilmiş texnikanın qeydiyyat sənədlər olmadıqda alıcıya verilən arayış-hesabda "texnikanın qeydiyyat şəhadətnaməsi olmadan qəbul olunub və satılıb" yazılmalı və bu qeyd mağaza müdirinin imzası və möhürlə təsdiq edilməlidir.

2.14.   İstehsalçı müəssisənin və təmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən texniklara bir ildən çox olmayan müddət üzərində "Sınaq" işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir.

2.15. Əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş texnika gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanı ilə təmin olunur. Texnikanın əvvəlki uçot yerinə "Dövləttexnazəret" müfəttişliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir.

Qeyd: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gömrük işi haqqında qanunvericilik aktlarının qüvvə]ə minməsindən əvvəl qaçqın və məcburi köçgün düşmüş vətəndaşlar və digər şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilmiş texnikaları, onları sahibliyini təsdiq edən sənədlər əsasında qeydiyyata alınır və bu barədə texnikanın adini uçot yerinə müvafiq məlumat göndərilir.

2.16. Azərbaycan Respublikası ərazisində daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin texnikaları ümumi əsaslarla qeydiyyata alınır.

2.17. Xarici ölkələrdən öz ehtiyacları üçün, yaxud sonradan daxili bazarda satmaq üçün gətirilən texnikalar satıldığı (başqasına verildiyi) halda, onların yeni mülkiyyətlərinin adına qeydə alınması əqdin hüquqi sənədləşdirilməsini təsdiq edən sənədlər (arayış-hesab, bağışlama müqaviləsi və sair), gömrük orqanlarının icazəsi (gömrük rüsumu ödənilmək şərti ilə) və bu qaydaların 2.6.-cı bəndində nəzərdə tutulmuş digər sənədlər əsasında aparılır.

 

3. TEXNİKALARIN TƏKRAR QEYDİYYATA ALINMASI

 

3.1. Aşağıdakı hallarda texnikalar təkrar qeydiyyata alınır:

1)  fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;

2)  texnikanın sahibi dəyişildikdə;

3)  sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;

4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreatların dəyişdirilməsinə görə texnikanın tipi və yaxud modeli dəyişdirildikdə.

3.2. Fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda texnikaların təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında bu qaydaların 2.6.-cı bəndində göstərilən qaydada aparılır.

3.3. Texnikanın sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu qaydaların 2.7.-ci bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.6.-cı bəndinə müvafiq qaydada aparılır.

Texnikanın mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, texnikanın yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur.

3.4. Mülkiyyətçinin soyadı, adı, atasının adı dəyişdikdə texnikanın təkrar qeydiyyata alınması nigah şəhadətnaməsi (onun surəti) yaxud VVAQ orqanları tərəfindən verilmiş digər sənədlər əsasında və bu qaydaları 2.6.-cı bəndində göstərilən qaydada yerinə yetirilir.

3.5. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış yaxud aqreqatları dəyişdirilmiş texnikaların təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:

- təmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş ; şassinin, mühərrikin nömrələri göstərilir);

- texnikanın avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim atkı;

- avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;

- həmçinin 2.6.-cı bəndində göstərilmiş digər müvafiq sənədlər.

3.6. Avadanlıqla təchiz edilib yenidən yığılması və aqreatların dəyişdirilməsinin xüsusiyyətləri:

1)  texnikaların markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir,

2)  bir markadan olan texnikaların başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılmasını texnikanın təmiri ilə məşğul olan müəssisələrdə həyata keçirə bilər,

3)  eyni modeldən olan texnikaların aqreqatlarını dəyişməyə, həm bu bəndin, 2-ci hissəsində göstərilmiş müəssisələrə, həm də texnikanın mülkiyyətçisinin özünə icazə verilir.

4)  eyni markadan olan texnikaların mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir. Başqa hallarda dəyişdirilmə istehsalçı zavodun məsləhəti əsasında həyata keçirilə bilər.

3.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirmə qaydası:

1) Texnika avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. Qeydiyyat üçün əsas" bölməsində əvvəlki modelindən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin "Buraxılış ili" bölməsində texnikanın avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.

