Azərbaycan Respublikasının bəzi hərbi qanunlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, N 4, maddə 79; 1993-cü il, N 5, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:

1.                    9-cu maddənin 4-cü bəndinin ikinci abzasında,10-cu maddənin 2-ci bəndinin birinci abzasında, 11-ci maddənin 1-ci bəndinin ikinci, üçüncü və yeddinci abzaslarında, 12-ci maddənin 2-ci bəndinin birinci abzasında, 4-cü bəndində, 5-ci bəndinin beşinci   abzasında, 13 -cü maddənin 5-ci  bəndində "başqa zabitlərin" sözlərindən sonra, 14-cü maddənin 2-ci bəndində, 18-ci maddənin 1-ci bəndinin 2-ci abzasında, 21-ci maddənin 1-ci bəndində, habelə 2-ci bəndinin birinci abzasında "zabitlər", "zabitlərin", "zabitlərə" , "zabitləri" sözlərindən sonra ismin müvafiq hallarında "gizirlər və miçmanlar" sözləri əlavə edilsin;

2.                    11-ci maddənin 1-ci bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

"İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük mə'zuniyyət verilir. Mə'zuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir";

3.                     12-ci maddənin 8-ci bənd, 18 maddənin 1-ci bəndindən "və ya bağlaşma ilə müəyyən edilmiş" sözləri çıxarılsın;

4.                     12-ci maddənin 2-ci bəndinin ikinci cümləsində"müddətli xidmət hərbi qulluqçuları" sözləri "müddətindən artıq xidmət hərbi qulluqçuları" sözləri ilə əvəz edilsin.

II. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 21, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:

1.             Qanunun 9-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 9. Hərbi rütbələrin verilməsi

Ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

Ordu generalı" hərbi rütbəsi müharibə dövründə dövlətin bütün silahlı qüvvələrinə rəhbərlik işində xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Soveti tərəfindən fərdi qaydada verilir.

Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələr bir qayda olaraq, növbəlik qaydasında "Azərbaycan Respublikasında hərbi xidmətkeçmə qaydası haqqında"

Əsasnamənin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə müvafiq surətdə verilir.

Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir:

 

hərbi rütbələrin adları

avisiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

digər hərbi qulluqçular üçün

kiçik çavuş

6 ay

6 ay

çavuş

6 ay

6 ay

kiçik gizir (kiçik miçman)

2 il

2 il

gizir (miçman)

3 il

5 il

kiçik leytenant

1 il

1 il

leytenant

2 il

2 il

baş leytenant, kapitan (kapitan-leytenat)

2 il

3 il

mayor (3-cü dərəcəli kapitan)

3 il

4 il

polkovnik-leytenant (2-ci dərəcəli kapitan)

4il

5 il

Əsgər, baş çavuş, baş gizir, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.

Təsil müddəti beş il olan hərbi məktəbləri bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti bir il müəyyən edilir.

"Azərbaycan Respublikasında hərbi xidmətkeçmə qaydası haqqında" Əsasnamədə nəzərdə tutulmuş qaydada və müstəsna hallarda hərbi rütbənin aşağı salınması, hərbi rütbədən məhrum edilmə, hərbi rütbənin bərpa edilməsi, hərbi rütbənin vaxtından əvvəl və ya növbədən kənar verilməsi, eləcə də vəzifə ştatı üzrə müəyyən edilmiş hərbi rütbədən bil pillə yuxarı rütbə verilməsi mümkündür."

2. 11-ci maddınin səkkizinci hissəsindən "Dövlət Mühafizə Komitəsi sədrinin" sözləri çıxarılsın.

III. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 10, maddə 263; 1992-ci il, N 13, maddə 491) aşağıdakı deyişikliklər edilsin:

1.                    Qanunun giriş hissəsində, 1-ci maddənin birinci hissəsində "praporşikləri" sözü "gizirləri" sözü ilə əvəz edilsin.

2.                    3-cü maddənin ikinci hissəsi çıxarılsın.

3.                    9-cu maddə aşağıdakı redaksiyada verilsin.

"Maddə 9. Pensiyalara xüsusi xidmətlərə görə əlavələr

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı adlarına layiq görlmüş, "İstiqlal" ordeni ilə təltif olunmuş hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Şöhrət ordeninin, Əmək Şöhrəti ordeninin və ya "Silahlı Qüvvələrdə Vətənə xidmət üçün" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş, habelə Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə fəxri ada, o cümlədən daxili işlər və təhlükəsizlik orqanlarının fəxri adlarına layiq görülmüş hərbi qulluqçuların pensiyaları üzərinə yaşa görə mininmum pensiyanın 50 faizi məbləğində əlavə hesablanır."

4. 13-cü maddənin "a" bəndində "yaşına və ya xəstəliyinə görə xidmətdən buraxılanlara isə 55 faizi" sözləri "yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi" sözləri ilə əvəz edilsin.

 5. Qanunun giriş hissəsində, 1-ci maddəsinin birinci hissəsində, 8, 43, 44 və 47-ci maddələrində ismin müvafiq hallarına uyğun olaraq "Dövlət Sərhədinin Mühafizə Komitəsi" sözləri çıxarılsın.

IV. "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun

( Azərbaycan Respublikası Ali Sovetinin Mə"lumatı, 1992-ci il, N 11, maddə 406; 1993-cü il, N 5, maddə 133; 1994-cü il, N 9, maddə 96) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin birinci hissəsinin 2-ci və 3-cü abzasları aşağıdakı redaksiyada verilsin:

"komissiyanın sədri - rayon ( şəhər) hərbi komissarı; komissiyanın sədr müavini - rayon ( şəhər) icra hakimiyyəti başçısının müavini;"

2.                19-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 19. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

Mülkiyyət formasından asılı olmayaraq qeydiyyatdan keçmiş təhsil müəssisələrində və onların filiallarında təhsili davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət verilir:

a)  orta ümumtəhsil məktəblərində orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

b) peşə təhsili müəssilərində təhsil alan, bu məktəblərədaxil olana qədər orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

v) orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

q) ali məktəblərin gündüz (əyani) şöbələrində təhsil alan çağırışçılara;

ğ) aspiranturada o cümlədən qiyabi  aspiranturada təhsil alan çağırışçılara."

V. Bu Qanun qəbul olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

 

Bakı şəhəri, 2 may 1995-ci il

N 1030