2) Texnika modeli, yaxud modifkasiyası dəyişmədən mühərriki və çərçivəsi dəyişidirlərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.

3) Mülkiyyətçisi dəyişən və texnikanın dövlət qeydiyyatını aparan oraqnların xidmət ərazisindən çıxarılıb kənara aparılan texnikalar təkrar qeydiyyata yeni uçot sahəsində alınır.

4) Əgər bağışlama müqaviləsində yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış yaxud vərəsəliyə görə alınmış texnika mülkiyyətçilərini hamısının razılığı ilə onlardan birinin adına qeydə alınır.

Ər və arvad arasında texnikaların birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.

Qeyd: texnikaların qeydiyyat şəhadətnaməsi mülkiyyətçilərə aşağıdakı hallarda verilir:

- texnika ilkin qeydiyyata alındıqda, başqa mülkiyyətçinin adına qeydiyyata alındıqda, qeydiyyat sənədləri itirildikdə, şəhadətnamə yararsız hala düşdükdə və texnikanı uçot göstəriciləri dəyişdikdə. Belə halda "qeydə alınma üçün əsas" qrafasında əvvəlki şəhadətnamənin seriyası və vermiş "Dövləttexnəzarət" müfəttişliyinin tam adı, köhnə dövlət qeydiyyat nişanı, texnikanın alınması üçün ticarət təşkilatının verdiyi hesab-arayış, bağışlama müqaviləsi, varislik hüququ haqqında şəhadətnamə, məhkəmənin qərarı və s. göstərilir.

 

4. DÖVLƏT QEYDİYYATINA ALINMIŞ

TEXNİKALARIN UÇOTU

 

4.1. Texnika uçota alınarkən onların bütün lazımi göstəriciləri texnikanı uçot kitabına (əlavə 3 hüquqi şəxslər, əlavə 4 fiziki şəxslər üçün) yazılır və onların hər biri üçün texnikanın uçot kartoçkası (əlavə 6 fiziki və 7 hüquqi şəxslər üçün) doldurulur.

4.2. Qeydiyyata alınmış texnikaların uçot kartoçkaları iki nüsxədə tərtib edilir. Bir nüsxəsi rayon /şəhər/ dövlət texniki nəzarət müfəttişliyinin kartotekasında saxlanılır, ikincisi isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə göndərilir.

Qeyd: "Azərbaşdövləttexnəzarət" müfəttişliyində texnikaların bütün göstəriciləri kompyüterin məlumat-axtarış sisteminə köçürülür.

4.3. Texnika qeydiyyatda olan rayon /şəhər/ "Dövləttexnəzarət" müfəttişliyinin xidmət etdiyi ərazidən kənara çıxarıldıqda, satılmaq üçün komisyon mağazaya verildikdə və yaxud çıxdaş edildikdə onların uçot kartoçkalarında və kompüter sistemində müvafiq dəyişikliklər aparılır və qeydiyyat nişanının təhvil verildiyi göstərilir.

4.4. Texnika və onların mülkiyyətçiləri haqqında məlumatlar, həmçinin məlumatların bütün sonrakı dəyişdirmələri barədə rayon /şəhər/ dövlət texniki nəzarət müfəttişlikləri "Azərbaydövləttexnəzarət" müfəttişliyinə on gün ərzində müvafiq məlumat göndərilir.

 

5. TEXNİKALARIN UÇOTDAN ÇIXARILMASI

 

5.1. Texnikanın sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs texnikanı dövlət qeydiyyatı üzər daimi uçotdan aşağıdakı hallarda çıxarmalıdır:

1)    texnika sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri texnikanı qeydiyyata almış "Dövləttexnəzarət" müfəttişliyinin fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

2)    texnikaya müdriyyət hüququ xitam edildikdə ya texnika başqasına verildikdə;

3)    texnika çıxdaş edildikdə.

5.2. Texnikanın uçotdan çıxarılması qaydaların 2.6.-cı bəndində nəzərdə tutulmuş qaydada mülkiyyətçinin ərizəsi əsasında həyata keçirilir. Dövlət qeydiyyat. nişanının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi barədə texnikanın qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir.

Texnikalar çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı "Dövləttexnəzarət" müfəttişliyinə təhvil verilir.

Qeyd: hüquqi şəxslərin çıxdaş edilmiş texnikaların, həmin, təşkilatların təsdiq etdikləri akt əsasında uçotdan çıxarılır.

5.3. Texnikalara məhkəmələrin yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər.

Texnikanın uçotdan çıxarılmasına, texnikaya mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların vəzifil şəxslərinin qərarı ilə qoyula bilər.

5.4.     Texniklərin təmir müəssisələrinə verilməsi üçün uçotdan çıxarılması mövcud qaydada yerinə yetirilir. Bu halda dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi "Dövləttexnəzarət" müfəttişliyinə təhvil verilir, mülkiyyətçiyə isə həmin müfəttişlər tərəfindən müvafiq formada arayış verilir.

5.5.     Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar texnika uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir.

5.6. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış texnika qeydiyyatına alınmış texnika icarə müqaviləsi, vəkalətnamə və ya digər əsaslarla başqa şəxsə verildikdə 10 gün müddətində göstərilən "Azarbaşdövləttexnəzarət" orqanlarında qeydiyyatdan keçilrməlidir.

5.7. Texnikalar uçotdan çıxarılarkən rüsum alınmır.

 

 

6. YARARSIZ HALA DÜŞMÜŞ VƏ YAXUD

İTİRİLMİŞ QEYDİYYAT

ŞƏHADƏTNAMƏSİNİN VƏ QEYDİYYAT

NİŞANININ ƏVƏZİNƏ YENİSİNİN

VERİLMƏSİ

6.1. Yararsız hala düşmüş qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanın əvəzinə yeniləri mülkiyyətçinin ərizəsi əsasında, texnikanın qeydiyyata alındığı yer üzrə bu qaydaların 2.6.-cı bəndində nəzərdə tutulmuş qaydada verilir.

6.2. İtirilmiş qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanını əvəzinə yeniləri texnikanın qeydiyyat alındığı yer üzrə mülkiyyətçinin yazdığı ərizə (itirilmə şəraiti göstərilməklə) ərazi polis orqanlarının itirilmiş qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanının axtarışı barədə verdiyi arayışa əsasən bu qaydaların 2.6.- bəndində nəzərdə tutulmuş qaydada verilir.

Yararsız hala düşmüş qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanı müvafiq akt tərtib edildikdən sonra rayon /şəhər/ Dövləttexnəzarət müfəttişliyi tərəfindən ləğv edilir.

7. Texnikaların vahid dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin hazırlanması, uçotu və saxlanma qaydası

7.1. Qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi Azrəbaşdövləttexnəzarət Müfəttişliyinin sifarişi əsasında lisenziyası olan xüsusi müəssisələr tərəfindən hazırlanır. Qeydiyyat nişanının hazırlanması Azərbaycan Respublikası Dövlət Standartı AZS-005-96 Nəqliyyat vasitələri və onların qeydiyyat nişanalır, tipləri və əsas texniki tələblərinə uyğun olmalıdır.

7.2. Fiziki şəxslərin texnikalarını qeydiyyata almaq üçün qeydiyyat şəhadətnaməsi göy rəngdə üzlüklü qalın kağızda hazırlanır (əlavə 14).

7.3. Hüquqi şəxslərin texnikalarını qeydiyyata almaq üçün qeydiyyat şəhadətnaməsi ağ rəngdə, eyni ölçüdə qalın kağızda hazırlanır (əlavə 13).

7.4. Asma və qoşulan kənd təsərrüfatı maşınlarını və digər texnikaları qeydiyyata almaq üçün qeydiyyat talonu ağ rəngdə qalın kağızda hazırlanır (əlavə 15).

7.5. Texniki baxışdan keçirilən traktorlara 105x75 mm ölçüdə baxışdan keçmə ili göstərilməklə talonlar (hər il rəngi dəyişilməklə) hazırlanır.

7.6. Texnikaların qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin alınması və sərfi üzrə uçot Azrəbaşdövləttexnəzarət orqanları tərəfindən Respublika miqyasında illər üzrə aparılır.

Qeyd: Texnikaların qeydiyyat nişanının seriyalar üzrə bölünməsi və rayonlar üzrə verilməsi Daxili İşlər Nazirliyi ilə razılaşdırılır və onların sərfi barədə DYP idarəsinə rüblük hesabatlar təqdim edilir. Azrəbaşdövləttexnəzarət müfəttişliklərində texnikaların qeydiyyat nişanının saxlanmasının uçotu və inventarizasiyası başaq aqiymətli materiallar üçün müəyyən olunmuş qaydada aparılır. Sonrakı il üçün sifariş qeydiyyat nişanının mədaxili və məxarici haqqında məlumat illik hesabatla birlikdə Azrəbaşdövləttexnəzarət müfəttişliyinə təqdim olunur.

7.7 Daxil olmuş xüsusi məmulatın (dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və qeydiyyat haqqında digər sənədlər) sayının uçotu xüsusi məmulatın mədaxili (əlavə 11) kitabında aparılır.

7.8  Texnikaların qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsini uçotu, verilməsi texnikların uçot kitablarında onalrın seriya və nömrələrinin artan qaydada yazılmaqla aparılır.

Qeyd: Texnikaların qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin blankları ciddi hesabat sənədləri kimi saxlanılır.

Uçotdan çıxarılmış texnikaların qeydiyyat nişanın ləğvi onların təkrar istifadə edilməsinin qeyri nişanının təmin edən üsullarla yerinə yetirilir və bu barədə müvafiq akt tərtib edilir.

Texnikaların qeydiyyat şəhadətnaməsi doldurularkən xarab olmuş blanklar növbəti yoxlama vaxtı onların təkrar istifadə edilməsinin mümkünlüyünü aradan qaldaran vasitələr və üsullarla ləğv edilir və bu barədə müvafiq akt tərtib edilir.

Texnikaların qeydiyyatı, qeydiyyatın dəyişdirilməsi, texnikanın uçotda çıxarılması və uçota dəyişikliklər edilməsi üçün əsas olan sənədlər texnikanın uçotu kitabındakı yazılara müvafiq olaraq ardıcıllıqla ayrıca işlərə (qovluqlara) tikilir və iki il müddətinə saxlanılır.

Texnikalara qeydiyyat nişanının verilməsi, onların aqreqatlarının dəyişdirilməsi, qeydiyyata alınması və uçotdan çıxarılması, eləcə də ciddi hesabat blanklarının mədaxili, məxarici və uçot kitabları daimi saxlanılır.

  1. Dövlət qeydiyyat nişanında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən

sənədlərdə və texnikaların nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, texnikaların mühərrik və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məmulatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə texnikaların və ya təqdim edilən sənədlərin axtarışda olması barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və texnikalar saxlanılır və müvafiq yoxlamalar aparılır.

9.     Bu təlimatın pozulmasına görə texnikaların mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

10.  Texnikanın dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, texnikanın qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr, jurnal və kompyüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri isə iki il müddətinə saxlanılır.

Texnikaların uçotunun aparılması, qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə bağlı kargüzarlıq işinin aparılması, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi saxlanması, onlara nəzarət olunması və digər prosedur xarakterli işlərin həyata keçirilməsi bu təlimatla tənzimlənir.

11.  Texnikanın dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün texnikanın sahibindən bu təlimatla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.

12. Azrəbaşdövləttexnəzarət müfəttişliyi texnikanı qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.

13. Texnikanın dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün texnikanın sahibindən bu təlimat ilə müəyyən olunmayan sənədləri tələb edən, texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən Azrəbaşdövləttexnəzarət müfəttişliyinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Texnikanın sahibi texnikanın qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından məhkəməyə şikayət edə bilər.

 

Baş Dövlət Texniki Nəzarət Müfətişliyi

 

:


 

Hüquqi şəxslərə məxsus olan traktorlar, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarına verilən qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanlarının uçot

 

K İ T A B I

Əlavə 3

 

 

Texnikanın adı, markası

Buraxılış ili

Texnika haqqında məlumat

Texnikanın mülkiyyətçisi

/idarə, təşkilat/

Texnikanın texniki vəziyyəti

Qeydiyyat şəhadətnaməsi verilib

Qeydiyyat nişanı verilib

Verilmə tarixi

Alınması barədə imza

Qeyd

Mühərrik

Zavod si

Şassi

Seriyası

Seriyası

Qeydiyyat nişanı

Qeydiyyat şəhadətnaməsi

Qeydiyyat nişanı

Qeydiyyat şəhadətnaməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Fiziki şəxslərə məxsus olan traktorlar, traktor yedəkləri, özüyeriyən kən təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarına verilən qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanlarının uçot

K İ T A B I

Əlavə 4

Sıra

Texnikanın adı, markası

Texnika haqqında məlumat

Mülkiyyətçinin soyadı adı, atasının adı, daimi Yaşadığı yer, iş yeri, telefon nömrəsi

Qeydiyyat şəhadətnaməsi verilib

Qeydiyyat və

Qeydiyyat nişanı verilib

Mülkiyyətçinin yaşayış yerinə dəyişməsi, texnikanın uçotdan çıxarılması, qeydiyyat nişanlarının təhvil verilməsi, şəhadət namə və qeydiyyat nişanlarının dəyişdirilməsi haqqında qeydlər

 

 

 

 

 

 

Buraxılış ili

Mühərrik

-si

Zavod -si

Şassi -si

 

 

Verilmə tarixi

-si seri yası

_ n

Almaq haqqın da imza

Verilmə tarixi

-si seri yası

Almaq haqqın da imza

1

2

3

4

5

6

7

8

 

10

11

12

 

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan qeydiyyat nişanı verilməyən asma və qoşqulu kənd təsərrüfatı və digər texnikaların uçot

K İ T A B I

Əlavə 5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sıra -si

Texnikanın markası

"Buraxılış ili

Zavod -si

Təsərrüfatın inventar -si

Mülkiyyətçi olan hüquqi şəxsin tam adı

Texnikanın dayanacağı Yeri, ünvanı

Qeydiyyat, talonunun -si

Verilmə tarixi

Şəxsin imzası

Xidməti qeydlər

 

1

2

3

4

5

6

7

 

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fiziki şəxslərə məxsus olan traktorlar, traktor yedəkləri, özüyeriyən Əlavə 6.

kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının uçotu

KARTOÇKASI

 

Mülkiyyətçi ________________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

Anadan olduğu tarix __________________________________________________________________________________________________________

(gün, ay, il, yer)

Ünvanı: ______________________________________________________________________________________________________________________

(daimi yaşayış yeri, iş yeri, vəzifəsi, telefon nömrəsi)

Texnikanın dayanacaq yeri ____________________________________________________________________________________________________

 

Texnikanın adı və markası

Rəngi

Texnika haqqında məlumat

Dövtexnəzarət

müfəttişinin

xidməti qeydləri

Dövlət qeydiyyat nişanının

seriyası və

nömrəsi

Buraxılış ili

Zavod

-si

Şassi

-si

Mühərrik -si

 

Qeydiyyata

alınma

tarixi

Qeydiyyat

şəhadətnaməsinin

seriyası və -si

Qeydiyyatdan

çıxarılma

tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M.Y. _________________________ rayon (şəhər) Dövtexnəzarət

___ ________________199___il müfəttişliyinin rəisi ____________________________________

(soyadı, imza)

Fiziki şəxslərə məxsus olan traktorlar, traktor yedəkləri, özüyeriyən Əlavə 7.

kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının uçotu

KARTOÇKASI

 

Mülkiyyətçi ________________________________________________________________________________________________________

(hüquqi şəxs olan müəssisə, təşkilatın adı, onun baş idarəsi, telefon nömrəsi)

Ünvanı:______________________________________________________________________________________________________________________

 

Texnikanın dayanacağı yer____________________________________________________________________________________________________

(ünvanı)

 

Texnikanın adı və markası

Rəngi

Texnika haqqında məlumat

Dövtexnəzarət

müfəttişinin

xidməti qeydləri

Dövlət qeydiyyat nişanının

seriyası və

nömrəsi

Buraxılış ili

Zavod

-si

Şassi

-si

Mühərrik -si

 

Qeydiyyata

alınma

tarixi

Qeydiyyat

şəhadətnaməsinin

seriyası və -si

Qeydiyyatdan

çıxarılma

tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M.Y. _________________________ rayon (şəhər) Dövtexnəzarət

___ ________________199___il müfəttişliyinin rəisi ____________________________________

(soyadı, imza)

 


Əlavə 8

TEXNİKİ MÜAYİNƏ

AKTI

 

Mən ________________________ rayon /şəhər/ Dövləttexnəzarətin mühəndis-müfəttişi ___________________________________________________________________________________

/soyadı, adı, atasının adı/

Komissiya üzvləri ___________________________________________________________________

/soyadları, adları, atalarının adı və vəzifələri/

__________________________________________________________

ilə birgə texnika mülkiyyətçisi __________________________________________________

/fiziki şəxsin soyadı, adı, atasının adı/

_______________________________________________________________________________________________________

Hüquqi şəxs olan müəssisə və təşkilatın nümayəndəsinin soyadı, adı, atasının adı, vəzifəsi/

İştirakı ilə _________________________________________________ texniki müayinədən keçirdik

/texnikanın adı və markası/

Zavod -si __________________ mühərrik -si ___________________ şassi -si ____________

Buraxılış ili ____________________ qeydiyyat nişanı _______________ rəngi __________________

/seriya, nömrəsi/

Qeydiyyat şəhadətnaməsinin seriyası ______________________________ __________________

Mülkiyyət ünvanı : ___________________________________________________________________

Baxış keçirilərkən aşkar edilmiş texniki nasazlıqlar

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

/texnikanın texniki tələblərə uyğun olması və ya olmamasını göstərməli, əsasları sadalamalı /

_____________________________________________________________________________________

Texniki vəziyyət barədə rəy __________________________________________

 

İmzalar: Dövləttexnəzarət müfəttişi _________________________________________

/soyadı/

Komissiya üzvləri _________________________________________________

/soyadı/

_________________________________________________

/soyadı/

_________________________________________________

/soyadı/

Texnika mülkiyyətçisi ______________________________________________

/soyadı/

 

 

 

M.Y. ______________________200_______il.

 

 

 

 

* - tək texnikaya baxış keçirilirkən, eləcə də əvvəllər istismar olunmuş texnika qeydiyyata aklınarkən doldurulur

Əlavə 10

Traktor, traktor yedəyi, özüyeriyən kənd təsərrüfatı,

meliorasiya və yol-tikinti maşınları üçün qeydiyyat

nişanlarının rayonlar üzrə

 

B Ö L G Ü S Ü

 


Rayonların adı

Qeydiyyat nişanlarının

seriyası

Nişanların nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Texnikanın qeydiyyatına aid olan sənədlərin və qeydiyyat

nişanlarının mədaxilinin uçot

K İ T A B I

Əlavə 11

Sıra

~si

1

Daxil olma tarixi

Qoşma

məktubun və ya qaimənin tarixi,

~si, haradan

daxil olub

 

 

Seriya və nömrəli sənədlərin adı və miqdarı

Asma və qoş qulu texnika üçün qeydiyyat talonu /ədədlə miqdarı/

Qeyd

 

 

 

 

miqdarı

Texniki baxış talonu /seriya və -dən-seriya və -dək/

Qeydiyyat nişanı /seriya və Kq-dən seriya və -dək

hüquqi şəxslərin texnikaları üçün qeydiyyat şəhadət naməsi /seriya və -dən-seriya və -dək/

Fiziki şəxslərin texnikaları üçün qeydiyyat şəhadətnaməsi /seriya və -dən seriya və -dək/

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

10